Xatirə dəftəri - Qlamurr (3)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 18
Baxılıb: 3 348
Səs ver:
(səs: 10)
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq.Növbəti iştirak edəcək userimiz Qlamurr olacaq.
 
1. Soyadınız Adınız?
Günel Fərhadzadə

2. Doğum Tarixiniz?
22 oktyabr 1989-cu-il.

3. Bürcünüz/iliniz?
Tərəzi

4. Ən böyük arzunuz?
Ən böyük arzum ailəmin,doğmalarımın hər zaman yanımda olmaları,onların can sağlığı,xoşbəxtliyidir.Özümə gəldikdə isə,heç vaxt reallaşması mümkün olmuyan arzular etmirəm.Hər zaman düşünürəm ki,nə xeyirlidirsə rəbbim onu nəsib etsin.

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Bu cür situasiya ilə qətiyyən rastlaşmamışam,səbəbi də hər kəsə etibar edib yaxınıma buraxmamağımdır,qapalı insan olduğumçün,özümə,xarakterimə,tərbiyəmə uyğun olmayan insanla mənim heç bir dostluğum,yoldaşlığım ola bilməz.

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
Umumiyyətlə məktəbdə hər zaman qiymətlərim yüksək olub,məktəbimizin nümunəvi şagirdlərindən olmuşam.

7. Həyat sizcə maraqlıdır?
Həyat əlbəttə ki,maraqlıdır,sadəcə insanlar həyatı öz məqsədlərinə qurban verərək,istədikləri kimi yaşayırlar,kimisi nəfsinə hakim olaraq Allahın sevimli bəndəsi olur,kimisi də nəfsinə qul olaraq şeytanın yolu ilə gedir,nəticədə həm bu dünyasını,həm axirətini məhv edir.Heç bir halda Həyatı deyildə,insanları qınamaq lazımdı.Necə deyərlər həyat gözəldi,yaşamağı bacaranlar üçün.

8. Möcüzəyə inanırsınız?
Dünyanın varlığı,bizim varlığımız,gözlə görülən,görülməyən varlıqların hamısı Rəbbimin möcüzəsidir.Onun istəyi olmadan ağacdan bir yarpaq belə düşə bilməz.Ol deməsi kifayətdi.Bu halda demək möcüzələr var.

9. Yenidən uşaq olmaq istərdinimzi?
Düzdü bəzən uşaq olmaq,o qayğısız illərə qayıtmaq istiyirəm,ancaq indiki yaşımda həyatı tamlığıyla dərk edirəm,kamilliyə doğru gedirəm,artıq mənimçün nəyin yaxşı,nəyin pis olduğunu daha yaxşı bilirəm,tərəddüd etmədən istədiyim qərarı verirəm,həyatımda olacaq insanları özüm seçirəm,əvvəlkindən fərqli olaraq xarakter olaraqda artıq dolğunlaşmışam,təmkinli,səbirli olmuşam.Artıq hər sözə reaksiya vermək əvəzinə susmağı üstün tuturam,səbəbi də beynimi mənasız sözlərlə,mübahisələrlə yormaq istəməməyimdi.Bir sözlə yəni hər yaşın öz gözəlliyi var.Yetər ki,sən bu gözəllikdən istifadə edərək həyatını mənalı yaşıyasan.

10. Dünyaya yenidən gəlməy istərdiniz?
Bu həyatımı hələki öz doğrularımla yaşıyıram,ancaq yenidən gəlmək istədiyimi heç düşünməmişəm.Artıq düşünəndə də real hadisələr,olacaqlar haqqında düşünürəm.

11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Həyatda birinci yaradanıma-mənə yaşama şansı verdiyi üçün,ikinci valideynlərimə-doğulduğum gündən bu günə qədər mənimçün çəkdikləri zəhmətə görə,tərbiyəyə görə,üçüncü müəllimlərimə-mənə verdikləri elmə,biliyə görə.Ən nəhayət həyata,çünki qarşılaşdığımız çətinliklər,sevinclər,kədərlər,doğrular,yalanlar,ikiüzlülüklər,problemlər,itkilər...bir sözlə bütün bunları bizə həyat öyrədir,ona da minnətdarlıq düşür.      

12. Necə insanları xoşlayırsınız?
Əslində insanlar arasında fərq qoymaq istəməzdim,ancaq hər zaman xarakterli insanları  bəyənmişəm,mənimçün yaxşı insan mənfiləri az,müsbət cəhətləri çox olan,hər zaman sözünü deməyi bacaran,dürüst olan,həyatını doğru şəkildə yaşıyan,pis vərdişlərdən uzaq olan şəxslərdir.

13. Sizcə gözəllik nədən başlayır?
Gözəllik elə bir anlayışdır ki,bunu sadəcə qadın gözəlliyi sayıb məhdudlaşdırmaq olmaz,gözəllik insanın daxilində,qəlbində,davranışında,hərəkətlərində,düşüncələrində,ən nəhayət xaricində olmalıdır.Hamısı bir-birini tamamlamalıdır,əks halda gözəlliyin heç bir mənası yoxdur.

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Əgər belə bir şansım olsaydı,İstanbul və Parisdə olmaq istiyərdim.

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Sayta girən kimi həmişə öz profilimə,yayımda olan xəbərlərimi nəzərdən keçirirəm.Yəni başqa kimləsə maraqlanmıram.

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Saytda yetərincə çox istiyib,dəyər verdiyim qızlar çoxdu,ancaq Sonayla biz hər gün yazışırıq,artıq bu münasibət saytdan kənarda da davam edir.

17. Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?
Ayrıseçkilik etmək istəməzdim,hər xəbərin arxasında əziyyət var,hər xəbərin öz yeri var,həm saytda maraqsız xəbər olduğunu düşünmürəm ki,elə hamısı maraqlıdır.

18. Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
Mən bu saytda 2 il yarımdı varam,düzdü bu müddətin hamısını saytda olmamışam,fasilələrlə olmuşam.Buna baxmayaraq heç kimlə,heç bir halda konfiliktim olmuyub,olmuyacaqda.Səbəbi də hər kəsə hörmətlə yanaşmağımdı.

19. Saytda ən çox sizi nə cəlb edir?
Birincisi ancaq xanımların olması,qızlarımızın mehriban olması,məni qane edəcək xəbərlərin olması,hər cür şəraitin yaradılması,məncə bunlar kifayətdir.

20. Nə kimi təklifləriniz var saytda?
Düşünürəm ki,saytımızda hər şey qaydasındadı,yəni məni qane edir.

21. Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
Maraqlı şərhlər olanda,sahibinin kimliyindən asılı olaraq oxuyuram.Saytımızda da dolğun,mənalı şərhlər yazanlar var.

22. Nə üçün məhz Qadınlar.biz?
Adı üstündə məhz qadınlar saytı olduğu üçün.

23. Bu saytda sizə nə maraq doğurur?
Saytımız hərtərəfli inkişafı ilə hər zaman nəinki məndə,çoxlarında maraq doğurur.

24. Saytdakı ən yaxın dostlarınız?
Ən yaxın dostlarım Sona və Arzum-Aysumdu.

25. Özünüz haqda qısa və tam!
Məncə yazdıqlarım məni yetərincə xarakterizə edir,qısa şəkildə səmimi,dürüst,sözünü deyən,dediyinin altında qol çəkən,axırına çıxan,düzlüyünü isbat edən bir xarakterə sahibəm.

26. Burada hansısa bir haqsızlıq görmüsüz?
Bura girdiyim gündən heç vaxt rəhbərliklə heç bir problemim olmuyub,əksinə hər zaman hörmət qoyub,hörmətdə görmüşəm,

27. Saytda başınıza gələn maraqlı bir hadisə
Maraqlı deməzdim,sadəcə bəlkə gülməli olar,15 yaşlı qızın məndən "Novruz xatirlərimdə" yazdığım şam falını soruşması nədənsə mənə çox gülünc göründü.

28. Sayta olan ürək sözləriniz?
Arzu edərdim saytımız hər zaman həm biz qocalanadək,həm saytımız qocalanadək fəaliyyət göstərsin.Uğurları bol olsun.

29. Baş Admindən Razısız ?
Admin bəy olmaqla,idarə heyətindən razıyam,yuxarıda qeyd elədiyim kimi,heç bir problemimiz, konfliktimiz olmuyub.Hər kəsdən razıyam.

30. Həyatda ən çox kimə inanırısınız?
Hər zaman rəbbimə inanıram.

31. İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
İki düşmənin hakimi olub,mövcud düşmənçiliyi aradan götürməyə çalışardım.Ən azından cəhd edərdim.

32. Həyatınızda əsas məqsəd nədir?
Əsas məqsədim layiqli şəkildə öz doğrularımla yaşamaq,əməli saleh,mömin bir bəndə olmaqdır.

33. Gələcəydə özünüzü kim görürsünüz?
Yaxşı müəllimə,yaxşı həyat yoldaşı,yaxşı ana,yaxşı övlad,yaxşı bacı,çünki mən ailəmə çox bağlıyam.

34. Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
İnşallah belə bir halla rastlaşmarıq,əgər olarsa da ümumiyyətlə hər kəs üçün darıxaram,qızlarımız üçündə,xəbərlərimiz üçündə.Çünki burda hər şey mənə doğmadı.
(səs: 10)
Şərhlər: 18
Baxılıb: 3 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri