Həftənin seçilən qonağı Onun_Mələyi ilə müsahibə

Müəllif: _Mrs_
Şərhlər: 25
Baxılıb: 2 536
Səs ver:
(səs: 0)
Saytmızın dəyərli xanımlarını salamlayıram :03:
Səs verməmiz bitdi,sizin verdiyiniz səslərə əsasən bu həftəmizin Aktivistifadəçisi Onun_Mələyi oldu. Cavablandırığı üçün Fidana təşəkkür edirəm :papatya:
Buyurun müsahibəmizi oxuyun.

1. Salam Qadınla.Com ailəsinə xoş gəlmisiz!
Sizi aramızda görməyimizə şadıq.

Salam.Məndə bütün Qadınla.Com əhlini salamlayıb,Mənə səs verən hərkəsə təşəkkürmü bildirirəm.:gul:

2. Buyurun özünüzü təqdim edin.Adınız,yaşınız,doğum gününüz,neçənci il?
Tanıyanlar tanıyır zaten)Yenədə müsahibə sualıdırsa,mənədə cavablamaq düşər)).
Adım Fidan,20 yaşım var.Bir 21 aprel səhəri,1998'ci ildə dünyaya gəlmişəm...

3. Biraz öz xarici görünüşünüz barədə bizə danışsanız məncə hamıya maraqlı gələr..
Saytda deməy olarki çoxları görüb məni..
1,60 sm boyundayam,çəkim 45 kq.
Şabalıdı rəngdə çiynimdən aşağı saçlarım var,dəişkən göz rəngim (qara,qəhvəyi,şabalıdı tonlarına qədər dəişə bilir..)
Balaca kəsmə fason burnum var:09:

4. Kimlərə görə nələri qurban vermisiz?
Əslində insan elədiyi yaxşılıqları danışsa,o yaxşılıq sayılmırmış deyirlər..Mən çox insana görə çox şey qurban vermişəm..Bundan bəs etməkdən xoşum gəlmir deyə bəhs etməkdə istəmirəm açığı..
Verdiyim "Qurbanlar" arasında peşman olduqlarımda olub əlbət..Ama necə deyərlər səhv etmək eyib deyil,insan elədiyi gərək bir nəticə çıxarmağı bacarsın..Elə məndə elədiyim səhvlərdən nəticə çıxarmağı bacaran biriyəm deyə..getdikcə qurbanlarımın sayı azalmağa başlayır))

5. Qadınlarda kişilər kimi sərbəst olsa idi, necə olardı?
Öncəliklə onu deyim ki "Sərsbəstlik" sözünü hərkəs başqacür başa düşür..Kimisə sadəcə evdə bir qadın,ANA,HƏYAT YOLDAŞI kimi sözünün keçməsini istər.kimisidə istədiyi zaman,istədiyi yerə getməyi,gəzməyi sərbəstlik bilər.
Mənə görə istər Ana oldu,istər həyat yoldaşı,evdə öz uşaqlarını istədiyi kimi böyüdüb,istədiyi tərbiyyəni verib,uşaqlarına istədi təhsil verən,Və sözü keçən qadın zaten Sərbəstdir.
Məlüm indi bir çox gəlinlər,qayanana qaynata sayəsində bu sərbəstlikdən məhrum olub:(.

6. Sizcə niyə xanımlar hər zaman bir birlərinə paxıllıq edir?
Nə deyim Vallah!Mən kimsəyə paxıllıq etməmişəm heç vaxt,ümümiyətlə heçkəslə işi olmayan insanam.Dindirsən danışaram,dinsirmələsər vecimədə deyil)Ona görə bu sualı istədiyniz qədər gözəl cavablaya bilmiyəcəm.)

7. Dərdi verən Allah dərmanını da verər deyirlər. Özünüzü çarəsiz hiss etdiyiniz və qərarsiz qaldığınız vaxt olub?
Bəli.Hər insan kimi mənimdə özümü çarəsiz və qərarsız hiss etdiyim vaxtlar olub.
Tez panikə düşsəmdə ayağa tez duran qadınam.Neqativ düşünmək mənə görə deyil )Hər xırda şeyədə mızıldanmağı sevmədiyim üçün,Dərdimə çarə tapmaq üçün (türklər demiş) odaklayıram özümü))

8. Təsəvvür edin ki,yolda gedirsiz özünüzlə qarşılaşsanız ilk reaksiyanız nə olar?
Bu sualı ilk oxuyanda bir qəribə oldum nəsə))və bütün günüdü düşünmüşəm ki görəsən özümlə qarşılaşsam nə edərəm?:09::hmmm:
Ən qəribə yuxuları həmişə mən gördüyüm üçün,yəqinki yuxu gördüymü sanaram))

9. Əsəbləşməyin atəşi əvvəlcə sahibini yandırar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Sizi əsəbləşdirmək asandir?
Ümumiyyətlə,əsəblərinizi cilovlaya bilirsiniz?

Son zamanlar deməy olarki ən xırda şey məni özümdən çıxarır..ama Şükür ki əsəblərimi cilovlamağı bacarırıram.
"Əsəbi başda ağıl olmaz "deyirlər.Və bu misala uyğun hərəkət edirəm.
Əsəbi halda ilk ağlıma gələni yox,sakit başla düşünüb problemə çarə tapmağa üstünlük verirəm.

10. Özünüzdə qürur duyduğunuz cəhətiniz hansıdır?
Belə tərifləmək kimi olmasın))Özümlə qürur duyduğum karakterim çoxdur..
Boş-boşuna danışmaqdansa susmağa üstünlük verməyim..Səhvlərimdən nəticə çıxarmağı bacarmağım,və o səhvi birdə eləməməyim..Dünya dağılsa belə kimsənin yanında ağlayıb özümü zəif göstərməməyim..Realda kimsəyə asanlıqla içimi tökməməyim..və sirr saxlamağı bacarmağım deməy olarki özümlə qürur duyduğum xarakterlərimdir..)

11. Həyatınızda eşitdiyiniz ən dəyərli söz hansıdır?
Həyatım boyunca eşitdiyim ən dəyərli sözləri mənə yoldaşım deyir..deməy olarki hərgün..Hər şirin kəliməsini dəyərli olduğumu hiss etdirir..
Əsasən də "Dünyamsan,Gözümün nurusan..və sirdaşımsan" kəliməsi:08:

12. Ümumiyyətlə xasiyyətiniz necədir(necə bir insansınız)özünüzü bizlərə necə tanıda bilərsiniz?
10'cu sualın cavabında bu sualı yetərincə cavabladım deyəsən))
Təkrarçılıq olmasın deyə qısa cavablayacam.)
Sakit,səbirli ,təmkinli biriyəm..Sevgi doluyam..hər xırda problemi özümə dərt etmək yerinə,ən xırda şeylərdən xoşbəxt olmağı bacaran biriyəm..
Qəti küsüyən deyiləm..Ama bir insandan soyudumsa,ikinci dəfə eyni insana sevgi,güvən bəsləməy mümükünsüz birşeydi mənim üçün.
Çox danışmaqdan xoşum gəlməz..Az danışaram,mənalı danışaram ))

13. Kimin rəylərini oxumağı sevirsiniz?
Saytda bir çox userlər varki,rəylərini maraqla oxuyuram.
Ağıllı,Olqun düşüncəli və maraqlı şərh yazan userlərmiz çoxdur MaşAllah.

14. Gündə azı 3 dəfə qulaq asdığınız mahnı hansıdır?
Qızımın sayəsində bütün günü Kral Pop'a qulaq asıram))
Sırf yoldaşım göndərib deyə (adını unutdum müğəninin:09:)Badami mahnısına qulaq asıram)
Birdə "Gülçin Ergül -İtirazım var" Bu mahnı içimə yağ kimi yayılır sanki..

15. Təsəvvür edin ki, Qadınla.Com-un ziyafət gecəsinə dəvətlisiniz bu ziyafəti necə təsəvvür edirsiniz?
Qırmızı uzun donla ,saçlarımda dalğalı buruq fason girirəm içəri..Qızların çoxu Barbislə Arzunun ziyafət geyimləri xəbərindən hərəsi bir don götürüb geyiniblər özləri üçün bəzəniblər))
Balaca stollar var hər tərəfdə,
Stollarln üstündə Arzunun xəbərdə paylaşdığı tortlar,marojnalar))hər stol başına 3-4 qız yığılıb söhbət edib,yeyib içib şəllənirlər:127:

16. Sizdən yaşca kiçik birinin sizə nəsə öyrətməsini necə qəbul edərsiniz?
Mənə görə "Bilməmək ayıb deyil,öyrənməmək ayıbdır" .Öyrənməyi sevən bir insan olduğum üçün məndən böyük və ya kiçik olması mənim üçün bir önəm daşımır.(Əlbəttə o insan özünü məndən ağıllı aparmaq məqsədiylə nəisə öyrətmirsə)

17. Həyat sizə nələr öyrədib?
Həyat mənim bu həyatdakı ən yaxşı müəlliməmədi)O mənə çox şey öyrədib..Hansını sayım?)Onun öyrətdikləri sayəsində yaşayıb gedirik..

18. Qadınla.Com-u izah edin deyilsə nələr deyərdiniz?
Qadınla.Com...Mənim 2'ci ailəm.Özümü çox dəyərli hiss etdiyim,Gündə bir neçə dəfə girməsəm narahat olduğum bir yerdi..
Qadınla.Com sayəsində özümə çox yaxşı dostlar qazanmışam..İnsanları daha yaxşı tanımışam...
Rəbbimin izniylə bu sayt var olduqca məndə burda olacam:08:

19. Suallar çox fikirləşib verə bilərəm amma ki, userləri bezdirməyim.Nədə sizi yormayım.Suallarım xoşunuza gəldi?
Şərhimdədə qeyd etmişdim,sualları çox bəyəndim..Ama hər qalib user üçün başqa başqa suallar düşünsəz çox maraqlı olar:08:
Sevərək cavabladım.)

20. Və sonda Qadınla.Com userlərinə ürək sözləriniz.
Mən Qadınla.Com userlərinə nə deyin ki?:wiyin:
Sizlər mənim çox çox dəyərli bacılarmsız..Hamınızı çoox sevirəm..
Yaxşıki varsız..Yaxşiki sizləri tanımışam..Yaxşı ki sizlərləyəm:heart:
Qalib olduğumu biləndə çox sevindim doğrusu.2 illik sayta keçən əməyimin,zəhmətin boşuna olmadığını anladım))
Səs verən,verməyən hamınıza təşəkkürmü bildirirəm:gul:
Zaman keçdikcə inşəAllah dahada aktiv olacam:128:
Əvcəlcədən oxuduğnuz üçün təşəkkürlər..

Maraqlı layihə üçün _Mrs_ yə də təşəkkürmü bildirəm:gul:

P.s: Hər user üçün ayrı-ayrı sual seçib yazmaq məncə maraqsız olar. Həmdə çətin :08:
Mən səndən smalikli falan cavaablar gözləyirdim :trip:
(səs: 0)
Şərhlər: 25
Baxılıb: 2 536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri