Bu günün SƏBƏBKARI - narmiwka_15

Müəllif: arzum-aysum
Şərhlər: 19
Baxılıb: 3 460
Səs ver:
(səs: 5)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın :zhappy%20birthday: narmiwka_15 -di.... :zhappy%20birthday: buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın.... 
 
Bu günün SƏBƏBKARI - narmiwka_15 
 
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
salamlar. Mən Abdullazadə Nərmin.
 
2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
02.04.2001ildə Bakıda doğulmuşam
 
3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
Qəribə bir hissdi. Düşünürsən ki, görəsən mən bu həyatda olmasam nələr olardı? Yəni dünyada olan gözəllikləri necə görə bilərdim? Gözəl hissdi məncə
 
4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?
heç o haqda eşitməmişəm ki, mənə nə alıblar 1 yaşımda, amma deyəsən sırqa və geyim alınıb).
 
5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Ailəmin, sevdiklərimin olmağı, mənim üçün gözəl hədiyyədi. Sonra da saat almışdılar mənə istədiyim saatı onda çox sevinmişdim
 
6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
yalan deməyim, hə olub. Mən qab qacaq sevmirəm deyə mənə o hədiyyə alınanda sevmirəm, amma həmin adama bunu demirəm. ən azından məni düşünüb alıb.
 
7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?
yox olmuyub(
 
8. Bu günə qədər unutmadığın, sənin üçün ən yadda qalan doğum günü hansı olub?
10 yaşımın olduğu gün. Gözləmədiyim anda bütün qohumlarımız ad günümə gəldi, onda çox sevinmişdim)
 
9. Bəs elə bir doğum günün olubmu ki, xatırlamaq istəmirsən? Yəni sənin üçün pis keçib.
şükür Allaha hələ ki, olmayıb heç olmasın da.
 
10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
yoo heç vaxt, unutsalar çox pis olaram
 
11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
yox eləmiyiblər, amma ola bilsin bu dəfə eləsinlər)
 
12. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?Təəssüf ki eləmiyiblər(.
 
13. Dəqiq bilmədiyim üçün düşünürəm ki, məktəbdə oxuyursan. İkinci ailən sayılan Sinif yoldaşlarınla bir yerdə doğum gününü keçirtmək hansı hissləri yaşadır sənə?
düz bilirsiz. Mən sevmirəm dostlarımla ad günü eləməyimi, bütün ailəm, qohumlarım, ən yaxın dostum yanımda olsun, deyim-gülüm o mənə bəs edər.
 
 
14. Məktəb illərində keçirdiyin ən yadda qalan və yadında saxlamaq istəmədiyin doğum günlərin olub?
Hə olub, o da keçən il. guya mənə hamı podarka alırdı, parti eləyəcəkdi amma heç nə olmadı, mən də pis oldum
 
15. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
yoo olmayıb)).
 
16. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
Bəli 2-ci ildi, çox sevinirəm və sənə əziyyət verdiyimə görə pis oluram bir az(.
 
17. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
Mənim elə də tanışım yoxdu, hamı təbrik eləsin, mənə arzular desin, inşAllah inistuta girməyi arzulasın hamıa. bu yetər
 
18. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
inşAllah imtahanımı yaxşı verərəm, sevdiklərim yanımda olsun, pislik eləmiyim, ağıllı, tərbiyəli, savadlı və daim gülərüz, xoşbəxt olum və də ki bütün arzularımın həyata keçməsini arzulayıram inşAllah..... sənə də çox sağ ol bildirirəm ki, mənim istəyimi yerə salmadın, xoşbext ol>.  
 
 
 
Canım mənim, doğum gününü təbrik edirəm... sənə dərsləridə müvəffəqiyyətlər, həyatında isə bol bol sevgi və xoşbəxtlik diləyirəm... öpürəm....
 
(səs: 5)
Şərhlər: 19
Baxılıb: 3 460
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri