Mənim sınanmış reseptim (19)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 24
Baxılıb: 3 710
Səs ver:
(səs: 3)
"Mənim sınanmış reseptim" layihəm tam hızıyla davam edir.:02:
Bu gün bizimlə öz reseptini MELEKNUR paylaşacaq. :127: Buyurun Meleknurun sınanmış resepti ilə tanış olun:

DARCINLI KURABİYƏ

TƏRKİBİ:

250 qr sana
3 x.q toz şəkər
3 stdan bir barmaq əksik un
1 ç.q darçın
1 paket qabartma tozu
50 q.r kişmiş (fındıqda ola bilər zövqə görə)

HAZIRLANMASI:

Yağ buxarda əridilib, toz şəkər əlavə olunur, şəkər əriyənə qədər qarışdırılır.
Ələnmiş un, qabartma tozu, darçın və kişmiş əlavə olunub yoğrulur.
Xəmirdən qoz böyüklüyündə parçalar götürülüb, əlimizdə formaya salıb, yağlanmış(yağlı kağızlı list)listə düzülür.
Əvvəlcədən isidilmiş sobada, 160-170° dərəcə də 25-30 dəqiqə bişirilir

Nuş olsun!

Mənim sınanmış reseptim (19)

P.S- Reseptdə sizin üçün qaranlıq qalan məqamları şərhlərinizdə soruşun Meleknur cavablandıracaq.
Saytın digər hamarat qızları da resept paylaşmaq istəsə mənə şəxsi mesajla yaza bilərlər. :123:
(səs: 3)
Şərhlər: 24
Baxılıb: 3 710
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri