Həftənin seçilən qonağı N_Mələyi ilə müsahibə

Müəllif: _Mrs_
Şərhlər: 10
Baxılıb: 2 105
Səs ver:
(səs: 0)
Saytmızın dəyərli xanımlarını salamlayıram:03:
Səs verməmiz bitdi,sizin verdiyiniz səslərə əsasən bu həftəmizin Aktiv istifadəçisi N_Mələyi oldu. Cavablandırığı üçün Səkinəyə təşəkkür edirəm :papatya:
Buyurun müsahibəmizi oxuyun

1. Salam Qadınla.Com ailəsinə xoş gəlmisiz!
Sizi aramızda görməyimizə şadıq.
Alekum Salam bacı sizdə çox sağ olun ki zəhmətimə dəyər verib qiymətləndirmisiz

2. Buyurun özünüzü təqdim edin.Adınız,yaşınız,doğum gününüz,neçənci il?
Adım Səkinə 26 yaş iyul ayı

3. Biraz öz xarici görünüşünüz barədə bizə danışsanız məncə hamıya maraqlı gələr..
Saçlarım çox qısa töküldüyünə görə indi azca uzanıb qara gözlərim var ağa meyilliyəm ağlıma gələn bu oldu hə birdə boyum 1.70 amma çəkim çoxdu 74

4. Kimlərə görə nələri qurban vermisiz?
Ehh ay bacı nələri qurban vermədim ki? Ən əsası balalarıma görə ailəmlə barışdım hələki peşman deyiləm Min Şükür

5. Qadınlarda kişilər kimi sərbəst olsa idi, necə olardı?
Bəzən qadınları çox sıxırlar onlarda dırnaq arası azadlıq görəndə yollarını azırlar bizim bir müəəliməmiz vardı deyirdiki qızı qınıqda saxlamaqdansa oğlanı sıxın indi anayam iki oğul anası kimi indi anlayıram nə demək istəyib müəlliməmiz

6. Sizcə niyə xanımlar hər zaman bir birlərinə paxıllıq edir?
Qadının ən böyük elə düşməni qadındır boşuna deməyiblər
Rəbbim paxıl insanları sevməz onuda deyim

7. Dərdi verən Allah dərmanını da verər deyirlər. Özünüzü çarəsiz hiss etdiyiniz və qərarsiz qaldığınız vaxt olub?
Ehhh yaralı yerimə dəymə:agla: o qədər qalmışam ki tək güvəndiyim qardaşım oldu məndən uşaqda olsa o məni qorudu bütün çətinliklərdən göydə Allah yerdə canımdan can parçam olan qardaşım:uhu:

8. Təsəvvür edin ki,yolda gedirsiz özünüzlə qarşılaşsanız ilk reaksiyanız nə olar?
Şok olaram bir az:122:sonra tanış olaram

9. Əsəbləşməyin atəşi əvvəlcə sahibini yandırar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Sizi əsəbləşdirmək asandir?
Ümumiyyətlə,əsəblərinizi cilovlaya bilirsiniz?
Xeyr cilovlaya bilmirəm əsəb xəstəsiyım

10. Özünüzdə qürur duyduğunuz cəhətiniz hansıdır?
MƏN GÜCLÜ QADINAM HƏR ŞEYƏ RƏĞMƏN özüm əzilsəm də balalarımı qoymadım Şükür Allaha

11. Həyatınızda eşitdiyiniz ən dəyərli söz hansıdır?
Uşaqlarımdan mama,valideynlərimdən qızım, canım qardaşımdan bacı sözü və həyat yoldaşımdan can

12. Ümumiyyətlə xasiyyətiniz necədir(necə bir insansınız)özünüzü bizlərə necə tanıda bilərsiniz?
Tez özünən çıxan
Bəzən çox müaliyim
Üzüm dönəndə dədəmi belə tanımıram
Bir az yorulmuş küsgün kimi

13. Kimin rəylərini oxumağı sevirsiniz?
Onun mələyi

14. Gündə azı 3 dəfə qulaq asdığınız mahnı hansıdır?
Sen anlat karadenizin bütün mahnıların ən çox sevdiyim serial

15. Təsəvvür edin ki, Qadınla.Com-un ziyafət gecəsinə dəvətlisiniz bu ziyafəti necə təsəvvür edirsiniz?
Təsəvvür edirəm ki dəniz qırağında hamının əynində ağ libaslar yaa nə olar elə görüşüb tanısaq bir birimizi:pff:

16. Sizdən yaşca kiçik birinin sizə nəsə öyrətməsini necə qəbul edərsiniz?
Çox yaxşı mənə də ilk dəfə sayta xəbər atmağı balaca qız öyrədib.Bilməmək ayıb deyil öyrənməmək ayıbdır

17. Həyat sizə nələr öyrədib?
Saf olmamağı hər canım cicim deyənə inanmamağı

18. Qadınla.Com-u izah edin deyilsə nələr deyərdiniz?
Həmişə demişəm deyəcəm də bu sayıtda dəyərli xanımlar var əziz hörmət etdiyim sayıtdı

19. Suallar çox fikirləşib verə bilərəm amma ki, userləri bezdirməyim.Nədə sizi yormayım.Suallarım xoşunuza gəldi?
Can əllərinə sağlıq:mucux:

20. Və sonda Qadınla.Com userlərinə ürək sözləriniz.
Bir daha Rəbbimiz hamınızı xəta bəladan can ağrısından qorusun.Və ürəyinizdə bütün xeyirli dualara ürəkdən Amin İnşAllah deyirəm
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 105
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri