Bu günün SƏBƏBKARI - Nezka

Müəllif: arzum-aysum
Şərhlər: 19
Baxılıb: 3 226
Səs ver:
(səs: 3)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın Nezka-sidi.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
 Bu günün SƏBƏBKARI - Nezka

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
Tanıyanlar tanıyır tanımayanlara gəlsin Məmmədova Nəzrin

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

Əlbəttə ki, sirr deyil 02.06.2000

 

3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
Heç bu tərəfdən baxmamışdım. Qəribə hissdir

4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?
 Vallah nə mən soruşmuşam,nə də onlar deyib. Bilmirəm :09: 

5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Mən elə də ad günü keçirdən olmamışam . Sadəcə keçən il sinif yoldaşlarımla şəhərə çıxmışdım. O mənim üçün unudulmaz hədiyyə oldu.

6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
Yox olmayıb

7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?
məndə o bəxt hanı??))

8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?

Sevdiyim yoxdu ki

 

9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?
Sevdiyim yoxdu

10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
Doğum günümü unudan olmayıb

11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
Süpriz deyəndə ki,gözləmədiyim adamlardan təbrik gəlmişdi

12. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

Parti eləməmişəm heç :08:

 

13. Ay canım, yəqin ki,hələ məktəbdə oxuyursan. Bu qayğısız uşaqlıq illərində doğum gününü sevimli müəllimlərin, sevimli sinif yoldaşlarınla keçirtmək hansı hissləri yaşadır sənə?

Keçən il keçirtmişdim supeeeer idi :heart:

 

14. Bu 11 il ərzindəki məktəb illərində keçirdiyin ən yadda qalan və yadında saxlamaq istəmədiyin doğum günlərin olub?
Hələ 10-cu sinfə təzə keçdim və məktəbdə ad günü eləməmişəm.Bircə keçən il yadda qaldı.

15. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
 Həə bu yaxınlarda xalamoğlunun yadından çıxmışdı. :digdig: 

16. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
 Düzdü birinci ad günümdü burda və çooox sevincliyəəm canlarım mənim :heart: :heart: :heart: 

17. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
İlk təbrikimi almışam Mələknurdan. :123: Xüsusi gözlədiyim bir yoxdur.

18. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin? 

Yeni yaşımda istəyirəm ki,xoşbəxt ola bilim. Tanrıdan diləyim isə budur ki şükürlər olsun 15 ildi yaşayıram.Və canım bacım sən də çooox sağol ki layihənə məni də qəbul etdin :heart: İNŞALLAH xoşunuza gələr

 

 

 

Canım mənimmm səni ürəkdən təbrik edirik.... Tanrıdan sənə gözəl, sevinc dolu, xoşbəxtlik dolu həyat diləyirəm... O gözəl üzün, o gözəl gözlərin heç bir zaman solmasın... gülüş, təbəssüm ömründən əskik olmasın.. inşallah məktəbi əla qiymətlərlə bitirib ürəyin istəyən universitetə qəbul olarsan...  amin...
 
 
(səs: 3)
Şərhlər: 19
Baxılıb: 3 226
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri