Mənim həyat Hekayəm - Tomris Müslümova #1

Müəllif: Mr. OffiCeR
Şərhlər: 28
Baxılıb: 2 713
Səs ver:
(səs: 2)
Mənim həyat Hekayəm - Tomris Müslümova #1

HER KESE ALLAHIN SALAMI OLSUN CANIM BACILARIM :20:



Demeli gozel bacim bele bir lahiye hairladimxeberin adinidan gorduyunuz kimi MENIM HEYAT HEKAYERM bu yasiniza qeder yasadiqlarinizi hekaye seklinde mene gonderin xeberkimi paylasimedecem az_cox bir-birimizin heyatini bilek
Cox uztmadan kecek TOMRIS MUSLUMOVANIN heyat hekayesine




Bundan tam 22 il öncə Mingəçevirdə azca-mazca 4 kilo çəkiylə dünyaya göz açası olmuşam. :quc: Ailənin son beşiyi, ən çox oynadılan, sevilən, sakit ancaq bir o qədərdə mehriban, zəkalı :sair: , modnu geyinən :deli: , öz geyimlərini özü seçən, özünə saç-baş düzəldən, mamasının yanınnan bircə saniyə belə olsun əl çəkməyən, hamını yamsılamaqla maraq çəkən bir sözlə modda olan uşaq olmuşam. :01: Uşağı olmayan qohumumuzdan biri məni oynadan da həmişə Allahdan "bunnan mənə 5 dənə ver deyib arzulayırmış" İndi özünün 3 qızı var. :23:
Məktəbdə əlaçı, zaman-zaman sinif nümayəndəsi olaraq 11 illiyimi başa vurmuşam. Çox gözəl anılarım var o illərlə bağlı. Hər bir pislikdən uzaq, ancaq uşaq düşüncəli fikirləri ilə pozitiv olan sinifimizlə çox gözəl günlərimiz olub. :hmmm: Universitetin 1-ci kursunda oxuyanda isə "vərdişim" dediyim bu saytla tanış oldum və sizlər kimi mehriban qızlarla zaman keçirtmək nəsibim oldu.
Mənə hər zaman deyəndəki, ən pis və ən yaxşı günün nədir? Mütləq ağlıma iki fikir gəlir. Nə qədər istəyirəm ki, o fikirlərdən birini tamamən yaddaşımnan silim ancaq düşünəndə görürəm ki, doğurdan da mən onnan pis bir gün başqa heçnə yaşamamışam axı... Bəli, qardaşımın mənim telefonumu tutaraq sevdiyimin olduğunu örgəndiyi gün mənim həyatımın alt-üst olduğu gün idi. Başqa bir cümlə belə olsa yazmayacam. Çünki həqiqətəndə o günlə bağlı heç bir şey düşünmək istəmirəm. Çox böyük travmadı mənim üçün. Psixaloji və fiziki cəhətdən çökmüşdüm...
Ən gözəl günüm isə tələbə olmağım, xala olmağım, sevdiyimlə gizlin-gizlin görüşdüyüm hər görüşüm :nazlii: . Allaha çox şükür gözəl günlərim bəzilərini unudacaq qədər çoxdur.
Sözsüz ki, qəlbimdə saxladığım və kimsə ilə bölüşə bilmədiyim yaşanmışlıqlarımda var ancaq onlar qalsın mənə. :08: Hələ cavanam, subayam.. Bir qızın ən gözəl günləri sırasına onun nişan, toy günü, hamiləliyini örgəndiyi gün və ana olduğu günləridə daxildir. Mən hələ bunları yaşamamışam. Qismət olsa xeyirlisi ilə bunlarıda yaşayaram və onda bir daha uzun-uzadı xoş günlərimi qeyd edə bilərəm.
Hələlik mənnən bu qədər. :14:
Çox sağolun bacı, sayıb, seçib, rəva bilib dəvət etdiyiniz üçün. :mucux:






EVELLA SEN SAG OLKI QUZUM QEBUL EDIB YAZDIN :mucux:

VE GOZEL BACILARIM SIZINDE PAYLASIMLARINIZI SEBIRSIZLIKLE GOZLEYIREM....

(səs: 2)
Şərhlər: 28
Baxılıb: 2 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri