Bu günün SƏBƏBKARI - qanadli melek

Müəllif: arzum-aysum
Şərhlər: 17
Baxılıb: 2 776
Səs ver:
(səs: 3)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... Bu günün SƏBƏBKARI - qanadli melek bu günün səbəbkarı saytımızın  qanadli melek -di.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
 
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
Salam, təqdim edim) mən Jalə   :11: 

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
Dogum tarixim 27.09.1987

3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
 Mən ad günlərini sevmədiymə görə mənim üçün adi günlərdən fərqi yoxdur

4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənminmi ?
Yox canım, danışıblarsa da yadımda deyil 

5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
 10 yaşımda, yaşım günü ilk dəfə xala olmuşam, mənim üçün ən gözəl hədiyyə olub

6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
Xeyr canim olmayıb, çünki hədiyyənin elə də önəmi yoxdur, əsas odur ki, düşünülmüş olsun

7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?
Xeyr olmuyub, çünki heç vaxt hədiyyə haqda düşünmürəm ki, kim nə hədiyyə edəcək, sadəcə düşünürəm ki, görüm kim tez xatirliyacaq ad günümü

8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?
sevdiyimlə birgə doğum günü keçirməmişəm (hələ ki)

9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?
Qırmızı güllər almışdı)

10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
Hə unudanlar, olub (,amma evdəkilər heç vaxt unutmuyub

11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
Olub hə, doğurdan da sürpriz olub mənə gözləmədiyim bir anda 

12. Bu yaşına qədər səni mox xoşbəxt edın, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
Ediblər hə, həmişə edirik hamımızınkını həyətimizdə 

13. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
Xeyr sevdiklerim hec vaxt unutmur
 
14.Bildiyim qədər ilə bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
keçən il ad günümdə burda yeniydim, kimsəylə tanışlığım yoxuydu, amma bu il burda qızlarla birgə keçirmək, qızlardan təbrik almaq çox gözəl hisslərdi, dediyim kimi mənim üçün hədiyyə deyil, insanların diqqətidir ən gözəl hədiyyə
 
15. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
qızlar hamısı sağ olsun, hamının təbriki önəmlidir mənim üçün, amma ən birinci bacımdan, canımdan(tatyanadan) və my angel-dən gözləyirəm) 
 
16. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
Ailəmizə xoş günlər, ata-anama və bacılarıma can sağlığı, şəxsi həyatımda da çevriliş) xoş üzünə. doğru çevriliş  :03:
 
 
Mələyim səni bütüüüüüüüüünnnnnnnn qızlar adından təbrik edirəm... Sənə bu həyatda daim gülməyini, xoş və qayğısız günlər yaşamağını arzu edirəm...  həyatın hər zaman sevinc və xoşbəxtlik içində keçsin inşallah...  amin...
 

(səs: 3)
Şərhlər: 17
Baxılıb: 2 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri