Xatirə dəftəri - arzum-aysum (5)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 22
Baxılıb: 3 442
Səs ver:
(səs: 10)
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki, belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz arzum-aysum olacaq.
 
1. Soyadınız Adınız?
Məmmədova Türkan

2. Doğum Tarixiniz?
20 noyabr 1984-cü-il.

3. Bürcünüz/iliniz?
Əqrəb bürcüyəm, ilim də siçan :-)

4. Ən böyük arzunuz?
bu dəqiqə ənnnn böyük arzum bacımın bəbişi olsun, bir də öz evim olsun. hələki bundan böyük arzum yoxdu. İnşallah Tanrı arzularımı gerçək edər tezliklə. Amin!

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Belə bir hal olub. Satmayıb amma yalan danışıb. Ondan sonra da qəlbim qırıldı ondan. Mənə yalan danışan biri demək ki, məni özünə yaxın bilmir.

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
əla qiymətlərlə. Ümumiyyətlə 9cu sinifi bitirənə qədər əlaçı olmuşam. 9dan sonra artıq hazırlaşdığım sahə üzrə oxumağa başladım deyə bəzi fənnlərdən 4 aldım :-(

7. Həyat sizcə maraqlıdır?
Həyat təbii ki, maraqlıdır-yaxşı günü də olur, pis günü də. Sadəcə həyatdan zövq almağı bacarmaq lazımdı.

8. Möcüzəyə inanırsınız?
Möcüzə deyəndə ki, hər şey Allahın əlindədi. O, hər şeyə qadirdi. Gözləmədiyimiz bir anda, çıxılmaz bir vəziyyətdə səsimizi eşidir, dualarımızı qəbul edir. Onu danan kafirdi.

9. Yenidən uşaq olmaq istərdinimzi?
Düzünü desəm istəməzdim. Çünki uşaq olsam yenidən bu həyatı yaşamağa məcbur olacağam, eyni yolu bir də keçəcəyəm. Hər yaşın, hər dövrün öz gözəlliyi var. Bu günkü günümə min şükür

10. Dünyaya yenidən gəlməy istərdiniz?
Yox istəməzdim. Tanrının mənə bəxş etdiyi bu ömrü elə bir dəfə yaşayım, sağlam yaşayım, sevdiklərimlə, yaxınlarımla gülər üzlə yaşayım bəsimdi

11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Təbiidir ki, hər kəs bu həyatı bizə bəxş edən Uca Allaha borcluyuq. Ancaq Allahdan sonra canım atama anama borcluyam. Mənə və bacılarıma verdikləri tərbiyəyə görə, verdikləri təhsilə görə. Onlar olmasaydı bu gün mən,, mən,, olmazdım.

12. Necə insanları xoşlayırsınız?
Özüm kimi :-) dürüst, ürəyi açıq, səmimi. İki üzlü insanlara nifrət edirəm.

13. Sizcə gözəllik nədən başlayır?
Məncə gözəllik ürəkdən və içdən başlayir. Qəlbi gözəl insanın əməli də gözəl olur.

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Fransa, Almaniya və İtaliyanın bütün şəhərlərində olmaq istərdim. İnşallah qismət olar bir gün.

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Xətrini dəhşət çox istədiyim bir neçə qız var. Amma neçə gündü mələyim Sonam gəlin köçüb girmir sayta dəli oluram. Çoxxxxx darıxıram onun üçün. Sayta girən kimi gözüm onu axtarır

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Canım Sonamla. Heç bacımla danışa bilmədiklərimi Sonamla bölüşürdüm. Hisslərimi, duyğularımı asanlıqla ona danışırdım. O mənə çox dəstək olurdu, kefim olmayan vaxtlarımda ürək dirək verirdi. İnşallah yenə qayıdar sayta , yoxsa ürəyim partlayacaq.

17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?
Maraqlı olan bütün xəbərləri, fərqi yoxdu kimə aiddi.

18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
Artıq bir ildən çoxdu bu saytdayam. Şükür bu günə qədər heç kimlə elə bir problemim olmayıb ki, qıcıq olum burda olmağına

19.Saytda ən çox sizi nə cəlb edir?
Oooo, saytımızda oğlanların olmaması, adminin bu işə ciddi nəzarət etməsi.

20.Nə kimi təklifləriniz var saytda?

Bu aralar yarışlar yaman az keçirilir, maraqlı yarışlar olsun istərdim.

21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
Qlamurr və Miss_Oxatanın fikirləri xoşuma gəlir. Çünki çox vaxt mən demək istədiklərimi nöqtə vergülünə qədər yazırlar :-)

22. Nə üçün məhz Qadınlar.biz?
Elə Qadinlar. biz olduğu üçün. Bu saytda oğlan olsaydı mən yəqin ki, bu gün bu saytda və bu statusda olmazdım

23.Bu saytda sizə nə maraq doğurur?
İlk əvvəl mətbəx bölməsi marağımı cəkmişdi, reseptlər götürürdüm. İndi isə saytımızın vurğunuyam, bir gün bu sayta girməsəm ürəyim partlıyar.

24.Saytdakı ən yaxın dostlarınız?
Oyyyyy saysam uzun çəkəcək. Xətrini çox istədiyim qızlar çoxdu. Amma bəzilərindən küsmüşəm :-( neçə vaxtdı məni axtarmırlar :-(

25.Özünüz haqda qısa və tam!
Özüm haqqda nə deyim vallah. Tanıyanlar necə biri olduğumu bilir. Bilmədikləri xüsusiyyətlərimi deyim- kövrəyəm, tez inciyənəm və çox əsəbiyəm 122 yəni dəli 122 ən əsası da, hər kəsi özüm kimi bilirəm

26.Burada hansısa bir haqsızlıq görmüsüz?
Bu günə qədər hələ ki, yox. Yəqin ki, bu da adminimizin ədalətli olmasından irəli gəlir.

27.Saytda başınıza gələn maraqlı bir hadisə
çox düşündüm vu sual ətrafında. Qeydiyyatdan keçdiyim ilk gündən bura hər şeyi fikirləşdim. Amma,, qadinlar. biz-in ən sevimli useri mənəm,, yarışmasında qalib olmağım bu saytda başıma gələn ən maraqlı hadisədi.

28.Sayta olan ürək sözləriniz
Saytımıza ürək sözüm odur ki, ömrü uzun olsun. Olsun ki, biz də hər zaman burda olaq.

29.Baş Admindən Razısız ?
Razıyam, niyə də olmayım ki?... saytı gözəl idarə edir, qayda qanunlar gözəldi, əməl edilməsinə nəzarət edir. Hər bir user öz yerini bilsə və özünə hörmət qoysa hörmət də görər.

30.Həyatda ən çox kimə inanırısınız?
Allahıma inanıram, ölənədək də inanacam. Çünki uca Allahımın mərhəməti o qədər sonsuzdur ki, ona açılan əllərimi heç vaxt boş geri qaytarmayıb. Şükürlər olsun, Ona!

31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
Məcazi mənada fikirləşsəm, iki dostun. Amma həqiqi mənada fikirləşsəm, mən heç vaxt hakim ola bilmərəm. Çünki məncə hakim soyuqqanlı olmalıdır, hadisə qarşısında hissləri ilə deyil, ağlı ilə ədalətli qərar verməlidir. Mən isə qəlbi kövrək biriyəm

32.Həyatınızda əsas məqsəd nədir?
Məqsəd yox, həyatımın mənası, yaşama səbəblərim var. Bacımın öz balam qədər çox istədiyim qızları və öz balalarım. Bidənəmlə məqsədimiz isə, inşalllahhh öz evimiz olsun Allahın köməyi ilə.

33.Gələcəydə özünüzü kim görürsünüz?
Həmişə istəmişdim ki, iş qadını olum. Öz həyatımı xəyal edəndə, özümü uğurlu işlərə imza atan bir xarici əlaqələr üzrə mütəxəssis kimi görürdüm. İstəyimə çatmağa bir addım qalmış bidənəmə görə xəyallarımdan keçdim. Peşman da deyiləm. Bu gün o mənə gözəl sevgisini verib, sonsuz xoşbəxtlik verib. Bundan sonra özümü öz şirin evimdə yoldaşına, balalarına sevgi, qayğı göstərən biri kimi görürəm. Yəni indiki mən...

34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
Allah o günü göstərməsin ki, saytımız bağlansın. Mən hələ xəyal edirəm ki, qızlarım da böyüyüb bura girəcək :-)
ancaq bir anlıq təsəvvür etdim, qızların çoxu üçün darıxaram. Yoooooxx, heç düşünmək belə istəmirəm. İnşallah saytımız bağlanmaz heç vaxt. Amin.
(səs: 10)
Şərhlər: 22
Baxılıb: 3 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri