5X & 1S - Müzakirə meydanı (7. hissə)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 2 561
Səs ver:
(səs: 1)
Bu bölümün mövzusu "Güclü və fədakar qadın" Bu mövzunu da yenə saytımızda mövzuya uyğun bildiyim xanımlara göndərdim, onlar da sağolsunlar dəvətimi qəbul etdilər və bu mövzuya fikirlərini bildirdilər.

Bu qızlara göndərdiyim məktubun məzmunu:

"Bir qadın fədakardır, dözümlüdür, iradəlidir falan kəlimələri adətən o qadına iltifat kimi qəbul olunur. Bax sənə görə bir qadının güclü olması bəzən yorucu deyilmi? Yəni hara qədər güclü ola bilərik əslində? Bıçağın sümüyə dirəndiyi hədd hardadır sənin fikrincə, o həddə sən artıq deyərsənki "vəssalam mən artıq bacarmıram"

Gəlin onların fikirləri ilə tanış olaq:

5X & 1S - Müzakirə meydanı (7. hissə)
Salam can yeni layhende sene ugurlar keçək məsələyə)
Qadinin güclü olmasi yorucu deyil amma ele seyler varki gucu catmir meselcun men deyillerki güclüsən mərdsən falan amma mənim yaşıma gore yaşadiqlarim mənim üçün coxdu gucum catmir daha yoruluram yorulmuwamda ele gunum olubki he deyirem daha bacarmiram yawamagimin ne menasi varki ölmek istemişəm amma içimdeki səs güclü ol sebirli ol deyir amma o sebir mende yoxdu.


Salam Arzum,təbriklər və təşəkkürlər mənidə yeni layihənə dəvət etdiyin üçün.
Gələk mövzuya,mən düşünürəm ki, qadın dediyimizdə zatən bu 3 xüsusiyyətin üçüdə bir qadında olmalıdır deyə düşünürük. Əslində belədə olmalıdır,mən belə düşünürəm təbii ki. Heç olmasa bir az da olsa iradə, dözüm və fədakarlıq lazımdır,olmalıdır. Olmazsa əyər bu günün qadını,anası olmaq mümkün deyil. Yeri gəlib iradə göstərmişəm,istəsəmdə bir şeyi istəmirəm demişəm,əslində həmin şey üçün ürəyim gedir haa amma bəlli etməmişəm. Yeri gəlib dözmüşəm, "uşağı olmur,yəqin 1-2il gözdüyüb sora çarəsinə baxarsızda" dediklərində yaxınlarım,gözardı eləmişəm,eşidməməzliyə vurmuşam özümü amma dözmüşəm 5il bu söz söhbətlərə. Yeri gəlib fədakarlığımıda etmişəm,indi olsa yenədə edərəm. Bunların olmasına baxmıyaraq hal-hazırda çox xoşbəxtəm deyə bilərəm. İndi bilmirəm məni qarşıda hansı problemlər gözlüyür amma bunun kimi nə olursa olsun yənədə iradəmi,dözümümü və fədakarlığımı göstərəcək gücüm var düşünürəm.
Əslində mən öncələr düşünürdüm ki,mən çox gücsüz bir qadınam,kiminsə təkanı olmadan hərəkət edə bilmərəm,heç nəyin öhdəsindən gələ bilmərəm amma indi düşünürəmki elə o zamanlarda da çox güclü imişəm indidə həmçinin. Bu iradəni,dözümü mənə verən Allahıma sonsuz təşəkkürlər edirəm,Həmd olsun. Mən bu illər boyu o qədər çətinliklərlə üzləşmişəmki artıq mənim üçün bacarmıram,yetər deyəcəyim hall yoxdur. Onsuzda bütün haqqsızlıqlar öz yerini tapır, mənim haqqlı olduğum gec tez hamı tərəfindən qəbul olunur. Yəni demirəm hər dəfəsində mən haqqlı oluram,yox. Mənim haqqlı olduğum məsələlərdən danışıram.
Əslində gücsüz qadın yoxdur. Həyat insana o qədər haqqsız davranırki bəzən,olmaz,bacara bilmərəm dediyin probləmlərin öhdəsindən o qədər asanlıqla gəlirsənki kənardan özünü izliyirmiş kimi bunu mənmi etdim,mənmi bacardım deyib gülümsüyürsən. Heç bir problem,çətinlik qalıcı deyil əlbət,çalışmaq lazımdır,hər şeyin yerini tapması üçün çaba göstərmək lazımdır. Halal olsun buna, çox dözümlüdür,güclüdür desinlər deyə yox. Özün üçün,öz həyatın üçün edirsən bunu, öz xoşbəxtçiliyin üçün çalışırsan ətrafındakı sevdiklərin üçün də həmçinin.
Vəə sonda bütün həyatsevər, güclü, dözümlü, fədakar QADINlara salam olsun:)


Əvvəla Salam can lahiyən uğurlu olsun can mənidə dəvət etdiyin üçün çox sağol:mucux:

Keçək mövzuya hər şeyin bir həddi var atam həmişə deyir insan məsələ çəkəndə özündən çəkər ki heç kim inciməsin

Mən də 8 il dözdüm hər zülümə amma mənimdə bir həddin var bu vaxta qədər haqqım tapdalandı onlar mənim quyrğumu elə tapdaılar məndə ömürlük bir göz dağı verdim və əsla və əsla nə məni döyə bilərlər nədə söz deyə bilməz artıq o 17 yaşında qorxaq qız yoxdu təpəsinə vur çörəyini alan qız yoxdu özlərinin şah əsəri oldum o mərhəmətli qız öldü sanki yenidən acımasız qız oldum gecə 3 də vəhşicəsinə döyülüb uşaqla çölə atıldım bax o zaman məsum qız öldü

Biz qadınlar dözümlüyük çünki ana nənələrimizdən görmüşük
Balalarımın canına and olsun elə olubki yoldaşım öz arağına siqarətinə pul tapıb amma mən cəhhənəm balalarına belə pul verməyib
Onu yoldaşımada dedim mənə etdiklərinin halalığını verdim 4 ay xəstə yatanda coraba qədər geyindirdi üzr istəyirəm yerimə qədəri uzadıb oturub keçyimi çəkib amma heç vaxr unutmayacam bir dəfə uşaq dərsdən gəldi yemək yox idi heç nə yox idiki hazırlayım getdi dükandan oda əmisidi 1 manatlıq kalbasa aldı yoldaşım gəldi onu qaytardı uşaq ağlayq ağlaya qaytardı uşaq bir kəlmə dedi ata acmışam sanki bunun vecinə idi o gün mən övladımın qarşısında aciz qaldım və özümə söz verdimki uşaqlarımı əzdirməyəcəm və elədimdi Biz qadınların hər şey öz əlindədir istəsə xanım da olar istərsə nökər mən misalı özümdən çəkdim 8 il qul kimi işlədim hətta heç paltarı almağa ixtiyarım yox idi amma ındi yox mənə bir kəlmə söz deyəni başı üçün deyil ona görə yığışıblar özlərinə çünki sübut etdim mənim də üzüm var

Birdə onuda deyimki indiki qızlara gəlinlərə baxıram dözüm qalmayıb bizim qonşuluqda bir gəlin vardı əri ilə sözləri çəp gəlib uje boşanırlar. O mənə çatmır biz qadınlar da nəyəsə bir az qurban verməliyik məndə boşanma qəti qərarım idi amma gördüm böyük oğlum çox üsgündü yaşı az olsada hər şeyi dərk edirdi ona görə axırıncı şansı verdim yoldaşıma çox Şükür hələki yaxşıdı

Və sonda qeyd edim yenə biz qadınlardan çox şey aslıdı xanım zəif deyil zərifdir


Salam canim menim cox sagol menide yeni lahiyene devet etdiyin ucun suallari oxudum tam mene gore suallar oldu bu .. Qadinlar zerif olduglari qederde gucluduler hemde .kimisine bu kelme iltifat kimi gelir ama mene gore uje bu tehqirdi .niye guclu olmaliyig niye ciyinlerimizde dawiya bilmeyeceyimiz yukler olmalidi..her weye sebr edirsen susursan dozursen ..ve belece iller gelir kecir .bezen dəyir sebr etmeyine dozmeyine .onda sile bilirsen kecmiwi yawanmiwlari .vay o haldaki dozursen sebr edirsen ama ortada hec ne yoxdu.insan onda doze bilmir yorulur evvel umidler qirilir sora da insanin sebri pik noqteye gelir.qarwindaki seni anlamir anlamag istemir anlamaga cehdde gostermir yene susursan nelerise sen duzeltmeye caliwirsan ama duzelmir .atdigin hec bir addimda xowbextlik rahatlig tapa bilmirsen .bezirsen yawadigin heyatdan gorduyun uzlerden bezen ozunnen bele.bicagin sumuye direndiyi hedd budu insanin caresizliyidi . Ve en coxda caresizlikdi insani dozmeye mecbur eden ..bu heyatdan hec neye dozmek lazim deyil eslinde gordun alinmir burax getsin .cunki alindirmaga caliwsanda yenede alinmiyacag ve belece ipler qopacag olan yene de GUCLU DEDIYIMIZ QADINA olacag ..


Necədə gülüncdür elə deyilmi? Bəli bəli mənim üçün artıq fədakardır, dözümlüdür kimi sözlər adiləşib. Bir var həqiqətən həyatda əziyyət görülmüş Qadına o sözlər ünvanlansın birdə var küçələrdə kef edən hər bir Qadına... Bilirsinizmi ilk o fədakar dözümlü kəlmələri oxuduqda ağlıma nə gəldi? Sanki o cümlələr Qadına sırf dəyər verildiyi üçün deyil, sabah o Qadının başına həyatda xoş olmayan ailədaxili hadisələr gəlsədə ağlının ucundan keçirdib başqa addım atılmasın deyə deyilir. Qadın hər addım atdıqda ona deyilən (Sən fədakarsan, iradəlisən) sözlərdən dolayı olanları udsun.. İndi oxuyanlar deyəcək necə yəni guya sən fərqlisən? Əsla fərqli deyiləm... Ideal deyiləm amma mənimdə ailədə özümə xas sözlərim vardır, Məsəl üçün hətta ən iyrəndiyim sözlərdən biri(Kişiyə olar-arvada olmaz, kişidi sözü keçər-arvaddı qələt edib oturar) Yoldaşımda bilir mənim üçün cinsiyyət fərqi qoyulmaq başımdan qaynar su tökmək deməkdir... İndi deyəcəksiz Sual başqa Sən isə başqa mövzuya toxunursan amma bu mövzuların altında məhz Qadın kişi ayrılığı qoyulduğu üçün olduğunu bilirdinizmi?.. Danmıram Qadın güclü varlıqdır, hər nə qədər zahirən zərif görünsələrdə istədiklərini əldə edəcək qədər gücə sahibdilər. Əbəs yerə o zamanlar Hürrəm, Kösəm sultanların güclü olduqlarından ötrü serialları bizlərə ötürməyiblər?! )) Budu Qadın... Bir Qadının yorucu olmasımı? İnandırıcı gəlmir, Qadın özü istədiyi zaman yorular. Necəmi? Çünki artıq maraqlanmaq istəməz, yeniliklər istər, istərkəndə oturar düşünər düşünər mübarizə apardığı həyatını göz önündə canlandırar və başlar dostun qohumun əqrabanın yanında (dərd) adlandırdığı (istəyi ilə aparmış olduğu mübarizəni) danışmağa ağlama dizlərinə vurmağa.. Amma niyə çətindi bir çox insanlara anlamaq həyat budu istəsəkdə istəməsəkdə qəbul etmək biz Qadınlardır yaşananları yönəltmiş olan, vardır ağıllı yaxşı bacarar həyatını və həyatdakılarını yönəltməyi, vardır özünü ağıllı sanıb axmaqdır yönəltdiyini sanıb digərlərinin həyatı ilə yönlənən və sonrasında "əziyyət çəkmişəm" söylənmələrii..Aciz Qadınlara ətim ürpənir hər Qadında güclü iradəyə, fədakarlığa sahib ola bilməz. Əyər mənim əlimdə olsa Qadınları sıralara ayırardım. Güclü Qadın iki övlad, üç övlad doğdum böyütdüm ərimə baxdım demək deyil,Mən öz Anama güclü Qadın deyirəm bütün əziyyətlərinə rəğmən Allah belə bilib edib əsas odu hər şeyin üstəsindən gəlmişik deməsi ələlxüsus o qədər dərdinə baxmayaraq üzündən gülüşün əksik olmaması kənardan baxan heç dərd çəkən Qadın olmayıb düşünər.. Yorulubmu Anam? Yox yenədə mübarizə aparır, mən olsam yorulardımmı? Mənəm mənəm etmirəm amma mən dilim və ağlımla zamanla hər dediyimə mız qoyanları yola gətirməyi bacarmışamsa demək mən bezdim yox davam edirəm deyənlərdən olacaqdım. Məhz kimsə istədi deyə yox kimsə iradəli, güclü yalançı sözləri eşitmək üçün yox öz istədiyim üçün edərdim. Nifrət edirəm kiməsə görə həyatını yaşamaq arzusunda olanlardan. Qadınlar güclüdə olsaz irdaəlidə olsaz özünüz istədiyiniz üçün olun, mübarizənidə özünüz üçün aparın, işin ucunda xəyalınız varsa sona qədər davam. Mənim həyatımda mübarizəm ailəmə görədir övladlarıma görədir,valideynlərimə görədir. Gerisi boş. Heç zaman həyatdan küsməyin inanın hər çətin sonun gözəl günü vardır.
Və sonda olaraq məni lahiyəsində yenidən görmək istəyən canım Arzuma sonsuz təşəkkürlər, öpürəm bacımı :123:

Qızlara öz dəyərli fikirlərini bizimlə bölüşdükləri üçün dərin təşəkkürlər.
Sizdə buyurub bu mövzu ətrafında etdiyimiz müzakirəyə qoşula bilərsiz.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri