Atanın doğum günü mübarək, bacı

Müəllif: arzum-aysum
Şərhlər: 16
Baxılıb: 170 989
Səs ver:
(səs: 8)
Qızlar, bu gün sizə daha bir doğum günü xəbərim var... kiminnnn? .... mən deyim, hamımız da bilin ki, bu gün saytımızın qızlarından bacım krisa-nın atasının 59-cu yaş günüdür... elə bu xəbərimdə də krisa bacımın atasına olan sevgi dolu sözlərini sizə çatdıracam....
 

 
Həyatda ilk sevdiyim adam, ilk dəfə əllərimdən tutub məni gəzdirən, gözyaşlarımı əllərinin istiliyi ilə oxşayan, üşüdüyümdə sarıldığım, qorxduğumda arxasında gizləndiyim, mənim üçün ən güclü qəhrəman, ən şirin adam CANIM ATAM...
 


Sənə olan duyğularımı heç bir kəlimə ilə ifadə edə bilmərəm. .. Atam. ....Sığdıramam səni bir neçə misraya, necə izah edim ki atalığını bütün dünyaya... Hər ad günündə sənə söyləyə biləcəyəim tək bir söz var ata, " Səni nə qədər çox sevsəm, o qədər çox olsun ömüründən keçən illər " Sən mənim canım, sevdiyim, saydığım, keçmişim, gələcəyim ən əhəmiyyətlisi bu günümsən atam. .Kölgəsində dinclik tapdığım böyük çinarımsan. ..Qız uşaqlarının ilk eşqi atasıdır ya. ..Sən də mənim ilk eşqimsən atam. ..Sən mənim nümunə aldığım, güvən hiss etdiyim, başı dik gəzməyi öyrədənim, dostum, sirdaşım, sevinc qaynağım canımsan. ..Mən sənin keçmişin, sən mənim gələcəyim, hər şeyini mənimsədiyim..
 


Canım Atam Yaxşı ki varsan, o qədər şanslıyam və bundan ötəri o qədər xoşbəxtəm ki.. Rəbbim səni başımızdan əskik etməsin ( amin ) Ad gününmübarək olsun ilk eşqim. .59 yaşındakı yaraşıqlım... .Səni çox sevirəm..
 

 
Bacı, bütün qızlar və öz  adımdan atanı təbrik edirəm... Allah onu başınızın üstündən əskik etməsin... evinizin dirəyi, qolunuz qanadınız olan atan hər zaman var olsun və sizinlə olsun.... amin...
(səs: 8)
Şərhlər: 16
Baxılıb: 170 989
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri