Bu günün SƏBƏBKARI - Nazlinci

Müəllif: arzum-aysum
Şərhlər: 20
Baxılıb: 2 811
Səs ver:
(səs: 4)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın  :zhappy%20birthday:   :zhappy%20birthday: Nazlinci -dı.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın.... 
 
Bu günün SƏBƏBKARI - Nazlinci 

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

Ilk öncə canım, təşəkkürlər layihənə dəvət etdiyinə görə.

Keçək cavablara))

Adim Nigardi. Nazlinci-qızlarımın adına uyğun olaraq seçmişəm nikimi)

 

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

23.02.1990

 

3.Bir yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən özünü bu yaşda?

çoox şükür gözəl ailəm var, bu yaşımı da ailəm və sevdiklərimlə qeyd edirəm, özümü necə hiss etməliyəm. Allahıma çox şükür hər şey əladı)

 

4. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

çooox çooox gözəl duyğudu. Bəziləri deyir ad günü adi gündü də,  niyə belə böyüdürsüz. amma mənə görə adi gün deyil)

 

5. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?

oyyyy yalan deyərəm, amma bu yaşıma qədər hər ad günüm təm-təraqlı keçib. Bircə keçən il 25 yaşımdan başqa ))

 

6. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Vallah hədiyyələrin hamısı gözəl olub. amma ən çox xoşuma gələn yoldaşımın aldığı üzük olub çox gözəl və incə üzük idi

 

7. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

 Yoooo inan ki, ən xırda bir şey də olsa mənə maraqlıdı və xoşdu. ən azından məni tanıyanlar bilir ki, elə şeyə fikir vermirəm)

 

8. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?

Yox, ağlımda nə isə tutmuram. kim nə alsa sağ olsun)

 

9. Sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Həəə tək qaş üzük almışdı, çoox bəyənmişdim. Belə demək olar ki, hər il üzük alır yoldaşım)))

 

10. Ailə həyatı qurduqdan sonra sevdiyinlə keçirdiyin ilk doğum günün yadındadırmı?

Bəli yadımdadı,  amma tək ikimiz deyildik hamı gəlmişdi))

 

11. Ana üçün bu dünyada ən gözəl hədiyyə onun balaları ilə birgə keçirməsidir doğum gününü. Bilirəm ki, şirin şəkər iki balan var. Onların sənə ilk etdikləri doğum günü hədiyyəsi nə olmuşdur?

Yox canım, mənim şirin şəkər 3 balam var. 2 qız 1 oğlan) amma hələ  hədiyyə verəcək yaşda deyillər. inşaallah o günləri də görərəm

 

12. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?

Yaxınlarım qohumlarım heç vaxt unutmayıblar. Məktəb vaxtı sinif yoldaşlarım 1 ay qabaqdan hazırlaşırdılar ad günümə))

 

13. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Hə, yoldaşım biz nişanlı olanda sürpriz edib gəlmişdi. (hərbiçi olduğuna görğ gələ bilmirdi tez tez. Ad  günümə gəlməyi həqiqi sürpriz idi mənə)

 

14. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

dediyim kimi hər ad günüm təm-təraqlı keçib, sağ olsun anam atam, yoldaşım bütün qohumlarım

 

15. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Hələ ki, elə bir şey olmayıb. inşaallah olmaz

 

16. Bilirəm ki, bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum günündə işləmək necədi? Axı necə də olmasa doğum günümdür deyə insan bir az ərköyün olur.

qoymurlar işləməyə məni ad günümdə sağ olsunlar))

 

17. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

Hə, birinci doğum günümdü burdakı qızlarla. xoşdu mənə, çünki çox öyrəşmişəm bura və burdakı qızlara) hər kəsi yaxın bilirəm özümə.

 

18. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

Hər kim təbrik eləsə çooooooooooooooox sag olsun canım. Nə fərqi var ki, birinci və ya sonuncu))

 

19. Bu yaşına qədər keçirdiyin doğum günlərində səni çox adam təbrik edib yəqin ki.Bəs o təbriklərin içində sənə təəccüblü gələni, maraqlı, süpriz olanı hansı olub?

 Məktəb vaxtı qızlar oğlanlar həmişə hədiyyə alırdılar ad günümdə. amma 11ci sinifdə oxuyanda oğlanlar ayrıca hədiyyə alıb evimə gətirmişdilər. Mənə bir bacı kimi münasibətləri çooox başqaydı .(sinif nümayəndəsi idim, həmişə oğlanlar dərsdən qaçanda ört-basdır eliyirdim onları,  ona görə çox istəyirdilər məni))) .o sürprizləri heeeç vaxt yadımdan çıxmaz.

 

20. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

Təbii ki, ilk öncə ailəmə sevdiklərimə Tanrıdan sağlam can arzu edirəm ki, hər yaşımı onlarla birgə qeyd edə bilim. Çox  şükür Allah mənə gözəl ailə, gözəl yoldaş nəsib edib. Mən daha nə istəyə bilərəm ki? Allah qismet eləsin yoldaşımla birgə balalarımızın gözəl günlərini görüm. Tək özümə yox burdakı hər bir bacıma gözəl ailə, sağlam can arzu edirəm. bu ikisi varsa, deməli hər şeyi var insanın. Təşəkkürlər hər kəsə və xüsusən də sənə canım... 

 

 
Canım mənim, doğum gününü təbrik edirəm... diləyim o isti yuvandan sevgi, səadət, xoşbəxtlik əskik olmasın... hüzur və sevinc içində balalarını böyüdüb xoş günlərini görmək nəsibin olsun... amin...
 

(səs: 4)
Şərhlər: 20
Baxılıb: 2 811
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri