5X & 1S - Müzakirə meydanı (2. hissə)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 13
Baxılıb: 2 208
Səs ver:
(səs: 1)
Müzakirə layihəsinin 2-ci həftəsinin mövzusu "Yaşadığımız Komplekslər"-dir. Bu mövzunu daha çox saytımızın yaşca kicik qızlarına uyğun bildiyimdən, onlara bu formatda məktub göndərdim...

"Bilirik ki, adətən gənc yaşlarda insanlar müxtəlif komplekslərdən əziyyət çəkirlər.Bir gənc qız olaraq hansısa komplekslərin varmı ki o səni narahat edir, hətta sıxır? Və kompleksi olan özünkimi gənc qızlarımıza nə məsləhət görərdin?"

Bu da bizim balaca qızların cavabları:

5X & 1S - Müzakirə meydanı (2. hissə)
Her birinize Allah salam olsun Bacilar.Canim Arzu bacimada tewekkur edirem yeni lahiyesime meni devet etdiyi ucun.Kecey suallarin cavabina.
Demeli bele baci hami kimi mende de kompleks var.Mama demiww senin komplekslerivi say-say bitmez bala:)Her weyi ozume kompleks edirem.bu xasiyyetimi atmaq isteyir amma nedense alinmir.He uzatmiyim kecim meseleye.
Demeli meselen bi toya gedirem eger menim eynimdeki paltardan orda kimdese varsa deli oluram.ele veziyyet olurki gedib o adamin eyninden cixardaram o paltari.:)Calisiram hemiwe deyiwiy weyler alimki hec kesde olmasin.Nifret edirem paltarimdan kimdese olanda.
2coox paxilam.paylasmaqi sevmirem.Hami mene versin amma men hec kese vermiyim.Bu xasiyyetim mende kompleks yaradir ozde cox.eslinde kompleks olmaq bi wey deyil..Amma da neyleyek. Bele baci birdaha tewekkur edirem oxuyan gozleriniz var olsun!


Mənidə bu gözəl lahiyənə qatdəğına görə minnətdarlığını bildirirəm salamlayıram bütün mehriban qızları.

İncəliklə kompleks insanlarda olan psixoloji problem deyə bilərəm çünki hər bir insanda kompleks narahatçılığı yaranır hərzaman. Mən ətrafdakı insanlara da hər birində bir başqa kompleks görəndə öz gününə min şükür deyirəm. Çünki amma bəzən mən yaşadığım kompleksdən biri özüm özümü alçatmaqml deyim yada ki özümü pisdəmişəm demişəm ki mən pis biriyəm amma oda zamanla yaddaşımdan çıxıb.Bəzəndə elə hallara rast gəlirik ki,insanlar yaşananları uğrunda mütəmadi olaraq daima çətin komplekslərlə üzləşir və həmçinin də gənc qızlar. Gənc qızlarda bəzən bir başqa komplekslər yaranmağa başlayır birisi deyir üz formam dəyişsin birisi bədən birisidəki həyat kompleksini dəyışməy isdƏyir amma ən çox özündə hər şeydə kompleks axtaran qızlar məncə də heç şükür etmiyənlərdi yəni hər şeydə qüsur tapırlar bu da düzgün deyil yəni heç bir zaman insanlar özlərini alçatmamalıdı.Ümumiyyətlə bu komplekslər ən çox psixoloji durumlardan irəli gəlir.Əgər hər birimizin bir çatışmayan komplesimiz varsa bununlada qəbullanmalıyıq hər halımıza şükür etməliyik məncə.


- Salam :08: .Yeni layihən uğurlu olsun :08:.Mən sevdim,inanıram ki, o biri aqızlarımızda sevər layihəni :08: Məni də dəvət etdiyin üçün çox sağ ol. :gul:
Keçim əsas mövzuya..
Komplekslər.. Mən belə düşünürəm ki,komplekssiz insan yoxdur.Yəni hər kəs özündə az da olsa nəyisə bəyənmir.Ola bilsin kimlərsə bunu açıb söyləməyə,amma mən əminəm ki,mütləq vardır.İdeal isan yoxdur :08: Keçim özümə.. Əvvələr mənim (ən böyük )) komplesksim balacaboy olmağım idi :09: Sinifimizdə 1 gız var,o,həmişə mənə lağ edərdi.Üzümə vurardı balacaboy olmağımı.Sinifdə ən balacaboyu mən idim deyə şəkil çəkəndə falan kimləsə yanaşı durmağı sevməzdim -_- Oturardım həmişə ) Mən həmişə ALLAHa dua edərdim ki,səhər oyananda boyum az da olsa hündür olsun :09: Bu illəri də tətildən gayıdanda gördüm ki,1 çox gızlarımızla boyum eynidi 609: O,mənə sataşan gız isə sinifin balacaboy gızı oldu :23: Mən isə ondan fərgli olarag ona təsəlli verirdim,deyirdim narahat olma sənin də boyun çıxacaq falan :ihi: Nə isə.. Sonralar isə burnumla baglı kompleksim oldu :09: Gonşumuzda 1 gadın var,o,mənə demişdi ki,"sənin burnun 1 az böyükdü elə bil"..Ondan sonra hətta düşündüm ki,əməliyyat da etdirim -_- Zaman keçdikcə mən belə sözləri çox eşidirdim..Amma çalışırdım ki,fikir verməyim.. Və bu mən də alınırdı.. Sonralar televizorda falan gördüm ki,1 neçə aktirasımız burunlarını əməliiyat etdirib(mənim burnumun formasında) .. Mən daha fikir vermədikcə artıq heç bir söz falan eşitmirdim bu haqda..
Bizim gənc qızlarımızada tövsiyyəm odur ki,heç nəyə fikir verməsinlər..Və mənim kimi problemi varsa srazu əməliyyatı düşüməsinlər.Bizim Rəssamımız ALLAHdır.Və o,heç bir bəndəsini eybəcər yaratmayıb.Hərənin özünə görə gözəlliyi var.. Sağ olun! :08:


Komplekslərim vardı bir zamanlar, bu mənim boyum idi və mənim boyumun çox balaca olması məni sıxırdı, bizim ailədə qardaşım cox.. Uzunidi (uzundu) amma mən balaca boy idim, əmim qızı əmim oğlu və s. hamısının boyu çox uzun idi, düzü mənimlə rişğənt edən yox idi, amma yenədə üzülürdüm. qardaşım həmişə dəstək olurdu o mənimlə məşğul olurdu hər bir idman növünü öyrədirdi mənə kömək olurdu, yorulurdum amma o mənə dəstək olub çuşa gətirirdi, o zamanlar 15 yaşım vardı mənim boyum isə 1.52 falan olardı, qardaşımın idmanla bağlı öyrətdikləri sayəsində boyum artdı 1. 61 oldu, və mənim sevincim həddsiz idi, təbbi ki elə zamanlar olurdu mən həvvəsdən düşüb məşğul olmurdum idmanla, görürdüm ireləyiş yoxdur deyə düşünürdüm onsuz mənası yoxdur və mən özümü niyə yoruram ki? Bu səbəbdən İdamnla məşğul olmurdum, indi anladım səhv edirdim idmanın köməyi böyük oldu, netdən boy artırmaq üçün axtarış etmədiyim qalmamışdı. boyu balaca olub bunu kompleks edənlərə məsləhətim odur ki, idmanla məşğul olun ki boyunuz artsın. və onuda qeyd edim ki balaca boy olmaqda utanılacaq heçnə yoxdur, sadəcə o zamanlar bunu dərk etmirdim. balaca boy haqqında indi ki düşüncələrim olsaydı keçmişə qayıdıb kompleks etmədən rahat yaşıyardım. hər bir gənc qızın xırdada olsa kompleksi olur elələri var kompleksləri yoxdur, xırda komplekslərimİn biridə, mənim boynumun sağ tərəfində xal olması idi, sonralar isə bu xalımı sevməyə başladım, və birdə mənim dişlərimlə bağlı kompleksim vardı çünkü dişlərim gözəl görünüşə sahib deyil. buda mənim boyumdan sonra ki çox üzüldüyüm kompleksim idi, 14 yaşlarımda günlərcə ağlayırdım mamam deyirdi "breyket taxdıraq düzələr ağlama" amma mən razı olmurdum səbəb utanmaq deyildi, breyketdən qorxmaq idi. nəysə ki artıq 17 yaşım var, baxmıyaraq ki gəncəm amma bunu kompleks etmirəm və mənim dişlərim necə idisə elədir. və mən dişlərimdən razıyam, həmdə çox. kopmleks psixoloji ilə bağlıdır, və öz güvənin az olmasından əmmələ gəlir. əyər özünə güvən olarsa belə xoşdur düşüncə olarsa o zaman kompleks olmaz, hal-hazırda mənim kompleksim yoxdur halımdan razıyam. Ola bilər kimin üçünsə ideal olmayım amma ilk öncə ailəm üçün və özüm üçün idealam. belə düşüncəmdə var ki, ətrafdakıların rişğənti olmasa kopmleks edən olmaz bəlkə, amma mənə heç bir zaman rişğənt edən olmayıb. amma mən hər xırda nüansı kompleks etmişəm. Səbəb öz güvənimin az olması idi, amma artıq mən iradəliyəm öz qüsurlarımı kimisə vecimə almıyaraq çəkinmədən deyən biriyəm. mənim kompleksim yoxdur. Unutmayaq ki hər birimizi ALLAH belə istəyib belə yaradıb və biz özümüzə yada kiməsə irad tutmağa haqqımız yoxdur.


Komplekslər bu günümüzdəki psixoloji problemlərdən biridir. Və komplekslərin yaranmasında iki hal mövcuddur. 1-cisi qiyaslama → insanlar özlərindən gözəl insan gördükdə özlərində bir boşluq hiss edirlər, bu da kompleksə çevrilir.
2-cisi valideynlər → komplekslərin yaranmasında valideynlərin də rolu da vardır. Çünki uşaq yaşlarında uşağa deyilən hər bir söz böyüdükdə Travma izi kimi qalır. Kompleksli insanlar özünə güvənə bilməyən insanlar kimidir. Mənim də özüməməxsus komplekslərim var. Məsələn burnum uşaqlıqda yıxıldığıma görə burnumun çəpəri əyridir. Bu da məni narahat edir. Rahat şəkil çəkdirənmirəm bu səbəbdən. Bəzi insanlar düşünür ki, xarici görünüşü pis olan insanlar daxilən də pisdir. Amma bu elə deyil. İnsanları anlamıram, nə üçün insanları xarici görünüşünə görə tanıyırlar. Və belə məni layihəsinə dəvət etdiyi üçün arzu bacıma minnətdaram. Şərh yazan qızların əlləri var olsun.

Bu da bizim gənc qızlarımızın yaşadığı komplekslər və məsləhətləri. Hər birinə ayrı ayrılıqda təşəkkürümü bildirirəm, yaşları az olsa da ağıllı düşüncəli qızlarımız var maşallah.
Dəyərli userlər, siz isə KOMPLEKSLƏR mövzusunda özünüzdə olan komplekslərdən, onları necə aşmalarınızdan yaza bilərsiz. Beləcə kompleksi olan qızlara da dəstək olmuş olarıq.
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 2 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri