Mənim toy günüm-Asiman

Şərhlər: 16
Baxılıb: 2 137
Səs ver:
(səs: 1)
Layihəmizin bu bölümlük qonağı- Asiman



1.Canım mənim, ilk olaraq yoldaşınla necə tanış olduğunuzdan danışaq...

-Salam quzum necesen
Gelek yoldasimla nece tanis olmagimiza yoldasim qonsu usagi olub evvel nifret edirdim bir defe dersden gelende o qara gozlerini gordum ve asiq oldum


2.Bir-birinizi tanıma müddəti nə qədər çəkdi?

-5 ay can sonra guc bela ile nisan oldu


3.Bizlərdə təəssüf ki, adət halını almayıb. Bəs sizdə necə sevgilin sizə evlənmə təklifi etdimi?


-yox can telefonda soz esasinda demisdi

4.Neçə müddət nişanlı qaldınız?

-2 il 1 aydan 1 gun eksik


5.Toya hazırlıq müddətində sizə ən çox keyif verən nə oldu?

-anamla gedib alis veris etmek


6. Toyunuza özəl olaraq rəqs kursuna getmişdiniz?

-yox can bizde ezrayilar var qoyarlar hec?


7.İlk rəqs parçanız nə idi?

-yadimdan cixib

8.Toydan öncə fotosessiya etdirmişdiniz? ( Olubsa necə məkanlarda olub?)

-yox baci qurban bizde ele sey yoxdur tenboli istenmemis alinan gelinem vapsi her sey qadaga idi ne var yoldasim ozu almisdi


9.Hər bir gənc qızın xəyalında bir gəlinlik modeli var. Toydan aylarlca öncə axtarış edirik. Bəs siz necə xəyalınızdaki o gəlinliyi tapıb geyinə bildinizmi?

-can tebbiki vardi amma sorusanda olmadi ozleri secdi  :icon_sada:


10. Bilirik ki, ən çox seçim etməkdə çətinlik çəkdiyimiz şey gəlinlik olur. Sizdə seçim etməkdə çətinlik çəkdiniz yoxsa ilk baxışda bəyənib götürdünüz?

-canim bacim and olsun ALLAHA iki il nisanli olduq iki ilde birce defe gelinliye getdim onuda mankin kimi geyindim ozleri secdiler hec fikrimi bele sorusmadilar ve ordan cixdiq bir magazay girdik orda iki donu qabagima qoydular birini secdim VESSELLAM
QISASI OZUM ISTEDIYIM OLMAYIB


11.Nişanlınız gəlinlik seçiminə müdaxilə etdi?

-YAZIGIN HEC FIKRINI SORUSAN VARDIKI


12.Saçınız və makiyajınızı öncədən seçmişdiniz yoxsa ani bir qərarla seçim etdiniz?

-YOX SALONDA BAXDIM BIRINI ETDIM

13. Nəticə necə idi? Hazır halınız ürəyinizcə oldumu?

-YOOOOOOXXXX razi deyildim az cox oglan toyu babat idi


14.Gəldik o məşhur günə... Toy gününüzün tarixini yəqinki unutmamısınız...

-25.06.2010 qiza toyu 26.07.2010 oglan toyu


15.Toy gününüzdə başınıza hər hansı bir pis vəya xoş hadisə gəlib?

-ele pis hadise geldi qiz toyunda qayinanamgil soz sohbet saldi gelinlik stolunda agalaya aglaya oturdum :15:


16.O günü unutduğunuz bir şey oldu?

-elecedehevesli deyildim cunki gozumden tokurduler her seyi


17.Toyunuzun ən gözəl anı nə idi?

-yoldasim masini surdu ozum oturdum qabaqda o bir azeziz oldu mene


18.Ən çox nə zaman həyəcanlandınız?

-evimizden cixanda agladim


19.Çox zaman qurulan ailələrdə bu bir o qədər önəm kəsb etmir. Ancaq yadda qalan ən gözəl gün kimi həyatımıza yazılır o gün. Söhbət toydan sonraki bal ayından gedir. Bəs siz necə..Bal ayına getdiniz?

-baci ne bal ayi toydan 4 gun sonra padalok sildim ne bal; ayi bacin qurban


20.Artıq neçə müddətdir evlisiniz?

-bu il 8 ili tamam edib 9 ile keceyik ALLAH nesib etse


21. Bu evlilikdən övladınız varmı? Varsa mümkünsə adlarını qeyd edin :)

-beli iki oglum var MIN SUKUR ALLAHIMA ADIL VE YUSIF


22.Ailənizdə ən çox güzəştə gedən tərəf kimdir?

-8 ilde men amma axrinci davamizdan yoldasimda ayilib MIN SUKUR ALLAHIMIZA


23. Allah heç bir qadını atdığı addımda yanıltmasın və etdiyi seçimdən dolayı peşman etməsin! Qadın gülərsə bütün bəşər gülər. Qadın xoşbəxtdirsə çöhrəsinə yansıyar. Bəs siz necə. Xoşbəxtsinizmi bu evlilikdən?

-18 GUNDFE MENDEN XOSBEXTI BELKDE OLA BILMEZ 8 ILIN BEHRESINI GORUREM MIN SUKUR ALLAHIMIZA


24.Gələk ən "maraqlı" nöqsana ;) Qaynananız var? Necə yola gedirsiniz? Əsrin həll olunmayan problemi kimi yoxsa ana qız kimi?

-YARALI YERIME DEYME BIR KELME DEYIM CANIMDAN BEZDIRDILER INTIHARA QEDER ETDIM BU YEQIN KIFAYET EDER SUALIN CAVABINA


25.Və gəldik sona. Sonda Qadınla.com un içi mən qarışıq subay və nişanlı qızlarına hansı tövsiyyələri etmək istərdiniz...

-HER BIRINIZE SIZI BASAN DUSEN OMUR GUN YOLDASI ARZU EDIREM HEYATDA ENISLI YOXUSLU YOLLARI VAR SIZE SEBR TEMKIN VE SIZIN ARXANIZDA DURAN YOLDASINIZI ARZU EDIOREM AMIN INSALLAH

CANIM BACIM COX SAG OL YER VERDIYN UCUN DERIN MINNETDARLIGIMI BILDIRIREM




Mən minnətdaram gözəl bacım dəvətimi qəbul edib qatıldığınız üçün!
Belə həyatlar görəndə deyirəm kaş qurulan ailələr qayanana qaynata yanında deyildə ayrıca yaşasınlar. Çünki ailəyə müdaxilə edib problem yaradanların 70% ərdən kənar şəxslər olur. Ya qaynana,ya baldız və.b... Mütləqdir ki, gəlin elə qaynananın dediyi ilə oturub dursun? Ər dedi bəsdidə gələk bir şeyin icazəsini almaq üçün 4-5 tamojnadan keçsinlər?
Bu bacımızında həyatına problem yaradan oxuduğum qədəri ilə qaynanadır. Allah islah eləsin başqa nəsə demək istəmirəm. Amma bilsin ki, xəstə yatağına düşəndə altına qab aparan zamanında əziyyət verdiyi siz gəlini olacaqsınız!
Allah bundan belə sizi mehriban eləsin bacım.
Bir daha təşəkkürlər. :20:
(səs: 1)
Şərhlər: 16
Baxılıb: 2 137
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri