Qadınla.Com'un kitabsevər qızları - Fulin

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 4 333
Səs ver:
(səs: 0)
Salam olsun Qadınla.Com'un hörmətli istifadəçilərinə :03: Keçid alaq layihənin mövzusuna :20:
Deməli, oxuyub ən sevdiyiniz, bəyəndiyiniz bir kitab haqqında məlumat verəcəksiniz, bu kitabı nəyə görə bəyənirsiz? Kitab sizə nələr aşıladı? Kitab haqqında qısaca özət də keçə bilərsiniz) Və beləliklə kitabsevər istifadəçilərimiz (elə biri də özüm :)) həm kitab örnəyi almış olacaq,həm də yeni kitablar və onların mahiyyəti haqqında öyrənmiş olacağıq.
Layihəmin bu dəfəki qonağı Fulin nikidir.

""Bir kadının yüreği sırlarla dolu bir denizdir.." - demiş Mart Menekşeleri əsərinin müəllifi Sarah Jio.
Bu maraqlı, bir o qədərdə düşündürücü kitabı bir həftədir ki, oxuyub bitirmişəm. Keçim kitabdan sizə bəhs etməyə:
Özünü dünyanın xoşbəxt qadını hesab edən məşhur yazıçı Emily Wilson, bir gün həyat yoldaşı Joel'in ona xəyanət etdiyini öyrənir. Bütün həyatı alt-üst olur. Bu olanlara rəğmən yenə də tək bir gözyaşı tökmür. Yoldaşınnan boşanır. Emily yaşadıqları üzünnən başladığı kitabını bitirə bilmir. Yengesi Bee olanları eşidir, Mart ayını Bainbridge Adasında keçirməsi üçün onu dəvət edir. Emily təklifi qəbul edir, adaya gedir. Adanın gözəl havası ilə huzuru tapmağa çalışan Emily, qaldığı otağında 1943-cü ildə yazılmış bir gündəlik tapır. Bu gündəlik onu keçmişin tozlu səyfələrinə həbs olan gerçək bir eşq hekayəsinə və 60 illik bir ailə sirrinin üstünün açılmasına kömək edir. Emily hər gün o gündəliyi oxuyur. Gündəlikdə Esther və Elliot adlı iki gəncin eşqindən bəhs edir.
Bir gün Elliot işlə bağlı Sietlə gedir. Esther də rəfiqələri Rose və Frances ilə birlikdə alışverişə Sietlə gedir. Küçələri gəzərkən Londan Park Otelin qarşısında Elliotu bir qadınla görürlər. Həmin gün bir səhv anlaşılma nəticəsində Esther Elliotu dinləmədən nişan üzüyünü çıxarır və onu tərk edir. Həftələr, aylar keçir. Esther sırf Elliota acı çəksin deyə Bobby adlı bir iş adamı ilə sevmədən evlənir. Bir qızı dünyaya gəlir. Elliot bir müddətliyinə adadan gedir. Ama getdiyi yerdə qərar tuta bilmir geri qayıdır. Estherle görümşək üçün məktub yazıb göndərir. Gecə Esther sevdiyi adama gedir və birlikdə olurlar. Esther o gecədən sonra hamilə olduğunu bilir. Bobby həyat yoldaşının xəyanət etdiyini öyrənincə onu evdən qovur. Esther Elliotun evinə gedir, ama onu evdə tapa bilmir. Rəfiqəsi Francesin evinə gedməyi qərara alır. Evin pəncərəsindən Elliot və Francesin birlikdə əyləndiklərini görür. Esther o gün böyük bir səhv elədiyini anlayır. Oradan uzaqlaşır.

Gündəliyi bu hissədə oxuyub bitirən Emily, hekayənin ardının olub-olmadığını araşdırmaq qərarına gəlir. Jack adlı bir rəssamla tanış olur. Ona qarşı hissləri yaranır. Emily araşdırmalar nəticəsində Estherin uçurumdan özünü atdığını, ama xoşbəxtlikdən ölmədiyini, Elliotdan olan bir qız övladı dünyaya gətirdiyini, Estherin öz nənəsi, Elliotun Jack'in babası, Francesin isə yengesi Bee olduğunu öyrənir. Ama Emily yengesi Bee ilə bu haqda danışa bilmir. Bee ona heçnə demir və aralarında mübahisə yaranır. Emily sonuncu dəfə Jacklə danışıb adadan getmək istəyir. Telefon iki dəfə çalandan sonra bir qadın alır. Emily yenidən sevdiyi insan tərəfindən aldadıldığını düşünərək Jacke heçnə demədən gedir. Gedəndən bir müddət sonra özünün də Esther kimi anlamadan dinləmədən Jacki tərk etdiyini düşünür. Geri qayıdır.
O gedən zamandan sonra Elliotu xəstəxanaya yerləşdirirlər. Emily də bunu öyrənincə Jackin yanında olmaq üçün xəstəxanaya gedir.
Tibb bacısı otağa daxil olaraq Lana adlı bir qadının mavi şalını otaqda düşürdüyünü deyir. (Lana Estherin Elliotdan olan qızı)
Jack ilə Elliot təbiiki də Lananın kim olduğunu artıq öyrənmişdilər. Məhz o gün Emily neçə illərdən sonra ata ilə qızının qovuşduğu anlayır, yaşadıqlarınnan sonra öz gözyaşlarını saxlaya bilmir. Dizüstü bilgisayarını açır, artıq onun yazmağa bir kitabı var idi. Və gündəliyin ardını Emily Wilson'un həyatı olaraq tamamlayır.

Hər bir insan bu kitabdan ayrı-ayrı nəticə çıxara bilər. İnsan bir hərəkət etmədən əvvəl düşünməlidir. Çünki sənin etdiyin yanlış bir hərəkət kimilərinin faciəsi ilə bitə bilər. Əsərdə Esther Elliotu səhv anlamasaydı əyər xoşbəxt ailə olmuşdular kim bilir. Esther həmişə Sietlə bir evinin olmasını istəyirdi ama Elliot kasıb idi. Evi ala bilməzdi axı. O da Esthere sürpriz olsun deyə heçnə deməyib, yaxın bir tanışından evi ucuz almaq üçün danışıb görüşüblər Sietlda. Beləliklə Estherin bir hərəkəti neçə-neçə insanı pis vəziyyətdə qoyub.
P.S Bu gözəl layihədə yer ayırdığın üçün müəllifə təşəkkür edirəm ❤."


P.S. Mən təşəkkür edirəm :) Layihəyə qatılmaq istəyirsinizsə şəxsi ismarıcla mənə müraciət edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 333
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri