Gənc yazar Qönçə ilə möhtəşəm müsahibə

Müəllif: fiyonik
Şərhlər: 15
Baxılıb: 3 509
Səs ver:
(səs: 1)
Hər kəsə salam Qadınla.Com xanımları. Necəsiniz? Ümid edirəm yaxşınız. 11.11.2018 tarixində saytın yazarı Lusi, yəni Qönçə ilə müsahibə aparmışdım. Bir çoxlarınız ideyanı bəyəndi, lakin sualların qısa olduğunu bildirmişdiniz. Bu gün, zənnimcə, dolğun suallar hazırladım və Lusi ilə müsahibə hazırladım. Əvvəla, Lusinin hekayələrini oxumayan yoxdur - deyə düşünürəm, amma oxumayanlar üçün Lusinin hekayələrinə göz ataq.

1.Ölsəm bağışla
2.Anonim yaşıl
3.İkimizin hekayəsi
4.Fərəhin şansı
5.Aypara
6.Bir gecəlik günah
7.Bi gecəlik günah: Əmanət
8.Yara'na məlhəm
9.Səndən başqa
10.Oyuncaq
11.Ay parası
12.Möcüzəyə inanıram
13.Ürəyimdə karantina
14.Ruhum sənə əmanət
15.Zümrüdü işıq.

1) İlk özünüz haqqında məlumat ver kimi sual verməyəcəm, çünki bilən bilir. İlk öncə "Mən yazar olacam"- cümləsini nə vaxt işlətdiniz? Yazarlığın sizin həyatınızda nə kimi təsiri olub?

İlk əvvəl salam :)
Bunun tarixçəsi var. Uzun olsada yazacam.
Günlərin bir günü idi saytımıza hekayə atmışdım. İnstagramda böyük bir səhifə var imiş. Və bura qonaq qismində daxil olub, hekayələrimi oxuyurmuş. Çox sevdiyindən, müəllifin adın qeyd edərək hekayələrimi paylaşırmış. Bir gün bizim burdakı Mələyimizin qarşısında həmin səhifə çıxır. Səhifədə mənim hekayələrimin paylaşdığını görüb, mənə xəbər verir. Səhifənin sahibəsidə onun vaistəsi ilə mənə yazır. Biz beləcə danışırıq. Sonra mənə təklif edirki, niyə instada özünə səhifə açmırsan. Hekayələrin burda çox sevilir. Beləcə mənimdə ağılıma batır bu fikir. Onun üçün səhifə açıram və qərara gəlirəmki o gündən, bir yazar olum :) Mənim üçün yaxşı təsirlər olub. Bir növ özümü tapmışam. Mən buna qadirəm, bunu edə bilərəm demişəm.

2) Sizin üçün uğur nədir? Uğur kəliməsinə nə kimi tərif verərdiniz?

Hec tanımadığım insanlar tərəfindən sevilirəm. Onların problemlərini dinləyirəm. Çarəsiz insanlara yardım əlimi uzadıram. Yəni, qısaca insanlara yaxşı gələ bilmək üçün, bu yola baş qoymuşam. Bu da mənim üçün kicik uğurlarımdan biridi.

3) Bir çox yazarlar havadan,sudan,yağışdan, hətta budağa qonan sərçədən belə ilham alırlar. Bəs sizin üçün ilham mənbəyi nədir?

Bəlli bir ilham mənbəyim yoxdu. Gecə yatarkən, ağlıma durduq yerə bir ideya gələr və o ideyanın üstündə xəyallar qurmağa başlayaram. İdeyanı həyata keçirmək üçün, ona uyğun bir mahnı taparam. Hansı ki həmin mahnını dinləyərkən, yazdıqlarımı yaşaya bilim... Gerisi ondan sonra çox asand şəkildə gəlir :)

4) Hekayələrinizdəki obrazları kimdənsə ilhamlanıbsınızmı? Real hekayəniz var?

Hamısı öz beynimin məhsuludu :) Onlara həyatımda bir yer vermişəm. Bəzi insanlar öz xəyalları ilə yuxuya daldıqda, mən onları fikirləşib yatıram.
"Gülmsə Qadın" adında bir real hekayəm var. Mövzusu realdı, içində olan hadisələrin bəzisi xəyali məhsulumdu. Onuda burda paylaşmağı düşünürəm :)

5) Yazar olduğunuz qədər həmdə oxucusunuz, hekayələrdə nəyi bəyənib nəyi bəyənmirsiniz?

Yəqinki, ümümi hekayələrdən söhbət gedir.
Mən ümumiyyətcə bizim yazarların yazdığı hekayələri çox oxumuram. Səbəbi isə bəzilərinin çox oxşar olmasıdı. Kicik misalın verirəm. Baş obraz qızın yaxın dostu olur, baş obraz oğlanında yaxın bir dostu olur. Bu dostlar mütləq sonda hər zaman qovuşur. Sual yaranırki, niyə?
Sonra Playboy oğlanlara bizim hekayələrdə, daha çox üstünlük verilir. Normal oğlanın, normal qızı sevməsini görməmişəm. Yalnız bir - iki hekayədə görmüşəm. O hekayələrində finalı olmayıb. Yarım qalıb...
Sual yarana bilərki, bəs sənin hekayələrində belə sey yoxdu? Mən belə seylərə o qədərdə yol vermirəm. Əgər yol versəm, O obrazı sonradan yaxşı bir personaj kimi insanlara tanıtdıra bilmirəm. Nəticə etibari ilə, hekayəyə yeni ikinci baş obraz salıram. Hekayənin farmatın 180 dərəcə dəyişirəm :)
Bəyəndiyim seylər isə bəzilərinin mövzusunun yaxşı secim edilməsidi. Oxuyucularda maraq oyandırmasıdı... Keçənlərdə bir yazarın hekayəsini oxudum. Hekayənin baş obraz qızı ilə baş obraz oğlanı, qarşılaşdılar azda olsa aralarında xoş söhbnət keçdi. Səhəri qarşılaşanda isə oğlan soyuq danışıb getdi. Bu söhbətlər 5 bölüm belə getməyə davam etdi. Hər kəsdə altına yazırki, bu oğlan niyə gah elədi gah belə. Mən isə ilk bölümdən bildimki, oğlanlar əkiz qardaşıdı. Bu 6 cı bölümdə bilindi. Hər kəsdə şokey olmuşdu) Belə bir seylər olur yəni :)

6) Oxucularınıza kitab məsləhəti verin desələr, o dəqiqə ağlınıza hansı kitab gələr?

Ahmet Batman "Bana ikimizi anlat"
Səbəbi isə mən bu kitabı oxuyub, yaxşıya doğru dəyişmişəm. Adındanda göründüyü kimi, sevgidən bəhs edə bilər. Amma kitabın içi ayrı bir dünyadı. Məni bu kitab həyata qaytarıbsa (18 yaşımda), bəzilərində yaxşı gələcəyinə inanıram. Dönüş nöqtəm :)

7) Hekayələrinizdəki hansı obrazı və ya obrazları şanslı hesab edirsiniz və o obrazın yerində olmaq istəyərsiniz?

Hekayələrimdə ən şanslı obrazlardan biri "Möcüzəyə İnanıram" hekayəsindəki Gülşən obrazıdı. Bu cəmiyyətdə boşanmış qadın olaraq, yaşamaq çox çətindi. Elgün kimi insan onun qarşısına çıxıb, onun üçün bu çətinliyi məhv etdi. Bundan gözəl nə ola bilərdi? Bir qadın kimi xoşbəxt olmaq, hər bir qadının haqqıdı.
Yəqinki, olmaq istəməzdim...

8) Bir hekayə növü deyirəm. Qızların saf, məsum, təmiz həyat sürərkən, eqoist,yaraşıqlı, varlı, sadist, psixopat oğlanla rastlaşması, oğlanın zamanla qıza yasaqlar qoyması, ona əmrlər verməsi, saf qızın eşqdən gözünün kor olması və oğlana tabe olması, oğlan qızı tərk edib gedər, qız arxasınca baxar,ağlayar, depressiyaya düşər və son.
Bir çox yeniyetmələrin yazdığı və oxuduğu hekayə növü. Sizin bir yazar kimi belə hekayələrə münasibətiniz necədir?


Münasibətim nə yaxşıdı, nə də pis. Buna daha aydın fikir bildirmək istəyirəm. Sualda da qeyd etmisənki, bir çox yeniyetmələrin yazdığı və oxuduğu bir hekayə növüdü. İndiki yeniyetmələrə belə tip hekayələr çox xoş gəlir. Bir ara 'Günəşi Beklerken' deyə bir serial vardı. Hər kəs ordaki 'Kerem Sayeri' severdi. Watppad adlı hekayə proqramındada hamı Keremi sevdiyindən, yeniyetmələr arasında elə tipli çoxlu hekayələr yayılmağa başladı. Qarşısıda alınmadı) Mənim Buz kimi adında bir hekayəm var. Orda Alixan obrazı elə bir tərzdə idi. Hər kəs düşündüki sonda Alixan ilə baş obraz qızım Günəş qovuşacaq. Mən isə tam tərsin etdim :)
İnsan yaşa dolduqca, elə hekayələri sevmir. Onun üçün bu gün elə tərzdə hekayə oxuyanlara pis baxmıram. Nə də olmasa ortada bir əmək var. Yazılmasının tərafdarı deyiləm bir yandanda. Çünki bizim gənc nəsil elə tərz hekayələri oxuyub, həyatda qarşılarına elə insanın çıxmasını arzu edir. Nə səhv bir düşüncə...

9) Bir terapidə baxmışdım. Psixoloqun sualı belə idi. Göyüzü və dəniz desələr ağlınıza nələr gələr? Onu bizimlə bölüşə bilərsinizmi?

Ağılıma ilk Mavi rəng gələr... İkisidə mavi...
Sonra dənizin rəngini, göydən alması yadıma düşər. Dəniz rəngini, göydən alarmış...

10)Hekayələriniz bitdikdə bəzən onların uşaqlarının da hekayələri yazırsınız. Bu sizdə necə duyğu yaradır?

Bunu adətən çox sevdiyim cütlüklərdə edirəm. Daha doğrusu yarım qalmış hekayə sonlarında, övladlarının hekayələrini yazıramki onların necə ana ata olduqlarını görsünlər :)
Sırada yazacaqlarım arasında
Möcüzə'm
Nəfəs'im
Var

11)Obrazlarınızı hiss edirsiniz? Ən sevdiyiniz xarakter və ya cütlüyünüz kimdir?

Hiss etmək nə kəlimə, onları yaşayıram... Yaşamasam, yazada bilmərəm.
Xarakter cəhətdən oğlanlardan Xəyyamı, qızlardan isə Alisanı sevirəm. Favori cütlüyüm isə Ayla ilə Atilladı ❤

12) Xəyal dünyanızın bu qədər genişlənməsinə səbəb olan hadisələr nələrdir? Məsələn Aşiq olmaq kimi

Bu məncə istedatdı. Çox insan uşaq yaşında yazmağa başlayır. Məsələm, mən 11 yaşımdan cızma qara edib yazmağa başlamışdım. 11 yaşımda nə hadisə yaşaya bilərdimki? Nə də yazam... Məncə hadisədən əvvəl insanın ruhu burda önəmlidi. Sərhədlərini nə qədər aşa biləcəyi, qorxmadan çəkinmədən öz sözünü deməlidi. O yaşlarımda türk müğənnisi Mabel Matizə qulaq asırdım. Hər kəsdə məni lağa qoyurdu. Sırf onun görnüşünə, inancına görə. Amma onun ruhunu başa düşən yox idi. İndi isə məni lağa qoyub gülənlər özləri ona qulaq asır. Nə qəribə :)

13)Ümumiyyətlə, hansı tip kitabları oxuyursunuz və niyə bu növə üstünlük verirsiniz?

Türk dünya ədəbiyyatına daha çox üstünlük verirəm. Daha doğrusu verirdim. Onların yazı stili mənə çox xoş gəlirdi. Amma sonra özüm yazmağa başladım deyə son aylar hec nə oxumadım. Sözləri ara - sıra türkcə yazırdım. Bu da yol verilməz bir seydir :)

14)Sizin üçün ən böyük motivasiya mənbəyi nədir? Özünüzü necə motivasiya edirsiniz?

Özümü yanlız keçmişimə baxaraq motivasiya edirəm. Keçmişdə bunların üstəsindən gəlmişəmsə, indidə gələrəm, indidə edərəm deyirəm. İnsana ən yaxşı özü gəlir. Gerisi yalan dolandı ...

15)Müsahibə bitdi. İndi sizin də istəyinizlə istəyirəm saytda paylaşdığınız hekayələrdən obrazları kateqoriyaya görə ayıraq.

1.Ən romantik obrazınız...
Təbiki Renat'ım (Səndən Başqa)
2.Ən sevdiyiniz obrazınız...
Atilla'm oğluşum ❤ (Ay Parası)
3.Ən çox sizə bənzəyən obrazınız...
Alisa'm (Oyuncaq)
4.Ən çox optimist,şən obrazınız...
İzabella'm (Ürəyimdə Karantina)
5.Ən ciddi obrazınız...
Ramal'ım (Ölsəm Bağışla)
6.Ən anlayışlı obrazınız...
Yusif'im (Oyuncaq)
7.Ən sevmədiyiniz obrazınız...
İlknur (Səndən Başqa)
8.Bir adaya düşsəniz yanınıza alacağınız obrazınız...
Elgün'üm (Möcüzəyə İnanıram)
9.Ən fərqli obrazınız...
Ayla'm ❤ (Ay Parası)
10.Ən duyğusal obrazınız...
Bahar'ım (Bir Gecəlik Günah: Əmanət)
11.Ən cəsur obrazınız...
Kamran'ım (Yara'na Məlhəm)

Müsahibən üçün təşəkkürlər ❤
Dibnot: Müsahibə bitdi. Ümidvaram bəyənərsiniz. Qönçəyə təşəkkürlər istəyimi qırmadığı üçün.
(səs: 1)
Şərhlər: 15
Baxılıb: 3 509
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri