Bu günün SƏBƏBKARI - fialka

Müəllif: arzum-aysum
Şərhlər: 26
Baxılıb: 3 611
Səs ver:
(səs: 6)
 Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın Fialka-di....  Bu günün SƏBƏBKARI - fialka buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
 
 
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
Salam bacım, adım Firuzə, buradakı nikim isə Fialka

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
Sirr deyil, doğum tarixim 28.05.1991 yəni bu gün))

3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
İlin bir günü sənə adi günlərdən daha özəl olur , o gün bu gündür mənim üçün :08:

4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?
Əlbəttə çox hədiyyələr almışam, təbii bir yaşım və digər kiçik yaşlarda olan ad günləri barədə evdəkilər danışıblar, bir yaşımda atam mənim üçün ad günü mərasimi keçirdib və hədiyyələrimdəki deyilənə görə çox olub)) heyif onda balaca olmuşam))

5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Hədiyyələr çox olub, hamısı da dəyərlidi mənim üçün, ancaq əsas hədiyyəni təqdim edən və onun diqqəti daha önəmlidir, nəinki hədiyyələr)

6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
Xeyr olmuyub, ad günlərimdə aldığım hədiyyələrin hamısı ürəyimcə olub.

7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?
Bilirsiz ad günümdə çoxları bəzən deyiblər ki, nə istəyirsən ad günündə alaq, ancaq doğurdan nə ürəyimdə tutduğum olub, nə də ondan istəməmişəm, çünki onun bir təbriki mənim üçün daha dəyərlidi kimliyindən asılı olmayaraq)

8. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
Əvvəllər hardasa uşaq vaxtı bu barədə fikirləşərdim, ancaq indi ad günümə xüsusi bir plan qurmuram, xüsusi olaraq nələrsə təşkil etməyi sevmirəm) ancaq qardaşım üçün ad günü şənliyi təşkil etmişəm, bu hər il davam edir, 6 gün bundan qabaq onun ad gününü doyunca qeyd etmişəm)) mənim ad günümü isə heç vaxt unutmayıblar. həmişə təbriklərimi almışam)

9. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
Yaxınlarım tərəfindən yox, ancaq məktəbdə, universitetdə uşaqlar süpriz təbrik ediblər, darıxdım o illər üçün bir anlıq)

10. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
Bəli olub, özü də bir yox bir neçə dəfə olub. hamısı da xoş xatirə olaraq mənimlədi ..

11. Bu günə qədər unuda bilmədiyin və ya əksinə unutmaq istədiyin doğum günün olubmu?
Bütün doğum günlərim mənə əzizdi və hər biri yaddaşıma qazınıb artıq, unutmaqda istəmirəm sözün düzü)

12. Bu qadinlar. biz-lilərlə keçirdiyin ilk doğum günündür, səhf etmirəmsə. Doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
Bəli bu ilk doğum günümdür sizlərlə bir yerdəyəm) və olduqca xoşdu mənə , realda ad günləri qeyd etməyi sevməsəm də mənə bu xəbəri hazırladığınıza görə təşəkkür edirəm Türkan bacım, bu arada bacımında adı Türkandı iki bacım var ))

13. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
Düzü bu haqda heçnə deyə bilmərəm, mənim istəyimlə də deyil), təbrik edənlər də sağ olsun etməyənlər də)

14. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
Yeni yaşımdan deyil də, hər zaman Allahdan xeyirlisini istəmişəm. inşAllah xeyirlisi olsun mənim üçün, bir də doğmalarıma Allah Təala uzun sağlam ömürlər nəsib etsin amin.
 
 
 
Ay canım, səni  təbrik edirəm... Yeni yaşının sənə həyatın bütün gözəlliklərini, sonsuz xoşbəxtliklərini gətirməsini diləyirəm... Keçirdiyin hər gün sevgi və səadət içində keçsin... amin...
 

(səs: 6)
Şərhlər: 26
Baxılıb: 3 611
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri