Salam gözəllər....
naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam...
yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi...
sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün
səbəbkarı saytımızın :zhappy%20birthday: liza-di... :zhappy%20birthday: buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın.
1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.
Salam bacı, hər nə qədər məni burda tanıyan olmasa da layihənə dəvət etdiyin üçün təşəkkürlər, mənim adım Leyla
2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxti?
14.05.1993
3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duygudur?
Mən doğum günü qeyd etməyi sevmədiyim üçün mənə görə adi günlərdən bir ferqi yoxdur
4. Bu günə qədər çox hədiyyələr
almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə
söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsenmi?
Yox bacı, yalan deyə bilmərəm
5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub
Mənim doğum günümdə canım qədər sevdiyim rəfiqəmin bir qizi olub, o mənim üçün ən gözəl hədiyyə idi
6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
Yox bacı, olmayıb
7. Hədiyyə ilə bağlı bir sual da
verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını
istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə
verile?
Yox bacı, doğum günləri keçirməyə həvəsli olmamışam deyə heç hədiyyə də fikirləşməmişəm vallah
8. Hər bir insan doğum günü
yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç
nə vaxtsa doğum gününü unudublar?
Yox, yadımda deyil
9. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
Bir dəfə doğum günümdə yenə də mənim üçün adi bir gün idi. məktəbin
axırıncı ili idi ,bir də gördüm sinif yoldaşlarım hamısı gəldilər bizə,
bu mənim üçün həqiqətən böyük sürpriz olmuşdu
10. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?
Deyərdim ki, tək keçirdiyim doğum günüm elə o olub, o da uşaqlar gəldi deyə, amma uşaq vaxtı çox olub mamamın dediyinə görə
11. Bu günə qədər unuda bilmədiyin və ya əksinə unutmaq istədiyin bi doğum günün Olub
Yox bacı, olmayıb
12. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
ən çox sevdiklərim həmişə məni gecə saat 12-dən təbrik edirdilər
13. Bildiyim qədəri ilə bu
qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür artıq. Doğum
gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?
Hə bacı, bu ikincidi, yuxarıda da qeyd etdiyim kimi burda məni heç kim tanımır, onun üçün də heç bir qeyri adilik hiss etmədim
14. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq isterdin?
Nə bilim vallah, elə saytın özündən
15. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
Inşallah bu il bizim üçün, xalqım üçün və əsas da
dünya müsəlmanları üçün sakit, rahat, müharibəsiz, sülhlərlə dolu bir il
keçər, Amin inşallah
Canım
mənim, doğum gününü təbrik edirəm... yeni yaşında dilədiyin bütün
arzuların gerçək olmasını, üzünün hər zaman gülməsini diləyirəm...
xoşbəxt ol hər zaman... amin...