Bacıcan, ananın doğum günü mübarək!...

Müəllif: arzum-aysum
Şərhlər: 17
Baxılıb: 10 892
Səs ver:
(səs: 5)
Gözəl bacılarım, bu gün şirin şəkər qızlarımızdan olan qonaqa-nın anası Aynurə xanımın doğum günüdü...  :zhappy%20birthday: bu xəbərimdə şirin bacımızın anasına olan sevgi dolu sözlərini sizlərlə paylaşmaq istədim....
 

 
Dünyanın ən gözəl qadını, canım anam, bu gözəl gündə sənə bir məktub yazmaq istədim..
Əvvəlcə sən dünyanın ən gözəl qadınısan, anam. Sən dünyanın ən gözəl qoxususan və sən dünyanın ən gözəl gülüşüsən. Necə bu qədər mükəmməl ola bilirsən bilmirəm, amma sən qüsursuzsan, anam. Bilirəm körpəliyimdən bəri ərköyünəm, bəzən dəymədüşərəm. Heç nəyə baxmayaraq mənə hər vaxt səbir göstərdiyin üçün sən dünyanın ən səbirli qadınısan, anam...
 

 
Bilirəm bəzən sözünü dinləmirəm, bəzən bilə-bilə səhv edirəm, amma bunlara baxmayaraq məni hər səfərində səhvlərimlə qəbul etdiyin üçün sən dünyanın ən qadınısan, anam.

hər vaxt haqlı çıxırsan, anam. Niyə bilmirəm, hər "amma"yla başlayan cümlələrim hər zaman "haqlısan"la bitmişdir. Cümlələrin nöqtəsini ən yaxşı sən qoyarsan. Ən gözəl yeməklər 0əmişə sənin əlindən olanlardır. Və ən gözəl yataq səninlə paylaşdığım.. Ən tez bitən işlərim sənin dualarınla başlayanlar və ən xoşbəxt günlərim həmişə yanımda olduqlarındır...
 


Bilirəm ki, səni hirsləndirirəm bəzən və bilirəm ki, bəzən üzərim. Amma sən də bil ki, səni hər hirsləndirdiyimdə özümə daha çox hirslənəirəm, səni üzdüyümdə səndən daha çox mən kədərlənirəm...
Mənə həmişə deyərsən ki "mən də anamı çox sevirəm, amma balalarımı sevdiyim qədər deyil,, deyə. Səni, sənin məni sevdiyin qədər sevə bilmədiyim üçün hər vaxt acizəm qarşında. Amma bil ki, bir ana ən çox nə qədər çox sevilə bilərsə mən səni o qədər sevirəm , canım anam... Yaxşı ki, varsan və yaxşı ki, mənim anamsan , dünyalar qədər sevdiyim biricik anam...
 

 
Gözəlim, biz də bütün qızlar adından ananı təbrik edirik, . Allah onun varlığını, o isti nəfəsini, sevgi dolu qucağını üstünüzdən əskik etməsin... amin..

(səs: 5)
Şərhlər: 17
Baxılıb: 10 892
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri