Bu günün SƏBƏBKARI - Marta

Müəllif: arzum-aysum
Şərhlər: 25
Baxılıb: 2 423
Səs ver:
(səs: 5)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın :zhappy%20birthday: Marta -dı.... :zhappy%20birthday: buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
Bu günün SƏBƏBKARI - Marta 
 
 

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

 


Salam, dəyərli bacım,  əvvəlcə sənə öz təşəkkürümü bildirirəm diqqətinə  görə.

Mən Hüseynova Zülfiyyə,  yəni sizin Marta))

 


2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

4.03.1995

 


3.Bir yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən özünü bu yaşda?

Bəli bacım, artıq 21 yaşım var, əslində bi raz  qəribə duyğudur,  hem sevincli, həm də  kədərli, çünki insan sanki böyüdükcə  həyatdakı  qayğılar da artır..

 


4. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Özəl və gözəl bir duyğudur...

 


5. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?

Nəsildə  ilk nəvə olduğuma  görə  çox hədiyyələrim olub deyilənə  görə)) Amma ən özəli Atamın mənə aldığı ağ göyərçin suveniri olub, hansı ki,  indiyə qədər saxlayıram..

 


6. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Bu günə qədər aldığım ən gözəl hədiyyə Allahımın mənə bəxş etdiyi Mükəmməl Valideynlərim, Canım qardaşım, və uğrunda canımdan belə keçəcəyim Həyat Yoldaşımdır...

 


7. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

 Xeyr, olmayıb, mənim üçün alınan kiçik bir çöp də  mənim üçün dəyərli və önəmlidir.

 

8. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?

Bəli, olub, çox bəyəndiyim bir şey var idi, amma heç vaxt deməmişdim ki, mən onu istəyirəm hədiyyə, yoldaşım sağ olsun almışdı))

 


9. Sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Bəli, bizə elçi gəldiyi zamanlarda,  düzü ad günümdən keçmişdi və hələ məni ona verməyə razı olmamışdı valideynlərim))), böyük bir mişka almışdı,  hansı ki,  yan yana dayananda mişka məndən böyükdü))  gəlmişdi bizə bacısıyla vermişdi.


10. Ailə həyatı qurduqdan sonra sevdiyinlə keçirdiyin ilk doğum günün yadındadırmı?

Bəli yadımdadır, həmin gün çox xoşbəxt və sevincli idim)))

 


11. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?

Yox canım, olmayıb ki, doğum günüm unudulsun. Yəqin ki,  pis olar insan doğum günü unudularsa....

 


12. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Yox surpriz olmayıb,  yəni bu günə qədər bütün doğum günlərimdə bilmişəm ki,  qeyd olunacaq)))


13. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

Belə bir şey olmayıb yəni parti) mama bu günə qədər qeyd olunan doğum günlərimin hər biri özəl və yaddaqalan olub...

 


14. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Xeyr, belə bir şey olmayıb, inşAllah da olmaz...

 


15. Bilirəm ki, bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum günündə işləmək necədi? Axı necə də olmasa doğum günümdür deyə insan bir az ərköyün olur.

Subay olanda işləmirdim ərköyünlük edirdim doğum günümdür deyə)))  Ailə qurduqdan sonra iş başa düşdü))

 


16. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

Bəli ilk doğum günümdür sizlərlə keçirəcəyim, çox sevincliyəm aranızda olmaqdan. inşAllahki qarsılıqlıdır))

 


17. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

Gözlədiyim biri yoxdur , təbrik edənlər də etməyənlər də sağ olsun)))

 


18. Bu yaşına qədər keçirdiyin doğum günlərində səni çox adam təbrik edib yəqin ki.Bəs o təbriklərin içində sənə təəccüblü gələni, maraqlı, süpriz olanı hansı olub?

Sinif yoldaşımın mənə verdiyi təbrik dolu açıqca (otkritkası)))) olub,  mənali təbrik idi mənim üçün. Şablon sözlərdən istifadə olunmamışdı...

 


19. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

Hüzur dolu, sevgi dolu, sağlam,  xoşbəxt ailə  həyatı, sevdiklərimin canının sağlığı,  bir də Xeyirli övlad... təşəkkür hər birinizə, oxuyan gözləriniz var olsun...

 
 
Canım mənim, doğum günün mübarək... dilərəm Tanrıının sənə bəxş etdiyi bu həyatı sevdiklərinin yanında böyük bir xoşbəxtlik və hüzur içində yaşayasan.... yeni yaşın sənə arzusunda olduğun hər şeyi nəsib etsin və inşallah gələn il doğum gününü bap balaca, şip şirin bəbişinlə qeyd edərsən... amin... öpürəm canım...
 

(səs: 5)
Şərhlər: 25
Baxılıb: 2 423
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri