Bu günün SƏBƏBKARI - liza

Müəllif: arzum-aysum
Şərhlər: 17
Baxılıb: 3 728
Səs ver:
(səs: 7)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın
  :zhappy%20birthday: liza-di...   :zhappy%20birthday:
buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın.
 
 Bu günün SƏBƏBKARI - liza
 
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
Salam bacı, hər nə qədər məni burda tanıyan olmasa da layihənə dəvət etdiyin üçün təşəkkürlər, mənim adım Leyla
 
2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxti?
14.05.1993

3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duygudur?
Mən doğum günü qeyd etməyi sevmədiyim üçün mənə görə adi günlərdən bir ferqi yoxdur 

4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsenmi?
Yox bacı, yalan deyə bilmərəm

5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub
Mənim doğum günümdə canım qədər sevdiyim rəfiqəmin bir qizi olub, o mənim üçün ən gözəl hədiyyə idi
 
6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
Yox bacı, olmayıb

7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verile?
Yox bacı, doğum günləri keçirməyə həvəsli olmamışam deyə heç hədiyyə də fikirləşməmişəm vallah

8. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
Yox, yadımda deyil

9. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
 Bir dəfə doğum günümdə yenə də mənim üçün adi bir gün idi. məktəbin axırıncı ili idi ,bir də gördüm sinif yoldaşlarım hamısı gəldilər bizə, bu mənim üçün həqiqətən böyük sürpriz olmuşdu

10. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
Deyərdim ki, tək keçirdiyim doğum günüm elə o olub, o da uşaqlar gəldi deyə, amma uşaq vaxtı çox olub mamamın dediyinə görə 

11. Bu günə qədər unuda bilmədiyin və ya əksinə unutmaq istədiyin bi doğum günün Olub
Yox bacı, olmayıb

12. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
ən çox sevdiklərim həmişə məni gecə saat 12-dən təbrik edirdilər

13. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür artıq. Doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
Hə bacı, bu ikincidi, yuxarıda da qeyd etdiyim kimi burda məni heç kim tanımır, onun üçün də heç bir qeyri adilik hiss etmədim

14. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq isterdin?
Nə bilim vallah, elə saytın özündən

15. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
Inşallah bu il bizim üçün, xalqım üçün və əsas da dünya müsəlmanları üçün sakit, rahat, müharibəsiz, sülhlərlə dolu bir il keçər, Amin inşallah
 
 
 
Canım mənim, doğum gününü təbrik edirəm... yeni yaşında dilədiyin bütün arzuların gerçək olmasını, üzünün hər zaman gülməsini diləyirəm... xoşbəxt ol hər zaman... amin...
 


(səs: 7)
Şərhlər: 17
Baxılıb: 3 728
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri