Bu günün SƏBƏBKARI - Mira199591

Müəllif: arzum-aysum
Şərhlər: 17
Baxılıb: 3 316
Səs ver:
(səs: 5)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın
:zhappy%20birthday:  Mira199591-dı...   :zhappy%20birthday: 
buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın..
 
 Bu günün SƏBƏBKARI - Mira199591
 
1. Salam canım. Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
Salam canım. İlk öncə lahiyəndə mənə də yer verdiyin üçün çox sağol. Adım qısaca Mira.

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
Doğum tarixim 1995.05.19. 

3.Bir yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən özünü bu yaşda?
Bu yaşda özümü çoox qəribə hiss edirəm, çünki həyatımda köklü dəyişikliklər baş verdi :06: 
 
4. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
Gözəl duyğudu.... Özümü həyatın mərkəzi kimi hiss edirəm, çoxx sevincli oluram.

5. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?
Mən nəslin ilk qız övladı olmuşam, ona görə də yolumu gözlüyənlər çox olubdu. Buna görə də 1 yaşımda hədiyyələrim çoooox olubdu. Bir neçəsini mamam hələ də saxlıyır. Ən çox sevdiyim isə çəhrayi rəngdə olan donumdu. İnşAllah qızıma geyindirəcəm :09: 

6. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Nənəmin rəhmətə getməmişdən əvvəl mənə verdiyi öz nişan üzüyü :ciyy:

7. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
Olubdu, amma heç kimə bildirməmişəm.

8. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?
Təssüfki elə bir şey olmuyubdu :24:

9. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?
Bəli yadımdadır çox maraqlıydı :128: 
 
10. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?
Əlbətdə xatırlayıram ikimizin baş hərfləri yazılı sep.

11. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
Yox unutmayıblar, çünki bir ay əvvəldən hamının yadına salıram :23: 

12. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
Mənnən gizli heçnə etmək olmur həmişə planlarını suya salıram :122:

13. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
15 yaşım çox yadda qalan olmuşdu heç vaxt unutmaram. 

14. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
Qardaşım unudub bir dəfə, 1 həfdə danışdırmamışdım :125:
 
15. Bilirəm ki, bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum günündə işləmək necədi? Axı necə də olmasa doğum günümdür deyə insan bir az ərköyün olur.
Yaralı yerimdiii bu mövzu... Guya ad günü mənimdi hammıdan çox mən işləyirəm :15: 

16. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
Bəli ilk dəfədi. Maraqlı hissdi qızlarımızın hər birinin diqqətcil olduğunu bilirəm ümüd edirəm unutmazlar :09: 

17. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
Saytda hec kimlə əlaqəm demək olarki yoxdu ona görədə hec kimnən :15: 

18. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin? 
Tanrıdan istədiyim ən birinci sevdiklərimin canının sağlığıdır. Bu yaşımda ALLAHIMDAN istədiyim xoşbəxt ailədir. :toy:
 
 
Canım mənim , təbrike dirəm doğum gününü... yeni yaşını yeni ailənlə, sevdiyinlə keçirəcəksən inşallah... Tanrıdan diləyim hər il doğum gününü sevdiyin əzizlərinin ətrafında deyib gülə gülə, can sağlığı ilə keçirəsən... amin... öpürəm...
 

 

(səs: 5)
Şərhlər: 17
Baxılıb: 3 316
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri