Bu günün SƏBƏBKARI efsane

Müəllif: arzum-aysum
Şərhlər: 14
Baxılıb: 3 516
Səs ver:
(səs: 3)
 Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın :ponpon: efsane :ponpon: -sidi.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
 Bu günün SƏBƏBKARI efsane
 
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
Aleykum Salam. Həsənova Əfsanə

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
avqust ayının 20 si
 
3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
insan özünü çox xoşbəxt hiss edir, gözəl duyğudu
 
4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənminmi ?
bir yaşımda deyəsən paltar olub

5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Quran kitabı olub
 
6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
hədiyyənin pisi yoxdu, insan ona ürəyini qoyubsa təbii ki, gözəldi
 
7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?
hə, bir dəfə olub, özüm almağa hazırlaşırdım, ad günümdə hədiyyə kimi gəldi

8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?
özü olmadığı üçün hədiyyəsi də yoxdu


9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?
yox bu da olmayıb

10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
yox unudulmur

11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
hə, gözləmədən sürpriz ediblər

12. Bu yaşına qədər səni mox xoşbəxt edın, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
hə ediblər, universitetə qəbul olduğum il hədiyyə olaraq böyük qonaqlıq təşkil etdilər ad günümə
 
13. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
yox, ən çox sevdiklərim ailəmdi, onlar da unutmurlar

14.Bildiyim qədər ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
gözəl hislərdi, bu sayt çox əziz və doğma olub, burda çox maarifləndirici məqalələr oxumuşam, qızlar da çox yaxşıdı, şərhlərə tez tez diqqət yetirirəm , fikirlərinə çox səmimidilər, nə yaxşı ki, burdayam 

15. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
bilmirəm
 
16. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
bütün doğrulara sahib olmaq istəyirəm, Allahın buyurduğu bütün həddləri qoruyan bir insan olmaq istəyirəm
sizə də çox təşəkkürlər
 
 
Ay gözəl bacım bütün qızlar adından səni təbrik edirəm... Sənə həyatın ən gözəl neməti olan can sağlığı, və xoşbəxt həyat diləyirəm. İnşallah bu həyatda hər zaman üzün gülər... O gözəl gözlərindən sevinc, dodağından təbəssüm əskik olmaz... amin...
 
 
 
(səs: 3)
Şərhlər: 14
Baxılıb: 3 516
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri