Uşaqlıq illəri - Mira-Yaman (7)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 22
Baxılıb: 4 568
Səs ver:
(səs: 1)
Salam Qadınlar.Biz Ailəsi yeni xəbərlərlə, yeni layihəylə qarşınızdayam. Ümid edirəm hamınız bəyənəcəksiz. Yəqin ki, hamınıza maraqlıdı ki, userlərimizin uşaq vaxtı başlarına nə hadisə gəlib, hansı dəcəlliklər ediblər, qısaca gəlin userlərin uşaq vaxtı başlarına gələn gülməli hadisələri birlikdə öyrənəyin, həm də güləyin )). Mən hər dəfə xəbərdə bir userin adını yazacam (layihədə iştirak etmək isdəyən mənə şəxsi ismarıcla yaza bilərlər). Deməli belə ilk qonağımız başına gələn hadisəni bizimlə bölüşən və bizləri güldürən Mira-Yaman  olacaq.
 
"Salam Qadınlar.biz-in gözəl xanımları və qızları  Mənim uşaqlıqda etdiyim dəcəlliylərimi dinləməyə hazırsız??  Onda başlayaq..Deməli belə mən uşaq vaxtı dəcəl olmuşam  həm oğlan kimi,həmdə qız kimi böyümüşəm.Bizim məhləmizdə bir qız var idi elə indidə var uşaqlıqdan bir böyümüşük onunla indidə rəfiqəyiq  Bu qız tükdən qorxurdu toyuq,və hinduşka tükərindən  Məndə bunu bilirdim və istifadə edirdim  Bir gün gəldi bizə mənimlə oynamağa 5-6 yaşımız olardı.Bizdə oynadıq sonra anası çağırdi qızda dediki mən gedirəm dedimki getmə,bu dedi gedirəm mən dedim getmə.Həyət evində qalırıq mən qaçdım qapını kilitlədim sonrada gedib tük var idi onu gətirdimki əyər getsən bunu atacam üstüvə  yazıq qorxudan başladı ağlamaqa sonra anası gəldi apardı..Bu belə getdi..Sonra bir dəfə çolkamı kəsmişdim anama danladı məni  məndə bu qızı yenə çağırdım əl çəkmirəmki gəl sənində çolkavı kəsim qızda aglayırkı istəmirəmdəə axır məcbur onunda çolkasını kəsdim  Sonra birdəfədə bizim həyətdə yellənçəy var idi böyük idi 4-5 nəfər istifadə edə bilərdi.Biz 7-8 qız mindiy necə yelləndiysə qırıldı  bir dəfədə məhlədə oglan var idi başını partlatmışdım  bu qədər inşALLAH sizi güldürə bildim..Belə olmuşam kaşki böyüməzdim..Canım Sevincim sənədə sonsuz təşəkürlər Çox sağol canım mənim nə təşəkkür xoşdu mənə..."
 
Necə idi qızlar üzünüzdə azda olsa təbəssüm yarada bildikmi?
Fikirlərinizi gözləyirik..
(səs: 1)
Şərhlər: 22
Baxılıb: 4 568
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri