Həftənin seçilən qonağı Antikvar ilə müsahibə

Müəllif: _Mrs_
Şərhlər: 15
Baxılıb: 2 373
Səs ver:
(səs: 1)
Saytmızın dəyərli xanımlarını salamlayıram :03:
Səs verməmiz bitdi,sizin verdiyiniz səslərə əsasən bu həftəmizin Aktiv istifadəçisi 2 nəfər oldu biri isə Antikvardır Cavablandırığı üçün Nigara təşəkkür edirəm:123:
Buyurun müsahibəmizi oxuyun

1. Salam Qadınla.Com ailəsinə xoş gəlmisiz!
Sizi aramızda görməyimizə şadıq.

Xoş gördük canım :123: Artıq 5 ildən çoxdu saytda var olanlardanam:) Bir müddət uzaq qalan zamanımda oldu, saytdan ayrılmayan vaxtlarımda oldu, Nə olursa olsun, harda olursam olayım bura gəlirəmsə demək sayt mənim üçün dəyərli bir məkandı, istər saytda olan qızlarımız və əsasəndə istiqanlı olmaları bizləri burdan uzaq tutması fikrimcə alınan deyil. Bizləri bura çəkən bir şeylər var oda təbii İlk növbədə sayt olsada var edən Şirin şəkər Qızlarımızdı. Nə yaxşı ki, varsız canlar:123:

2. Buyurun özünüzü təqdim edin.Adınız,yaşınız,doğum gününüz,neçənci il?
Nigardı adım, amma bir çoxları Antik deyərək müraciət edir:) Heybatova Nigar 26 yaşım var, tərəzi bürcüyəm, 1992 ildənəm, ilimdə meymundu. Bəsdimi bu qədər?)) Təqdimat bizi ilimizə qədər aparıb çıxartdı))

3. Biraz öz xarici görünüşünüz barədə bizə danışsanız məncə hamıya maraqlı gələr..
Hmmm nə deyim görəsən?) Esmer, uzun boylu, uzun saçlı(qabaqlarda biraz qısaltdım)) çoxda gözəl olmayan bir simam var))Təki ürəyimiz gözəl olsun:08:

4. Kimlərə görə nələri qurban vermisiz?
Çox fikirləşdim bu suala cavab yazmaq üçün, görəsən belə addımım olubmu deyə...Nələrisə Qurban etmək və yaxud kimlərisə qurban etmək mənim üçün doğru addım deyil. İndiki zamanımızda bu tərz insanlar çoxdu çıxarlarına görə qurbanlıq etdikləri saysız hesabsızdı.Heç kimlə işim olmaz, nəsə etmək istəsəm belə kimlərinsə minnətini götürməməkdən dolayı o işi əziyyətlə edərəm amma ağzımı o şəxsə açıb hər hangi söz demərəm, bu səbəbdən nə qurbanlıq olanlardanam nədə edənlərdən. Bu həyatda hər insan öz işiylə məşğul olsa nə gözəl olar düşüncəsini çox sevirəm, kaş düşüncə olaraq qalmasaydı ağlımdakılar...

5. Qadınlarda kişilər kimi sərbəst olsa idi, necə olardı?
Görəsən hansı mənada vurğulanıb bu sual. Çox məna daşıyır düşündükdə. Gəl mən belə deyim. Heç kim dustaq deyil həyatda və olmamalıdıda. Özümü misal gətirərək fikrimi daha aydın yazım. Məsəl üçün mən özüm sərbəstəm sıxılmağı sevmirəm sıxıldıqda bütün əsəblərim yerindən oynayacaq həddə çatıram. Amma bir Qadın olaraq üzərimə düşəcək sərbəstlik həddi vardır, kişilər gecələr gəzib fırlanmağı sevərlər, istədiklərində içərlər, çəkərlər, mırt vurarlar qızlarla, hətta saydıqlarımı indiki zamanda qadınlarda edərlər (istisna olaraq) sadaladıqlarımı özünə sıxışdırıb edən qadınlar az sayda deyil amma o sadaladıqlarımı mən ilk növbədə bir Qadın olaraq daha sonra Ana olaraq özümə sıxışdırmıram. Və buda o deməkdi ki, xarakterlər fərqlidi, kimiləri sərbəst həddini bilməz yolunu şaşar kimiləri bilər həyatın zirvələrinə Qadın olaraq hörmət görərək çatar. Allah hər bir Qadını hörmətli olaraq zirvəyə çatdırsın. Amin.

6. Sizcə niyə xanımlar hər zaman bir birlərinə paxıllıq edir?
Unutmaram neçə il bundan öncə televizorda bir əks cinsin dediyi sözləri qulağımda sırğa olub. Qadın toya taxdığı sırğanı, geymi, saçını, ayaqqabısını belə digər qadınları qısqandırmaq üçün geyinər gözəl görünməyə çalışar. Nə qədər doğrudu deyə bilmərəm. Amma həqiqətən paxıl biri deyiləm, kimliyindən aslı olmayaraq hər kəsə məsləhət verərəm gözəl görünməsi üçün fikrimi söyləyərəm amma özümə qarşı nədənsə saydıqlarımı heç zaman görmərəm... Olsun...Paxıllıq hissi insanın özündən başqa heç kimsəyə zərəri yoxdu, kiməsə görə istəklərini reallaşdıranlarda az deyil, atdığınız addımları onda var məndə yoxdu düşüncəsi olaraq etmək çox zaman əlçatmaz olur, sadəcə bu mənim arzumdu bir gün məndə yüksələcəm enerjisiylə başlasaz inanın istədiyiniz təbəqəyə çatarsız nəinki paxıllıq duyğusuyla...

7. Dərdi verən Allah dərmanını da verər deyirlər. Özünüzü çarəsiz hiss etdiyiniz və qərarsiz qaldığınız vaxt olub?
Hər zaman dediyim sözlərdən... Hətta dua etdiyim anlarda belə bu cümlə dilimdən əksik olmaz. (Dərdi verən Allahım dərmanınıda ver) Niyə yalan deyim o qədər olub, qərarsız qalan zamanlarda, yol tapmaq üçün günlərlə düşündüyüm zamanlarda olub, amma sonunda doğru yolla getməyimə kömək edən Allahımda olub)Problem nə olursa olsun təki Allaha sığınmaq ən gözəl həll yoludu əlbətt zamanı gəldikdə dərmanını sənə qismət edəcəkdir.

8. Təsəvvür edin ki,yolda gedirsiz özünüzlə qarşılaşsanız ilk reaksiyanız nə olar?
Necəsən, neyləyirsən, kef əhval)))) Soruşmaq ayıb olmasın çoxmu bəyəndin məni simamı özündə əks etdirmisən))) İndi iş işdən keçib gəl belə edək arada sən mənim yerimə evdə, çöldə gəz məndə sənin yerinə))
Gözümün önündə əməlli kino səhnələr keçdi:122:Aktrisalıq hissiləri coşdu))

9. Əsəbləşməyin atəşi əvvəlcə sahibini yandırar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Sizi əsəbləşdirmək asandir?
Ümumiyyətlə,əsəblərinizi cilovlaya bilirsiniz?

Mənim əsəb atəşim qalxdıqda hər kəsi yandırır)) Ən sevmədiyim xusisiyyətim deyərdim:pff:Tez əsəbləşən biriyəm, elə insan var orda əsəbləşir ordada hirsi soyuyur amma məndə elə deyil neçə gün özümə gəlmək üçün sakitləşməyə fikrimi saxlamağa ehtiyacım olur, ən yaxşısını Narınım bilir çox olub əsəbli vaxtlarıma dəng gəlib kobud danışmışam buna görə haçan görər dəli damar qalxıb yazmaz)) Kənardan normal görünməyə bilər amma özümdən aslı olmur müalicə alıram hətta o qədər əsəbliyəmki, əllərim əsir buda kənardan insanlardan tərəfindən çox deyilir özüm hiss etməsəmdə əllərimin əsməyini başqaları bunu görür və sırazı reaksiya göstərirlər. Əsəb indi hər insanda var heç kəs tamı tamına sakitlik abidəsi deyil sadəcə var özünü cilovlayan, var özünə hirsinə hakim olmayan biri, mən daha çox ikinci qrupa aidəm))

10. Özünüzdə qürur duyduğunuz cəhətiniz hansıdır?
Təvazökarlıqdan uzaq olsun yazdıqlarım (Ana olmağımla, övladlarıma verdiyim tərbiyə ilə, və ən əsası Qadın olmağımla) nə mənadamı? Cəmiyyətimiz Qadın olmağı özünə rəva bilir, doğrudu Qadın ilk ana bətnində olanda ətraf üzünü gözünü turşudur(az deyil bəlkədə qınayanlar olacaqdır) amma biz varıqsa demək sevgi var, biz qadınlar varıqsa ailə vardır, övlad vardır, təmizlik, düzgünlük vardır. Peyğəmbərimiz belə Qadınların, qız övladlarını nə qədər sevdiyini dəyər verdiyini bilirsiz, Qadınlar ilk növbədə həyatda özlərinə dəyər verməli yüksək tutmalı, qürür duymalıdır. Ən qürur duyduğum cəhətim bax indiki kimi hər zaman düzgünülüyü deməyimdi. Huyum kurusun sevilirəm hər zaman ilk növbədə qınayalar olur tanıdıqca daha çox sevənlər artır)

11. Həyatınızda eşitdiyiniz ən dəyərli söz hansıdır?
Valdeynlərimin-Mama, Papa səni çox istəyirik deməsi.... Oğlanlarımın-Mama deyərək qucaqlamaları... Yoldaşımın-Səni sevirəm, həyatımda gözüm ancaq səni görəcək deməsi))
Görəsən çöldə yoldaşımın gözünə nəsə batacaqmı heç kimi görməz)))
Allah hər Qadını xoşbəxt etsin nə deyim daha))

12. Ümumiyyətlə xasiyyətiniz necədir(necə bir insansınız)özünüzü bizlərə necə tanıda bilərsiniz?
Məni tanıyanlar bilir xarakterimi, tanımayanlara deyək heç kimə qarışmayan, düzgünlüyü sevən, bir dəfə özümə qarşı səhfini görsəm bağışlamayan yani əvvəlki kimi inamım olmaz. Qısaca dəymə mənə oxum dəyməsin heç kimə)) kimi cəhətlərim var olmaqdadı. Sakit danışığıma görə hər kəs elə bilir ideal xarakterə sahibəm amma elə deyil qışqıraraq danışmağı sevmirəm və əsasəndə heç kim ideal deyil içi mən olaraq)

13. Kimin rəylərini oxumağı sevirsiniz?
İndi oturub məndə yazım kimə rast gəldi oxuyuram sözlərini?) Guyada guya)) Mən qısa konkret hər dəfə sayta girdiyimdə əyər Miss_Oxatan(yenidən qayıdıb gözümüz aydın olsun) YalniZ-ArZu, AĞAYEVA, Tatyana, Türkan idi səhf etmirəmsə lənkaranlı olan(nədənsə onun həyatı məni kövrəldir, bəzi dedikləridə sanki mən danışırmışam kimi hiss edirəm,Allah köməyi olsun)

14. Gündə azı 3 dəfə qulaq asdığınız mahnı hansıdır?
Bu aralar mahnıya qulaq asmıram məhrəmlik ayı olduğu üçün. Amma məhrəmlikdən öncə və yaxud sonra bir musiqi üzərində çox durmuram fərqli musiqi dinləməyi sevirəm, tez tez eşitdiyim musiqi olsa bezirəm.

15. Təsəvvür edin ki, Qadınla.Com-un ziyafət gecəsinə dəvətlisiniz bu ziyafəti necə təsəvvür edirsiniz?
Mən gələnə qədər ziyafət qurtararda, məclis dağılarda)) Təsəvvür yaranmadı nədənsə, çünki belə bi məclisin olmayacağını düşündüm bütün təsərrüfatım yerlə bir oldu))

16. Sizdən yaşca kiçik birinin sizə nəsə öyrətməsini necə qəbul edərsiniz?
Ağıl yaşda deyil başdadı atalarımızın misalı gəldi yadıma. Baxır necə birinin olduğuna hansı ağıla sahib olduğuna. Amma dürüst olum mən öz bildiklərimi hər zaman yerinə yetirməyi sevirəm heç kimi üzmərəm hə hə deyib etmiş kimi göstərərəm qəlbinə dəyməmək üçün amma əyər o iş ağlıma batmadısa verdiyi məsləhət mənim üçün düzgün olmadısa dediyi özü üçün qalacaq öz fikirlərim önə keçəcək.

17. Həyat sizə nələr öyrədib?
O qədər şeylər öyrədib ki... İlk növbədə heç kimə inammamağı, dostluğun var olmadığını, iki üzlü insanların çoxluğunu. Bir tək mənfi tərəflərini saymaqla həyata haqqsızlıq etmiş olacam əlbəttdə bu həyatı gözəl edən biz özümüzdə ola bilərik necəmi? Lazımsız insanları həyatımızdan çıxardaraq düzdü hər birini çıxartmaq mümküm deyil amma ən azından elələrini görməməzlikdən gələrək ailəmizlə sevdiklərimizlə xoş günlər keçirərək həyatı gözəl yaşamaq dadını çıxartmaq mümkündür.

18. Qadınla.Com-u izah edin deyilsə nələr deyərdiniz?
Bizim mehriban, şən, şirin Qızlarımızın ən gözəl məkanı. Bizləri sevindirəcək gözəl ad günü, mənalı suallar, dəyərli lahiyələrin məkanı Qadınla.Com.Nə yaxşı ki, varsan, nə yaxşı ki, bizlər varıq.
Özümü Atv'də yeni açılan lahiyə üçün anons verən biri kimi hiss etdim)))

19. Suallar çox fikirləşib verə bilərəm amma ki, userləri bezdirməyim.Nədə sizi yormayım.Suallarım xoşunuza gəldi?
Əlbəttdə canım çox bəyəndim, gözəl düşünülmüş lahiyədi uğurlu axarlı olsun.Yorulmadım əksinə sevərək cavabladım.

20. Və sonda Qadınla.Com userlərinə ürək sözləriniz.
Məktəbli qızlarımızadı ilk növbədə ürək sözlərim,
Ağıllı gözəl qızlarım oxuyun həyatda bir Qadına ən vacib olandır bilik savad, instagramdı, Facebookdu, sevgidi, bunlar hələki ən lazımsız şeylərdi sabahı əlinizdə savad, sənəd olmadıqda nə instahram lazım olar nədə başqa bir virtual aləm, sevginidə yaşayarsız amma zamanında hər şey bilirsinizmi necə gözəldir. Uşaq yaşda sevgi sadəcə keçəri bir hiss olur bəziləri üçün, qəlbinizi kitaba bağlayın sabahı sizinlə əziyyət çəkən valdeynlərinizə övladına baxıb fəxr hissini yaşatmaq üçün.
Əziz Analar məndən böyüklər vardır onlara ürək sözlərim olacaqdır sadəcə Allah həyatda nə arzunuz varsa hər birini həyata keçirtsin. Subaylara və Ana olmaq istəyən Qadınlarımız bir gün sizdə xoşbəxt olacaqsız bunu unutmayın,
Səbr hər şeyin dərmanıdı
Oxuyan gözləriniz var olsun Qızlar. Hələlik:123:
(səs: 1)
Şərhlər: 15
Baxılıb: 2 373
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri