Mənim Novruz xatirələrim - sevali

Müəllif: arzum-aysum
Şərhlər: 15
Baxılıb: 1 769
Səs ver:
(səs: 3)
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

Layihəmdə bu dəfə  canım sevali-ni qonaq etdim. Görün bizim bu  bajımızın başına nə oyunlar gəlib....

Mənim Novruz xatirələrim - sevali   sevali  
 
"bir dəfə on beş yaşım olanda axır çərşənbədə qardaşım başqa məhəllərə papaq atmağa gedirdi... yalvardım ki, məni də apar... mənə sən qızsan ayıbdı dedi... nəsə çox yalvardım və dedim ki, oğlan kimi geyinib üzümü şarfnan bağlıyacam... nəsə qardaşım razı oldu ... ikimiz geddik papaq atmağa... yaxşı daa keçdii... papaq atmaq həvəsim o vaxtda qədər kii, öz məhləmizə qayıdanda məhlənin oğlanları bizi gördü... elə bildilər ki, böyük qardşımdı... başdadılar zarafata... məni yumuruq təpik vurmağa... mən də səsimi çıxarda bilmirəm ki, qız olduğum bilinəcəy... olar da vurur... yazıq qaqam gördü uje mən ağrıyıram incidirlər... qışqırdı ki, buraxın bacimdii... elə orda həm ağrı həm də pərt olmağım hələ də yadımnan cıxmır.
 

 
bir dəfə Novruz bayramında anam nənəmgilə pay çəkdi, yalvardım ki, ver mən aparım... apar dedi... nəysə götürdüm həvəsnən getdik... cağırdım bibim çıxdı eyvana... sizə pay gətirmişəm dedim... bibim sağ ol deyib əlini uzatmışdı ki, eyvanın altından it çıxıb hopbandı üsdümə yeməyi aşırdıb üsdümə mən də yıxıldım yerə... elə it üzümü gözümü yalıya yalıya yedi... bibim də sağ olsun evdə nə qədər adam var hamısını cağırdı... itin mənim üzümüdə yeməyi necə yediyini gördülər... hamısı daa çox gülmüwdü... indi hər bayram yadıma düşür gülürəm ...
ümid edirəm siz də bir az da olsa gülümsədiz..."

 
Canım,  başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
(səs: 3)
Şərhlər: 15
Baxılıb: 1 769
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri