Ayselina ilə müsahibə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 17
Baxılıb: 2 105
Səs ver:
(səs: 12)
1.Salam canım mənim səni burda görməyimizə cox şadıq aramıza xoş gəlmisən.
-Salam canım. Çox sağolun təşəkkür edirəm sizlərə.

2.Buyur özünü təqdim elə canım adın yaşın doğum günün neçənci il?
- Adım Selcan. 23 yaşım var.27 yanvar 1992 ci ildə doğulmuşam.

3.Canım hansı məktəbdə oxumusan hansı Universetdə təhsil almısan təhsilin nədi?
- Zaqatala rayonunda orta məktəbi bitirmişəm.Elə həmin ili Qafqaz Universitetenin filologiya fakültəsinə daxil olmuşam.Məzun olmuşam artıq.Uşaqlıqdan arzuladığım ixtisasa və çox sevdiyim universitetin məzunu olduğuma görə çox xoşbəxtəm.

4.Canım umümiyyətlə geyim tərzin necədi?
- Mən ən çox klassik üslubu sevirəm.Ciddi geyimlərə daha çox üstünlük verirəm. Bu istəyimdə əbəs yerə deyil.İkinci təhsil olaraq hüqüqşünas və ya politologiya üzrə təhsil almaq istəyirəm . Ciddi geyimləri daha çox özümə yaraşdırıram. Sport da geyinirəm təbiki.

5.Canım demək olarki bilməyən yoxdur amma soruşuram.Sevdiyin insan nişanlınınla tanış olduğun günü bizimlə paylaş canım?
- Bununla bağlı saytımızdakı layihədə daha ətraflı danışacam . hələlik qısaca olsada nəql edim. Nişanlımla üniversitetde tanış olmuşuq. Universitetin nəzdində ədəbiyyat dərnəyi vardi.Biz tez tez tədbirlər təşkil edirdik.Tanınmış şairləri müğənniləri dəvət edirdik.Mən dərnəkdə həm tədbirlərin aparıcısı kimi həm də reklam departamentində iişləyirdim.Nişanlım ixtisasca riyaziyyatçı olsada dərnəyimizdə mühasib kimi çalışırdı.Məni orda görüb bəyənmişdi 3 ay haqqımda araşdırma apardıqdan sonra mənə söz göndərmişdi.Mən də öz növbəmdə "yox" cavabı vermişdim.Səhv etməyimdən ehtiyat edirdim.Həm də namizədlər çox idi. Mənə dediki mən ciddiyəm elçi göndərmək istəyirəm. Valideynlərnə söyləmişdi belə. Ondan sora inandım.3 il birbirimizi yaxşı tanıdıq.Elçi və nişan elədik. 2014 toyumuz olmalı idi. Lakin, atam rəhmətə getdi deyə saxladıq.Qismət olsa bu il olacaq.Artıq 4 ildir ki, birlikdəyik.daha ətraflı layihədə yazacam . hələlik bu qədər.

6.Onunla gələcəyini necə düşünürsən?ətraflı bizlərlə bölüşə bilərsən???
- Canım onunla gələcəyimi çox gözəl rəngarəng olacağına inanıram . Rəbbim hər kəsə mənim nişanlım kimi gözəl qəlbli insan qismət eləsin.Ən əsası onu deyə bilərəm ki, hörmət əsasdır biz birbirimize çox hörmət edirik. Mən onunla fəxr edirəm. Əməkdar müəllimdir . Məni çox sevir, çox ailəcanlıdır, mənim üçün hər şeyin ən yaxşısını etməyə çalışır.

7.Özünüzə aid mahnı yada şeir varmı?Yada sən Elə bir bədahətən şeir yazmısan ona aid?
- " Mənə bir az Ondan danış" şerini çox sevirəm . Klassik mahnılarımızı çox sevirəm." Uzun gecələr" " Alagözlüm" " Ana" mahnılarını çox sevirəm.Həyatıma daha çox Qənirə Paşayevanın yazdığı " İtirdiyim mutluluq" məqaləsini və Ramalın ifasında səslənən " Düşünmə ki, axtarmiram" mahnısında görürəm.Bədahət yazdığım şeir deyil esse olub ama.

8.Olubmiki ürəyin dolu olduğu zamanda ,ürəyini kimsəyə aca bilməmisən?Yalnız ağ vərəqdən başqa...???
- Hə, canım, olub təbii ki.Mən 1ci kursda oxuyanda daha çox yazardım.Həm də sıradan nəsə yazmırdım.Daha çox fəlsəfi olaraq ifadə edirdim. Düşünürəm ki, yazmaq daha gözəldir.Yazmaq başqa nəql etmək başqa. Nəql edərkən hardasa qəlbindəkiləri tam olaraq ifadə edə bilmirsən.Ama yazanda o qədər rahat və sərbəst olursan ki, qəlbinin dərinliklərində gizlətdiklərini qələmə sarılaraq, ağ sətirlərə tökə bilirsən. .Onlar ən vəfalı dostlarım idi.Bir zamanlar.Lakin indi hər şeyi nişanlımla bölüşürəm .

9.Həyatda yeganə varlıq olan ANADIR indiyənə qədər anan sənə nələri oyrədib bu sualın cavabını bizimlə bölüşsən sevinərik?
- Canım, mən bu sualın ifadəsi üçün söz cümlə çoxluğunun qarşısında acizəm.Dünyanın ən gözəl müqəddəs kəliməsi, ən incə səslənən məfhumu. Anam mənim hərşeyimdir.Mənim qoruyucu mələyimdir.Bir qoruyucu mələyim Atam mənə göylərdən baxır. Bilirsən bacı, indiki cəmiyyətimizdə hər kəsi bu ada layiq görmək günah olar . Sənə bir şey deyim bacı:-Mənim anam mənə uşaqlıqdan çoxlu nağıllar hekayələr danışırdı. "Qaraca qız" hekayəsini danışmışdı.Hekayəyə olan böyük sevgim məni onu oxumağa vadar etdi. 1ci sinifdə oxuyurdum. Bir gün qardaşımın kitablarındakı şəkillərə baxanda "Qaraca qız" hekayəsinə rast gəldim . Anama dedim ki, bunu mənim üçün oxusun deyə . Anam dediki, özün oxu.Sizi inandırım ki, 3 gün ərzində mən o hekayəni hərfbəhərf oxuyub bitirdim. Ədəbiyyatçı olmağımda anamın əməyi böyük olub. Və nəhayət o hekayə ilə böyüyən qız.həmin hekayəyə elmi iş yazır və beynəlxalq konfransda iştirak edir.

10.Bəzən qəlbdə hiss edilən sevgi sözlərlə ifadə edilə bilmir. Qəlbindəki və ruhundakı Allah sevgisini soruşsam bizlərədə bu hissi açıqlaya bilərsən?
- "Allah" - Bu kəlimə səslənəndə mən özümdən asılı olmadan kövrəlirəm, gözlərim dolur . Rəbbimizə, olan böyük sevgi yaşadır bizi..Mən özümü ən sevimli və xoşbəxt bəndəsi hesab edirəm. Mənim ən yaxın dostum həmdəmimdir.Bəzən gizlincə Rəbbimlə danışıram,hər şeyi etiraf edirəm. Səmimi olaraq danışsaq, təmiz qəlbimizdən hər şeyi etiraf etsək inan k, O bizi heç vaxt darda qoymaz.

11.Hansı mahnı tərzini sevirsən?Hansı mahnı sənin həyatından danışır?
- Mən lirik mahnıları daha çox sevirəm...Qənirə Paşayevanın sözlərinə yazılmış "Dərdliyəm." Suranın sözlərinə yazılmış və birlikdə sözbəsöz incələdiyimiz " Qovuş Ona." mahnısıdır. Ilk dinləyən mən olduğuma görə çox xoşbəxtəm. Bir gün bu mahnının hər kəsin dilində olacağını demişdim. Elə də oldu. Kövrəldim. ...

12.Kiməsə elə bir söz vermisən amma onu yerinə yetirə bilməmisən?olubsa səbəb nədi canım?
- Yerinə yetirməyəcəyim heç nəyin sözünü vermirəm.Ama olub: Canım dostum Suram məndən sevdiyim və ən böyük idealım olan bir şəxsiyyətə məktub yazmağımı istədi bizi görüşdürmək istəyirdi, lakin mən yaza bilmədim. Vicdan əzabı çəkirəm ona görə. Ama yazacam inşallah.

13.Təqvim yarpaqlarında sənin üçün məna kəsb edən günlər hansılardır?Özəlliyini də bizimlə paylaş lütfən canım.
Bacı, mənim üçün ən özəl olan günlər...27 yanvar doğum günüm.8 mart anamın doğum günü. 29 may nişanlımla tanış olduğumuz gün, biz hər ayın 29unu, 4 ildir ki, qeyd edirik, surprizlər hazırlayırıq. 22 mart nişan günümüz.11 iyun universiteti bitirdiyim gün.həm də ən böyük kədərimin başlanğıcı...

14.Dinimizə münasibətiniz(Namaz qılırsan canım?)
- Çox xoşbəxtəm ki, müsəlmanam.Bəli, ibadət edirəm..

15.Səndən yaşca kiçik birinin sizə nəsə öyrətməsini necə qəbul edirsiniz?
- Məmnuniyyətlə dinləyərəm.." Bu dünyada hər kəsin bildiyi nə isə var, ama hər kəs hər şeyi bilə bilməz"

16.Hansı ölkəyə və yaxud şəhərə getmək istiyərsən?
-Bir çox şəhərlərdə olmuşam..İstanbul Tblisi Moskva..Parisə inşallah gedəcəyik nişanlımla toyumuzdan sonra.Mən Venesiyanı çox sevirəm.

17.Ümumiyyətlə xasiyyətin necədir(necə bir insansan)?
- Xasiyyətcə mülayim, səmimi, ünsiyyəti sevən, məqsədinə doğru inamla addımlayan, özündən razı insanları heç sevməyən və onlarla ünsiyyətdə çox özündən razı davranan, (ona görə çoxları özündən razısan deyirlər)məsafəli davranan, bütün insanları sevən humanist,romantik, ağır təbiətli bir adamam.İnsan olmaq üçün çalışıram.

18.Əsəbiləşməyin atəşi əvvəlcə sahibini yandirar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Səni əsəbləşdirmək asandir? Ümumiyyətlə,əsəblərini cilovluya bilirsən?
- Bacı, məni ən çox haqsızlıq əsəbləşdirə bilər. Obyektivəm.Hə tez özümü ələ almağa bacarıram.

19.Varlığınla bu həyatda şəfalı bir çiçək,yoxsa tikanlı bir bitki olmusan?Səninlə bu həyat nə qazanıb?
- Şəfalı çiçək olduğumu düşünürəm. Mənimlə bu həyat, qəlbi vətənin sevgisi ilə döyünən, dilini və ədəbiyyatını sevən, onları sevdirmək üçün bilik təhsil verən bir vətəndaş qazanıb.

20.Həyat bir kinodur bizdə bu kinonun Aktorlarıyıq deyə bu sözlərlə razısan canım?
.- Razıyam. .Bəxtiyar Vahabzadə demişkən.: " Bu dünya bir pəncərədir, hər gələn baxar gedər. "Həyat bir səhnədir , biz insanlar isə aktyorlar. Hər kəs öz səhnəciyini oynayır,səhnəciyi bitdikdən sonra pərdələr qapanır..həyat yolu bitir.

21.Əlində 3 gül var SARI, QIRMIZI, AĞ.onları kimə verərdin?
- Anama verərdim.

22.Təsəvvür edin ki yolda gedirsiz özünlə qarşılaşsan ilk reaksiyan nə olar canım?
- Özümlə qarşılaşsam, ilk öncə xarici görkəmimə nəzər salardım.özümü özümün gözündə təhlil edərdim.çox istərdim ki, kənardan özümə baxım və hansı mənfi cəhətlərimin olduğunu öyrənim.özümə bənzər bir qızla qarşılaşmışdım universitetdə.hətta nişanlım belə məəttəl qalmışdı . Universetet illərimdə mənə ən çox ünvanlanan sual: -"Sizin soyadınız Paşayeva deyil ki?" sualı olurdu.Hətta müəllimlərim belə o sualı verirdi..O, şəxsiyyətə bənzərliyim hədsizdir.

23.Səncə İndiki zəmanədə sevilmək üçün zəngin ürək lazımdı yoxsa pulla dolu cib canım?
.- Canım, çox gözəl sualdır. Subyektiv fikrimə görə xoşbəxt olmaq üçün ilk öncə sevən zəngin ürək lazımdır..pul sadəcə ehtiyacımızı ödəmək üçün bir vasitədir . sevgini vasitəyə çevirməyək. .

24.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
.- Bacı, ilk öncə sənə belə gözəl layihələrlə bizi sevindirdiyin üçün və bu gözəl layihədə mənə əmək sərf etdiyin üçün sənə təşəkkür edirəm. .Sualların çox gözəl poetik məntiqi və individualdır.çox bəyəndim. .Sənə sualım: " Səhv etmirəmsə ana olmağa hazırlaşırsan, dünyaya gələcək övladının adını nə qoymağı düşünürsən və övladını gələcəkdə hansı peşənin sahibi olmasını istərdin??? Təşəkkür edirəm bacı.

25.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
- Bacılarım sizlərə sevgi dolu gözəl günlər arzu edirəm.hər zaman sevib sevilək..
 
Canım mənim müsahibəmizdə səmimi olduğun üçün sənə çox təşəkkürlər.O qədər mənalı düşüncəli gözəl cavablar vermisən ki oxuduqca oxumaq isdəyirəm xoş sözlərin üçündə çox sağol canım mənim allah səni xoşbəxt eləsin sevdiyin insanla bir yerdə allah atanada rəhmət eləsin məkanı cənnət olsun qəbri nurla dolsun allaha belə sadiq olmağın çox gözəldi hər zaman belə dinimizə imamıza sadiq olaraq qalasan canım mənim.Qadı sualına cavab verim inaşallah salamatcılıq olsun bəli canım ana olmağa hazırlaşıram qızım olanda adını zəhra qoyacam o biri səfərə inşallah oğlum olacaq adınıda yusif qoyacayıq canım inşallah allah nəsib eləsin o günləri görək oğlum isdəyirəm həkim olsun qızımda müəllimə allahın köməkliylə. Gözəl sual üçün təşəkkürlər canım çox sağol.
(səs: 12)
Şərhlər: 17
Baxılıb: 2 105
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri