Bu günün SƏBƏBKARI - guler19

Müəllif: arzum-aysum
Şərhlər: 23
Baxılıb: 3 669
Səs ver:
(səs: 7)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı mənim canım gözüm, gözəl bacım, çoxxxxxxxxxxxxxxxxxx istədiyim saytımızın guler19-du.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
Bu günün SƏBƏBKARI - guler19 
 
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
Salam canım, adım Gülərdi
 
2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
24 iyun 1994-cü ildənəm

3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
Çox gözəl və özəl duyğudur mənim üçün
 
4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?
Vallah nə yalan deyim uşaq vaxtı çox kasıb olmuşuq. elə hədiyyələr almamışam, gözləməmişəm də Valideynlərim yanımdadı onlar mənimçün ən böyük hədiyyə olub

5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Yoldaşım ad günümdə gözəl bir şeir yazmışdı mənim üçün, o hədiyyəsin hələ də saxlayıram.

6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
Hə olub, amma bildirməmişəm, əksinə çox bəyəndiyimi demişəm,

7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?
Nə yalan deyim Ürəyimdən keçən hediyyələrin hamısın sevdiyim insanlar alır mənim üçün. çünki onlar mənim zövqümü və ürəyimi bilirlər

8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?
Əlbətdə yadımdadı, onunla keçirtdiyim ilk doğum günümdə nişanlı idik, qaynanamla bir də bir xalası qızı vardı onunla gəlmişdi bizə. Məktub yazmışdı mənə utandığından vermirdi. Xalası qızına verdi o vermişdi mənə, qəşəng hədiyyələr almışdı mənə ən çox bəyəndiyim məktuba yazdığı ürək sözləri olmuşdu

9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?
Əlbətdə xatırlayıram, boynunda sepi vardı çıxartdı mənə verdi dedi bundan sonra sən tax və heç vaxt çıxartma

10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?
Bir dəfə olub. evimizdə olanda uşaq vaxtlarımda çox əzablar görmüşəm valideynlərimlə bir yerdə. o da ondan olmuşdu. Süfrəyə oturduq hər kəs oturmuşdu heç kimin yadında deyildi. Düzün desəm heç vecimə  də deyildi. Valideynlərim yanımdadı o bəs idi mənim üçün. Sonradan atamın yadına düşdü çox pis olmuşdu bağışla dedi qızım, kövrəlmişdi mən də atamı elə görüb çox pis oldum, sən yanımdasan bu mənim üçün ən böyük hədiyyədi dedim

11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
Hə çox olub. Birində canım yoldaşım etmişdi. Birində 7-8 sinifdə oxuyurdum anam heç nə demirdi ad günüm barədə, amma nələr almışdı. Ad günümdə birdə gördüm sinif qızlarımızın hamısı bizdədi, Şoka düşdüm Sonradan bildim ki, anam mənə supriz edib çox sevinmişdim

12. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
Bəli ediblər

13. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
Yooo heç vaxt olmayıb

14. Canım bacım, bilirəm ki, ailəlisən və soruşmaq istərdim ki, ailə həyatı qurduqdan sonra keçirdiyin ilk doğum günün necə olub?
 Ailə həyatı qurduqdan sonra keçirdiyin ilk doğum günüm çox gözəl olmuşdu. Qaynanamla yoldaşım məndən xəbərsiz xalalarımı, bibilərimi sevdiyim hər kəsi çağırmışdılar, çox xoşbəxt olmuşdum onları görüb çox sevinmişdim

15. Bəs sevdiyinin sənə toyunuzdan sonra ilk doğum günündə etdiyi hədiyyə necə, yadındadırmı?
Bəli yadımdadı, gözəl bir qolbaq almışdı mənim üçün bir də telefon

16. Bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür, səhf etmirəmsə. Doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
Bu ilki doğum günümüdə bacılarımla bir yerdə keçirtdiyim üçün çoooooooox xoşbəxtəm
 
17. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
Vallah nə deyim bunu özləri bilərlər Təbrik edən də sağ olsun etməyəndə

18. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istədiklərin?
Rəbbimdən ən xeyirlisi nədirsə onu istəyirəm. Ailəmin, sevdiklərimin, böyüklərimin, canım yoldaşımın həmişə var olmasını, Başımın üstündən heç vaxt əskiy olmasınlar istəyirəm. Və bir də RƏBBİMdən ən böyük arzum mənə tezliklə xeyirli bir övlad qismət etməsin istərəm, amin...
 
 
ayyyyyyyyyyyyy mənim şirinim, şəkərimmmm gözəl üzlü, gözəl qəlbli Gülərim.... səni ürəkdən təbrik edirəm, Tanrıdan sənə bu həyatda hər şeyin ənnnn gözəlini, xoşbəxtliklərin ənnnn böyüyünü diləyirəm... çünki sən həqiqətəndə həyatda var olan bütün gözəlliklərə layiqsən... səni o qədər çox istəyirəm ki, hər zaman üzün gülsün istəyirəm... Tanrı o gözəl sevginizi, o gözəl yuvanızı qorusun, hər zaman üstünüzdə olsun canım bacım.... evinizin ruzisi bərəkəti bol olsun ... və ən əsası bütün qəlbimlə Tanrıdan diləyirəm və istəyirəm ki, tezliklə səni və yoldaşını şirin bir övlad payı ilə sevindirsin... amin inşallahhhh... sən mənim bitanecikkkk bacımsan.... öpürəm çoxlu çoxluuuuu və bərk bərk qucaqlayıram....

(səs: 7)
Şərhlər: 23
Baxılıb: 3 669
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri