Bu günün SƏBƏBKARI - KRALİCEM

Müəllif: arzum-aysum
Şərhlər: 18
Baxılıb: 1 927
Səs ver:
(səs: 3)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın qızlarından biri :zhappy%20birthday: KRALİCEM -di.... :zhappy%20birthday:  buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın..
 
Bu günün SƏBƏBKARI - KRALİCEM
 
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
SALAM, Paşayeva Nərminə

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
24.09.1994
 
3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
Çox gözəl duyğudur, fikirləşəndə ki, sənin varlığını hiss edənlər var, özündə güvən artir ki, məni də sevənlər, önəm verənlər var.

4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?
evdən həmişə yoldaşım alir, burda 2-ci ildi ki doğum günüm olur, 1-ci ildə də yoldaşım almışdır, 100% indi də helə olacaq.

5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Mən ayıları mişqaları çox sevirəm, qız vaxtı həmişə mişqaları alan olanda sevinmişəm, bura da gələndən yoldaşım qızıl saat hədiyyğ edib, ən çox yadda qalanlar da bunlardır.

6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
xeyir, hədiyyənin pisi yaxşısı olmaz.
  
7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?
xeyir.

8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?
bəli yadimdadır, keçən il olub, ilk evliliyimiz, ilk yaşım yadımdadı, qızıma hamiləydim, axır aylarındaydım mənə saatla bir də uşaq üçün papış bir də uşaq üçün kalyasqalı kukladan almışdı.
 
 
9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?
qızıl saat

10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
xeyir, cünki böyük qardaşımla eyni gündəyik, amma əkiz deyilik.

11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
Xeyr almayıb, amma inşallah gələn ay qızımın da doğum günüdü anası ona edəcək

12. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
Xeyr
 
13. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
xeyr
 
14. Canım bacım, bilirəm ki, ailəlisən və soruşmaq istərdim ki, ailə həyatı qurduqdan sonra keçirdiyin ilk doğum günün necə olub?
nə çox da qeyri adi olmayıb , nə də maraqsız da olmayıb.
 
15. Bəs sevdiyinin sənə toyunuzdan sonra ilk doğum günündə etdiyi hədiyyə necə, yadındaırmı?
hə qızıl saat
 
16. Canım mənim, bu ilk doğum günündür ki, şirin balanla keçirdəcəksən. Bu an ürəyində yaşadığın o gözəl duyğuları bizimlə bölüşməni istərdim.
ilk ilimdi ki, balamla olacam, bəlkə də məndən xoşbəxt heç kəs ola bilməz, hərdən fikirləsirəm qızım olmayınca xoşbəxtlik nədir bilməmişəm, hər anım dəqiqəm ZEYNƏBİMDİ, Rəbbim olmuyanlara da qismət etsin, bu gözəl duyğunu, amin inşallah
 
17. Bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür, səhf etmirəmsə. Doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
çox gozəldi, sən də sağ ol ki, TURKAN bacim yaddan cıxartmırsan bizi, Allah balarını saxlasın (Cümləmizin)
 
18. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
fərq etməz, qızlarımızın hamısı mənə əzizdi
 
19. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
xoşbəxtlik, qızımız gözəl günlərini görməyim
 
 
 Əziz bacım , səni bütün bacılarım adından təbrik edirəm... sənə bu həyatda ancaq gözəl günlər yaşamağını, hər zaman üzünün gülməyini arzu edirəm... qoy Tanrının sənə bəxş etdiyi bu həyat sevgi və səadət içində keçsin...Allah o gül balanın ancaq xoş günlərini görməyi nəsib etsin...  amin ...  
 

(səs: 3)
Şərhlər: 18
Baxılıb: 1 927
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri