Bu günün SƏBƏBKARI - deniz55

Müəllif: arzum-aysum
Şərhlər: 16
Baxılıb: 5 540
Səs ver:
(səs: 5)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın deniz55-di.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
Bu günün SƏBƏBKARI - deniz55
 
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
Salam canım. Mən Şahbazova Yağmur, yəni sizin tanıdığınız denız55
 
2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
Doğum tarixim 14.05.1994
 
3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
Çox gözəl duyğudur, insan özünü həmin gün fərqlı, gözəl, özəl hiss edir.
 
4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?
1 yaşımda nənəmin aldığı sırqalar ilk hədiyyəm olub.
 
5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Bu günə qədər aldığım ən gözəl hədiyyə Allahımın mənə bəxş etdiyi oğlumdu.
 
6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
Mənim üçün hədıyyınin yaxşısı, pisi yoxdu, bəyənmədiyim hədiyyəm olmayıb.
 
7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?
Bəli olub, gördüyüm bır şeyi çox istəmişəm müəyyən vaxtdan sonra mənim olub.
 
8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?
Sevdiyim yənı yoldaşımla keçirdiyim ilk doğum günümü heç xatırlamaq istəmirəm .
 
9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?
Yoldaşımnan ilk hədiyyəm telefon, oyuncaq ayı və qızılgül olub .
 
10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
Bəli, doğum günümü undublar, amma mən də heç xatırlatmamışam.
 
11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
Yox, süprız doğum günü heç kəs etməyib.
 
12. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
Bəli, keçən il 2014 də yoldaşımla keçirdiyim doğum günü ən çox xoşbəxt olduğum günlərdən biri olub.
 
13. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
Xeyr, unutmayıb onun yadınnan heç vaxt çıxmayıb.
 
14.Canım bacım, bilirəm ki, ailəlisən və soruşmaq istərdim ki, ailə həyatı qurduqdan sonra keçirdiyin ilk doğum günün necə olub?
Toydan sonrakı ilk doğum günümü xatırlamaq istəmirəm, çünki həmin günüm xəstəxanada keçib, ən pis günlərdən biri olub, dəhşətiı ağrıynan xəstəxanada qalmışam.
 
15. Bəs sevdiyinin sənə toyunuzdan sonra ilk doğum günündə etdiyi hədiyyə necə, yadındaırmı?
Baxmayaraq ki, xəstəxanada olmuşam, amma yoldaşım hədiyyəmi almışdı, telefon, oyuncaq ayı və qızılgül.
 
16. Canım mənim, bu ilk doğum günündür ki, şirin balanla keçirdəcəksən. Bu an ürəyində yaşadığın o gözəl duyğuları bizimlə bölüşməni istərdim.
Bu il doğum günümü oğlumnan birlikdə keçirəcəm. O mənim ən gözəl hədiyyəmdi . Şükürlər olsun.
 
17. Bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür, səhf etmirəmsə. Doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
Bu saytı çox sevirəm və 2ci doğum günümdü ki, burda qeyd edirem. hətta 1"ci doğum günümdə də saytı ilk açanda sənin mənim üçün hazırladığın xəbəri gördüm və çox sevindim.
 
18. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
Nə deyim, burda tək dostum bir sənsən, qızlarımızı da şərhlərdən tanıyıram, təbrik edəndə sağ olsun, etməyən də.
 
19. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
Tanrıdan hamımıza can sağlığı, uzun ömür arzu edirəm .Tək bir arzum da var, onun yerinə yetməsini istəyirəm.
Və sonda sənə, menim gözəl bacım çox sağ ol deyirem, çox əziyyət çekmisən suallar hazırlamısan, çox təşəkkür edirəm, səni çox istəyirəm, yaxşı ki, varsan.
 

 
Mələyim səni bütüüüüüüüüünnnnnnnn qızlar adından təbrik edirəm... Sənə bu həyatda daim gülməyini, xoş və qayğısız günlər yaşamağını arzu edirəm..sənə qadın kimi, ana kimi hər zaman xoşbəxt olmağını diləyirəm... Qadın kimi hər zaman seviləsən, dəyərli olasan, qiymətli olasan bidənən üçün...  hər gününüz sevgi və məhəbbət içində keçsin...  Ana kimi o  gül balanı gözü dolusu böyütmək qismətin olsun... hər zaman gözünün nuru olsun... amin..

 

(səs: 5)
Şərhlər: 16
Baxılıb: 5 540
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri