○●♡Yaxşıki Doğulmuşam♡●○ 23.11✌

Şərhlər: 16
Baxılıb: 5 561
Səs ver:
(səs: 3)
○●♡Yaxşıki  Doğulmuşam♡●○ 23.11✌

Şükürlər olsun deyərək başlamaq lazım yeni bir yaşa.

İllər keçdi

Keçdikcə mənə bir şeylər öyrətdi

Öyrətdikcə biraz daha böyütdü

Öyrətdikcə biraz daha acıtdı

Biraz daha xoşbəxt etdi

Biraz daha məsuliyyət yüklədi

Bəzən aldı sovurdu başqa bir yerə

'Buradan başla!' dedi

Heç acımadı

Acıtdıqca biraz daha güclü etdi


Tam güclüyəm deyərkən

Ayağımı büdrətdi...

Keçdi qarşıma gülümsədi

'Həyatın Sürprizlər!' dedi.

Dizlərimin qanamasına baxmadan

'Ayağa qalx!'

'Təkrar başla!' dedi

Dediyi dedik

Bildiyi bildik

Heç güzəşt vermədi bu yaşıma qədər

Bəzən 1barmaq bal yedirdi

Xoşbəxt etdi məni

Uşaq kimi sevinərkən

Uşaqlığım üçün darıxdırdı

Uşaqlığımda topladığım qəpik quruşa

Ümidlər aldırdı

Ümidləri önümə qatdı 'başla yeri!'... dedi

Yeridim 27il

Bəzən sabah yuxusu qədər şirin gəldi

Bəzən sabaha çatmaq bilməyən gecələr qədər uzun və acımasız

Bəzən dəniz kənarında çay,simit qədər keyifli

Bəzən bir kasa şorbanı paylaşacaq qədər ləzzətli

Bəzən kiçik bir not kağızındaki sevgi sözcükləri qədər isti

Bəzən sevdiklərimi əlimdən alacaq qədər gerçək

Bəzən arxamdan vuracaq qədər acımasız

Bəzən yalançı baharlar qədər saxta

Bəzən isti bir gülümsəmə qədər dostcanlı,

Acıları öyrədərkən belə...

Ertələmədən illərə meydan oxuyur

Sən ertələsən belə o davam edər keçməyə

KÜSMÜR

QIRILMIR

BEZMİR

Umursamır

Hər il

Qocaman gülümsəmə ilə gəlir

Yenidən.

Yanağına bir busə qondurur

'Yaxşıki doğdun!'

'Şanslı insan!'

Nə deyə bilərəm ki,Həyat!

Hər halınla keyiflisən

'Yaxşıki doğulmuşam!'... o zaman.
(səs: 3)
Şərhlər: 16
Baxılıb: 5 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri