Mənim Novruz xatirələrim - Svetoklana

Müəllif: arzum-aysum
Şərhlər: 15
Baxılıb: 2 309
Səs ver:
(səs: 6)
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adər ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

Layihəmin bu dəfəki qonağı canım Svetoklanadı. Görün bizim bu Svetoklana bajımızın başına nə oyunlar gəlib....

Mənim Novruz xatirələrim - Svetoklana  SVETOKLANA 
 
"İlk öncə salam olsun Qadınlar.biz saytının qızlarına və xanımlarına... yəqin edirəm ki, mənim başıma gələn gülməli əhvalat hər birinizə maraqlı olacaq...) keçid alaq əsas mövzuya...)
 4-5 il bundan qabaq başıma yamanca gülməli bir hadisə gəlmişdi...) Novruz bayramı ərəfəsi idi...hər kəs torpaq çərşənbəsini qarşılayirdi... həyətlər də tonqal qalanmışdı... yurdumuza bahar gəldiyi üçün hər kəs çox şad idi... evimizdə oturub anama masanı bəzəməkdə kömək edirdim... həmin an el dili ilə desək məhlə qızları gəldilər bizə...) mənə dedilər ki, gəl gedək qapı pusaq yəni qulaq falına çıxaq...) nə isə bunların sözünə uydum...)) yavaş-yavaş gizlin-gizlin hərəmiz bir qapıya tərəf getdik...)))) başladıq qapı pusmaga...)) qapını pusduqca ev sahiblərinin danişiq səslərinin aydin şəkildə eşidirdim...))) ele hey qapini pusurdum...) bir də gördüm ki, ev sahibinin səsi get-gedə yüksəlir, daha aydın şəkildə eşidilir...))) sən demə camaat evinin qapisini açıb çıxmaq isteyirmiş ... qapı nece açıldısa tir-tap yixildim camaatin evine ... ev sahibinin həyat yoldaşı, uşaqları mənə baxib gülürdülər... hələ bununla yanaşı qizlar da gülürdülər... çox pərt olmuşdum... özümü sındırmamaq üçün başladım gülməyə ... amma əcəb biabır olmuşdum... o bu, bir daha ele şeylərə necə deyərlər özüm-özümə qadaga qoymuşam...))) amma hər dəfə yadıma düşən zaman gülmək məni tutur...)))"
 
Svetik, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!..
(səs: 6)
Şərhlər: 15
Baxılıb: 2 309
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri