Mənim sınanmış reseptim - Paxlava (29)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 16
Baxılıb: 4 864
Səs ver:
(səs: 2)
Bu dəfəki bölümdə istədim özüm resept paylaşım. Bayram yaxınlaşır, Novruzda da süfrələrin olmazsa olmaz şirniyyatı, paxlavadır. Indi sizə paxlavanın daha sərfəli reseptini təqdim edəcəm. Dadına da söz ola bilməz, mütləq sınayın xanımlar.

PAXLAVA


TƏRKIBI:
3 yumurta
Paçka yarım yağ (250 qramlıq paçka və yarısı)
400 ml. xama
Vanil
Un - xəmir olana qədər
Maya
Duz

İÇLİK ÜÇÜN:
1 kq. qoz ləpəsi
1 kq. şəkər tozu
1 paçka hil.(biz üyüdülmüş hil istifadə etdik)

ŞƏRBƏT ÜÇÜN:
3 stəkan şəkər tozu
2 stəkan su
Para limonun suyu

Yuxaları yağlamaq üçün isə, paçkadan qalan yağ və daha 3 paçka yağ lazımdı. Əvvəlcədən əridin.

HAZIRLANMASI:
Əvvəlcə xəmir üçün lazım olan ərzaqları bir qaba qarışdırıb yumşaq xəmir yoğurun.

Mənim sınanmış reseptim - Paxlava (29)

Xəmiriniz gələnə qədər içliyi hazırlaya bilərsiz. Qoz ləpəsini tavada qovurun.



Bir az qovurandan sonra, bir dəsmalın arasında ləpələri ovun ki, qabıqları təmizlənsin. Sonra qozçəkən maşında üyüdün. Içinə şəkər tozu və hili də qatıb qarışdırın və içlik artıq hazırdır.

Bir balaca qazanda şərbəti də qaynadın, qaynayandan sonra isə limon suyu əlavə edin.



Bu ərəfədə artıq xəmir tam gəlmiş olur, xəmiri iki yerə bölün və hər iki hissəni 2 böyük və 7 kiçik kündələrə ayırın.



Ilk olaraq böyük kündəni açın. Açandan sonra yağlayıb arasına içliyi səpin.(şəkildə ən alt hissədir deyə, içlik biraz seyrək səpilib.




beləcə hər layı yağlayın, ən üstə qalan böyük kündəni qoyun, paxlava formada cızın , üzərini yumurtalayib ya qoz ya fındıq batırın. Qoyun duxovkaya.



Təxminən beş dəqiqə sonra çıxarıb kəsin. Yenidən qoyun bişməyə. Qızarandan sonra qalan yağı da paxlavanın üstündə gəzdirin, duxovkaya qoyun. Tam qızarandan sonra duxovkadan çıxarın, şərbəti əlavə edin, soyumağa buraxın, tam soyuyandan sonra kəsin.





Onu da qeyd edim ki, bu reseptlə iki iri list paxlava alınır.



Nuş olsun!

Sınayın, peşman olmazsız. :11: Qarşıdan gələn Novruz bayramınız mübarək olsun. Bişirdiyiniz hər nemətə Allah bərəkət versin.:melek:

(səs: 2)
Şərhlər: 16
Baxılıb: 4 864
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri