Qadınlar.Biz-li anaların doğum hekayələri - Antikvar (1)

Müəllif: ulduz
Şərhlər: 26
Baxılıb: 7 652
Səs ver:
(səs: 12)
Salam Qadınlar.Biz ailəsi. Yeni layihəmlə qarşınızdayam. Layihəmin adı "Qadınlar.Biz-li anaların doğum hekayələri". Ana olanlar bu haqda yəqin ki, yaxşı bilir, yəni analıq hisslərini yaşayan xanımlar bizimlə fikirlərini bölüşəcək, bizlərə öz doğum hekayələrini danışacaqlar. Gəlin saytımızda ana olan userlərin doğumları haqqında öyrənək.
Arzu edirəm Rəbbim hər bir xanıma Ana olmaq hisslərini nəsib eləsin.
Amin.
 
Antikvar
Salam Qadınlar.bizin gözəl və mamlimatan xanımları))İlk öncə ulduz xanımıza məni lahiyəsinə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm.Keçək yarı sevicli yarı kədərli günlərimi yazmağa.Öncədən qeyd edimki biraz uzun olacaq hekayəm).
Demək evləndikdən bir neçə ay sonra hamilə qaldım.Düz hamiləliyomin 1-ayı tamam olan günü bətnimdəki övladımı itirdim(Çox çətin günlər yaşadım istər psixoloji cəhətdən,istərsədə mənəvi cəhətdən.Özdə düşük vaxtlarım elə pis günlərə düşmüdükü,yeni il bayramıydı.Rusiyada da bu bayram ərəfəsində həkimlər işləmir ancaq dejurni həkimlər olur.Hər nəysə evdə əməlli başlı doğuş ağrıları çəkdim düz bir gün səhərəcan yerimdə çabalayırdım.Sonra səhəri bəzi problemlər həll olunandan yavaş uavaş özümə gəlməyə başladım(Problem dedikdə fikrimcə evli xanımlar nəyi nəzərdə tutduğumu anlarlar))Bu düşükdən sonra iki il uşağa qala bilmədim.Çox müalicələr aldım və bir çox balnissalarda əməlli başlı gəzdim desəm yalan olmaz.Bir yandan biz müsəlmanlar bilirsizdə necədilər)Gəlinlər uşağaki,biraz gec qaldı aman Allahım sualların ardı ardası kəsilməz,hər danışdıqda hər unsiyyət qurduğun insanın ilk kəlməsi(uşağın hələdə yoxdu?))sualı verildiyi zaman 180% beynimə cərəyan işləyirdi))Amma deyəsən bir yanlış söz işlətdim müsəlmanlar deməklə ,nə yalan deyim ruslarnanda unsiyyət qurduqda bu suallar çox verilirdi.Amma bir fərq bilirsinizmi nədədi?)Bunlar nəyı lazımdı tez uşaq biraz həyatınızı yaşayın sözu ilə üzləşsəndə ,bizlərdə tam əksi qızı elədilər sonsuz)))Gərək qiz gedən kimi uşaqa qalmalıdı bir neçə ay keçsə,uşaq olmasa sırazı gəlinin əlindən tutub düz ginekoluq qapısına üz tuturlar)))Bir fikirləşmirlərki təzə evlənən ailədi bir müddət birlikdə yaşasınlar uşaqda olarda nə olub sırazı cüt cüt çıxardsınlar))Vay vay vay antik həmişəki kimi sözdən söz çıxartdın))Pardon qızlar bir an içim doldu köhnə xatirələri fikirləşdikcə))Hə keçək əsas məsələyə bu banissa və kənardan edilən söhbətlərdən çox yorulub usandığım üçün bir gün dizlərim üstə oturub əllərimi Allahıma qaldırdım elə içdən dua edirdim ki ,(qızlar kövrəlmək hissi keçirməyin ,olan işdi hər kəsin başına gələ bilər)))inana bilirsinizmi bir ay düz bir ay keçmədiki,hamilə qaldım.Sevincimizin həddi hüdüdü yoxuydu.Sevinc göz yaşları,bir ay öncədən Allahıma qaldırdığım əli geri kevirmədiyinə görə sükür etdiyim və o anları xatırlama anında axıtdığım göz yaşlarım(Həkimə üzi elətdirməyı yollandıq)hələ çoxxx cıqqılı olduğundan heç bir şey görmək olmurdu.Amma bunuda qeyd eləyim hamiləliyim çox çətin keçdi.Demək olarki,7 aya qədər başı aşağı ayaqları yixarı uzanırdım.(gülməyin haaa insan bir istəyinə çatdıqda itirməmək qorxusu içində olduğundan nə lazımdısa edərsən təki istəyin sonuna qədər reallasın)Bəli vaxt gəlib çatdı balamın necə və oğlan qız olduğunu bilmək üçün.Çox həyacanlı idim.Həmçinin yoldaşımda bildirməsədə ala gözlərinə baxdıqca anlamaq o qədərdə çətin deyildi)Adımı çağırdılar daxıl oldum ürəyimin döyuntüsü qulaqrımla belə eşidirdim ,dilim özümlə danışıb sakit ol desədə ,qəlbim tam əksini vurğulayırdı,sanki oda bu əzablı günlərin sonunda gözəl balasını görmək üçün can atırdı.Və o an çatdı budu uzi ekranından bap balaca anasına sığınan bükülü qalan iki ildi anasına həsrət qalan balamın səkli,gözümdən sakitcə axan yaşlar saçlarıma doğru süzülürdü((İçimdə sadəcə və sadəcə Allahım sənə şükürlər olsun mənədə bu sevinci yaşaddın deyə sözlər istifadə edirdim.Birini unutdum yəqin yoldaşımı üzümü döndərib ona baxdıqda gördüm baş barmaqları ilə gözünün yaşını silir(Bildirmədim özümü və görməməzliyə qoydum.Çünki hansı ata balaca balasını hələ həkimin dilindən oğlun olacaq sözünü eşidib duyğulanmazki?Məncə hər bir ailəsini ,və ailəsinə qarşı həssas məsuliyyətli bütün atalar bu sevinci yaşamaq istəyər.Oğlumun ürəyinin döyüntüsü ,oğlumun bap balaca bədənin hərəkət etdirməsini görmək çox gözəl duyğudu.Çox şükür çətin hamiləlik düşük problemim ilə tez-tez üzləssəkdə həkimlər vastəsilə doqquz ayina gətirib çıxa bildik.60 dan aşağı kq-ramda olan antik xanım doqquz ayında maşallah 70 -şi keçmişdi)))Vaxt gəlib çatdı indi gəlin balamı qucağıma alım alınmır))O qədər dərman zadla uşaqı saxladıqki,vaxtı gələndədə mamasını görməkdə imtina edir))Bir gün qabaq skora pomuş gəldi məni apardılar,ayy səhf yazdım daha doğrusu özum öz ayaqımla getdım doğuş evinə)Məni bir gün saxladılar banissada ,səhəri qalxdım yuxarı palataya balamı qucağıma almaq üçün )tir tir titrəyirdim həkimlər mənim əsdiyimi görüb qucaqladılar qorxma deyə təsəlli verdilər.Rusiyada bir iş pisdiki burda doğum yerinə heç bir yaxınını buraxılmır.Rüşvət təklif edib versən belə)))))Tək yad ölkədə yad insanlar qorxularımı dahada artırırdı)Ağrı çəkən zaman bir azərbaycanlı olduğunu gördüm (oda tellə danışanda bildim))Günorta saat üç radələrində Hüseyn balamı qucağıma aldım.Tuppuş,gözlərini açıb mamasına baxmaqda çətinlik çəkən balam necədə şirin idi.Amma Hüseynim mənə uşaqlıqda,belə el dili ilə desək qan qusdurub)))Çox əziyyət verib.Burda deyillə hər zaman sənin üçün dəyərli olan hə hangi bir şey olarsa ona nə asandlıqla çatırsan nədə asandlıqla böyüdə bilərsən(amma bu sözü yəqin mən helə özüm düzüb qoşub indi dedim,yazandan sonra oxudum birinci dəfədi eşitmişəm oda öz dilimdən)))Belə qızlar buda mənim ilk oglum Hüseynimin arzusunda olan illərim ilə dunyaya gətirən günə qədər olan hekayəm.yaşımın az olmasına baxmayaraq balamı özüm tək böyütmüşəm heç bir kənardan dəstək almayaraq.Bu səbəbdəndi özümü her zaman güclü qadın,ana ,az yaşda olmağına baxmayaraq hər bir çətinliyin üstəsindən gələnəm.Həyatla ,istədiklərimi əldə etməklə ,böyüdüm ,dolğunlaşdım və bu gündə iki oğul anası olaraq bu vaxtacan öyrəndiklərim müsbət fikir və xarakterlərimdən övladlarıma tərbiyə verməyə çalışıram.İnşallah üstəsindən layiqincə gələrəm.
Saytda olan sonama,Miss_Oxatan,Gülü-qezi,krisa,gülərim,isvec də və bunlarla bərabər digər bacılarımıza Allah ovlad payı qismət etsin inşallah.Allahın köməyi ilə siz belə lahiyədə iştirak edib öz sevincinizi bölüşəsiz.İkinci balamında hekayesinidə gələn dəfə yazaram inşallah.
 
İnşAllah bəyənərsiz yeni lahiyəmi qızlar.Rəbbim hər birinizə ana olmağı nəsib eləsin.AMİN...
(səs: 12)
Şərhlər: 26
Baxılıb: 7 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri