100 Yaşa canım anam

Müəllif: YalniZ-ArZu
Şərhlər: 28
Baxılıb: 11 938
Səs ver:
(səs: 0)
Salam gözəl bacılarım :03:Bu gün mənimçün cox əlamətdar bir gündür.Çünki illər öncə mənə həyat verən ve beləliklə həyatımın mənasına cevrilən bir qadın,yəni canım ANAM dünyaya göz açıb. :128:

100 Yaşa canım anam


Əzizim,canım,urəyim anamı təbrik edirəm,100 yaşasın gözəl anam.Allah ürəyində nə arzuları var çin eləsin.Bütün fədakar analar kimi mənim də anamın arzuları ancaq övladlarıyla bağlıdır.Bizim üçün dua edər həmişə,heç ALLAHdan özündən ötrü nəsə istədiyini görməmişəm indiyəcən.



Çox əziyyətimizi çəkib,biz böyümüşük ancaq o bizim qaygımıza uşaqmışız kimi qalır hələ də.Əynimizi nazik geyinəndə üzünün narahatlıq dolu ifadəsi arada qıcıq versədə,sonra peşman oluram və ALLAHıma bu cürə qayğıkeş anam olduğu üçün min dəfə şükür edirəm.



Anacan,ALLAH səni və atamı bizim başımızın üstündən əskik etməsin heç vaxt.Böyüklükdən əskik olmayasız.Hər zaman yanımızda olasız. :melek:
Gözəl anam hər zaman belə baxımlı qalasan,gözəl qalasan indiki kimi.Ancaq qalmasanda sən mənim gözümdə dünyanın ən gözəl,ən dəbli,ən şık anasısan.Mənimçün sən DÜNYA GƏZƏLİSƏN :128:Sən mənim qoruyucu mələyimsən.



Bir daha AD GÜNÜN MÜBARƏK gözəl anam :20: Səni dünyalar qədər sevirəm :heart:
(səs: 0)
Şərhlər: 28
Baxılıb: 11 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri