Bu günün SƏBƏBKARI - My_angel

Müəllif: arzum-aysum
Şərhlər: 19
Baxılıb: 3 148
Səs ver:
(səs: 2)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın my-angel-di.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
 Bu günün SƏBƏBKARI - My_angel
 
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
Aleykum Salam,bacım. Mən Büllur yəni my_angel

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
13 iyun 2000-ci il. :)

3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
Çox gözəl duyğudur,insan özünü çox xoşbəxt hiss edir.

4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?
Bəli,bacı, ayı kukla almışdılar :miwka: 

5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Mənə alınan bütün hədiyyələr mənim dəyərli və gözəldir.

6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
Qısaca belə deyim,mənə edilən bütün hədiyyələri hər zaman bəyəmişəm,yani mızıkçılık yok bende :))

7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?
Tam səmimi deyim: Xeyr :)

8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?
Sevgi(eşq) yaşamadığım üçün sevdiyim də yoxdur :08: 

9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?
Yoxdur ki,hədiyyə də alsın :) :20: 

10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
Xeyr.Heç vaxt unutmayıblar şükür.

11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
Malesef :(

12. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
Bəli,ailəmlə keçirdiyim hər doğum günüm məni xoşbəxt edir onsuz da.

13. Ay canım, yəqin ki,hələ məktəbdə oxuyursan. Bu qayğısız uşaqlıq illərində doğum gününü sevimli müəllimlərin, sevimli sinif yoldaşlarınla keçirtmək hansı hissləri yaşadır sənə?
Bəli bacı,məktəbliyəm.Məktəbdə keçirdiyim hər günüm,istər ad günüm istərsə də adi bir gün mənim üçün qayğılı və yaddaqalandır.

14. Bu il ərzindəki məktəb illərində keçirdiyin ən yadda qalan və yadında saxlamaq istəmədiyin doğum günlərin olub?
Xeyr,bacım.

15. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
Ən çox sevdiyim ailəmdir,şükür unutmayıblar.

16. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
Bəli. Qadınlar.Biz-lə keçirdiyim ilk gündür :girl_in_love: 
Səmimi qəlbdən deyirəm,içimdə çox gözəl bir hiss var.İkinci ailəm olan Qadınlar.Biz-də sizin kimi gözəl qəlbli bacılarımla ad günü keçirmək çox xoşdur mənə :gul: 

17. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
Fərq etməz mənim üçün :)))

18. Bu yeni yaşında gözlədiklərin və Tanrıdan istədiklərin?
İlk öncə hər kəsə can sağlığı və xoşbəxtlik,arzularına çatmağı arzu edirəm. Özümə gəldikdə isə Həkim olmağı arzu edirəm.Çünki ən böyük arzumdur həkim olmaq.
Sənə isə ayrılıqda təşəkkür edirəm Türkan bacım,çox sağol.
 
 
 
Mələyim səni bütüüüüüüüüünnnnnnnn qızlar adından təbrik edirəm... Sənə bu həyatda daim gülməyini, xoş və qayğısız günlər yaşamağını arzu edirəm... anrı sənə yaxşı təhsil, xoşbəxt gələcək, gözəl bəxt tale və bol ruzili bir həyat nəsib edər inşallah... Hər zaman doğru yolda haqq yolunda ol... amin... 
 

(səs: 2)
Şərhlər: 19
Baxılıb: 3 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri