Xatirə dəftəri - aRzuM209 (13)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 19
Baxılıb: 1 717
Səs ver:
(səs: 6)
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki, belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz aRzuM209 olacaq.
 
1. Soyadınız Adınız?
Nesirova Əzizə))

2. Doğum Tarixiniz?
09.03.1994 ci il))

3. Bürcünüz/iliniz?
BÜrcüm balıqdır, ilimsə it ilidir))

4. Ən böyük arzunuz?
OğluMu arzuladığım kimi boyütməkdir en böyük aRZuM...

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Bəli dost bildiyim,insanlar terefinden cox aldadılmışam ve cox zerbelər almışam...

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
Beşinci sinifi 5\4\3 qiymetlərlə bitirmişəm canım

7. Həyat sizcə maraqlıdır?
Herkesin heyatda yaşamaqçun səbəbləri vardır.mess o sebede yaxinlarin sevdiklərin əzizlerin olur.heyatin marağıda həmin səbəb olan insanlardadır.məndə həyatın marağını sevdiklərimde, əzizlərimdə görürəm.

8. Möcüzəyə inanırsınız?
əlbətddəki inanıRaM canım.

9. Yenidən uşaq olmaq istərdinimzi?
Uşaqlığım gözəl xatirə olaraq yaddaşima həkk olunub, ama qayıtmaq istəməzdim.

10. Dünyaya yenidən gəlməy istərdiniz?
xeyir canım istəməzdim.

11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Birinci ALLAHIMA və buna səbəb çoxdur yazsamda bitməz.ikinci valideyinlərimə,mənimçün və bacı qardaşımçun bəxş etdikləri hərşeyə görə,üçüncü sevdiyimə mənə göstərdiyi sevgi,qayğı və diqqət üçün.

12. Necə insanları xoşlayırsınız?
saf, qelbi böyük,sadə,mehriban,gülərüz və ən əsası hər şeyin yerini bilən anlayışlı bir insan...

13. Sizcə gözəllik nədən başlayır?
Gözəllik paklıgdan başlayır.gözəllik namaz üstə insana verilən nurdur,gozəllik ALLAHA duyulan sevgidir,gözəllik sadəlikdir...ruhumuz pak qəlbimiz gozəl olsun qalanı boş şeydir.

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Ən çox getmək istədyim olkə türkiyyədir, bütün gözəl şəhərlərində olmaq istərdim.

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
canım doğrusu kiminsə burda olub olmadğna baxmıram.

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
(SONA)idi ən çox yaxın olduğum onunla bölüşürdüm dərtlərimi onunla təsəlli tapırdım.oda gəlin olub köcdü inşALLAH xoşbəxt olar.sağ əli mən və mənim kimi tüm sevənlərin başına.

17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?
saytda xəbərdən çox hekayə oxuyuram.yazanın əllərinə sağlıq ama xəbəri hazırlayanın kimliyindən aslı olmayaraq marağlı gələn bütün xəbərləri marağla oxuyuram.

18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
Heçkimin burda olması məni qıcığlandırmır.heçkimlədə şəxsi qərəzliyim yoxdur bacım.

19.Saytda ən çox sizi nə cəlb edir?
ən çox hekayələr...hekayələri oxuduqca sanki dincəlirəm rahatlıq verir mənə.

20.Nə kimi təklifləriniz var saytda?
hərşey çox ürəyimcədir.və bu sayta girdiyimçun peşman deyiləm bu saytın rəhbərinə coox təşəkkür edirəm.

21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
oxuyanda hərkəsin şərhini oxuyuram özəlliklə birini oxuyuram desem yalan olar seçmirəm canim.

22. Nə üçün məhz Qadınlar.biz?
ənçox qarşı cinsin bura girməyinə icazə olmadğı üçün və mənə elə gəlirki bu saytın ən böyük dəyəri və fərqliliyidə məhz bundadır.

23.Bu saytda sizə nə maraq doğurur?
Gündəlik bölməsi və birdə ancaq və ancaq hekayələr.

24.Saytdakı ən yaxın dostlarınız?
SONA,acisko,Arzum_aysum,aPSHa,MİRA_YAMAN,Gullu qəzi,GUNAY,KRALİCEM ,ismayılova ülkər bu qizlarla yazşmışam çox gözəl insanlardı..ALLAH onlari bəxtəvərliyin ən uca zirvəsinə ucaltsın.öpürəm gül yanaxlarnızdan.

25.Özünüz haqda qısa və tam!
özüm mülayim biriyəm.qısqanc küsəyən ürəyim geniş əlim açıq və tez inanan biriyəm.ALLAHIN mənə bəxş etdiyi xoşbəxtliklərdən biridə kin salamağı bacarmamağımdır.

26.Burada hansısa bir haqsızlıq görmüsüz?
Xeyir görməmişəm...inşALLAHDA görmərəm bundan sonrada.

27.Saytda başınıza gələn maraqlı bir hadisə
mənim gözəl çantam lahiyyəsində 3 lukdə olmağım.

28.Sayta olan ürək sözləriniz
bu saytın illərcə yaşamasını vəə 50/100 illik yubleylərini keçirtməyi arzu edirəm.rəhbərliyədə uzun ömür can sağlığı mənalı həyat arzulayıram.

29.Baş Admindən Razısız ?
həmdə çoooox...bu lahiyyə vasitəsilə demək istəyirəm biz qadınlar.biz üzvləri üçün belə bir şərait qurduğunuzçun sonsuz təşəkkürlər..

30.Həyatda ən çox kimə inanırısınız?
.....(ANAMA).....

31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
İKİ düşmənin...sülh yaratmaqçun hərşey edərdim.

32.Həyatınızda əsas məqsəd nədir?
əsas məqsədim sevdiyim və övladlarımla xoşbəxt olmaq.

33.Gələcəydə özünüzü kim görürsünüz?
qəlbi ALLAH sevgisiylə dolan ELÇİNİMİN xanimi, ovladlarım üçün əziz olan ANA VƏ Arzusuna çatmış təqvalı bir qadın kimi görürəm.

34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
Birincisi (ALLAH ELƏMƏSİN)ama real münasibət qurduğum biri yoxdur... belədəkii virtualda olsa münasibət qurduğum qızlar üçün çox darıxaram...
(səs: 6)
Şərhlər: 19
Baxılıb: 1 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri