Qadınlar.Biz-li anaların doğum hekayələri - arzum-aysum (2)

Müəllif: ulduz
Şərhlər: 20
Baxılıb: 3 609
Səs ver:
(səs: 9)
Salam Qadınlar.Biz ailəsi. Yeni layihəmlə qarşınızdayam. Layihəmin adı "Qadınlar.Biz-li anaların doğum hekayələri". Ana olanlar bu haqda yəqin ki, yaxşı bilir, yəni analıq hisslərini yaşayan xanımlar bizimlə fikirlərini bölüşəcək, bizlərə öz doğum hekayələrini danışacaqlar. Gəlin saytımızda ana olan userlərin doğumları haqqında öyrənək.
Arzu edirəm Rəbbim hər bir xanıma Ana olmaq hisslərini nəsib eləsin.
Amin.

arzum-aysum
Gözəl bacılarım, yəqinki, məni yaxından tanıyanlar və tanımayanlar bilir ki, gözəl göyçək, şirin şəkər iki qızım var. Canım Arzu qızım və canım Aysu qızım. Bu gün sizlərlə şirin qızım Arzu quzumun həyatımı aydınlatdığı o gözəl günü bölüşəcəm.
Əvvəlcə hamilə olduğumu öyrəndiyim o xoşbəxt günümü təsvir edim sizə. Vaxtımdan bir neçə gün keçmişdi. Bidənəm həvəslə və həsrətlə o xoş xəbəri verəcəyim günü gözləyirdi. Bir də gördüm ki, test alıb gətirib. 2013-cü il 13 yanvarda test elədim. Həyəcandan əlim ayağım əsirdi. Dua edə edə testə baxdım, 2 xətt çıxmışdı. O an dünyanın ən xoşbəxt insanı mən idim. Şad xəbəri bidənəmə də verdim. Qucaqlaşıb o qədər ağlamışdım ki. Və beləcə həyatımın ən gözəl 9 ayı başladı. İnkişafının, böyüməsinin hər anı mənə sonsuz xoşbəxtlik bəxş edirdi. Hər dəfə həkimə gedəndə ürəyim az qalırdı yerindən çıxsın. Hər şeyin qaydasında olduğunu eşidəndən sonra içimə böyük bir rahatlıq çökürüd. Gözəl balamın ilk ürək döyüntülərini eşitdiyim o an İlahi heç vaxt yadımdan çıxmayacaq. O an sevincdən mənim ürəyim dayanacaqdı sanki, sevinc göz yaşlarımı saxlamaq mümkün deyildi. Beləcə böyük xoşbəxtliklə günlərim keçirdi.
Həkim doğum vaxtını 10-16 sentyabr 2013-cü il tarixləri arasına demişdi. Mən də fikirləşirdim ki, doğum vaxtına 2-3 həftə qalmış gedərəm Bakıya.
Vəəə 2013-cü il avqust ayının 19-u. Müqəddəs Ramazan bayramı günü idi. Səhər tezdən durub həmişəki kimi işlərimi gördüm, hələ üstəlik böyük bir həyətimiz var onu da başdan ayağa süpürdüm. Bayram hazırlıqları gördük xalamla. Bir də gördük ki, Bakıdan dayımgil gəldi. Anam da onlarla gəlmişdi. Bayram günü anamı görüb çox kövrəlmişdim. Günorta hər kəs gözəl Bayram süfrəsi arxasında yedik içdik. Qərara gəldik ki, gedək gəzməyə. Yığışıb təsəvvür edin 20-30 nəfər, 3-4 maşın getdik Lahıca. Bir xeyli getmişdik nəsə özümü narahat hiss eləməyə başladım. Elə bildim ki, istidən tərləmişəm. Lahıca gedənlər oranın yolunun nece olduğunu bilir. Bir təhər çatdıq ora. Bacımı və xalamın gəlnini çağırıb vəziyyəti dedim. Aləm dəydi bir birinə ki, uşaq olur. Amma sancım yox idi. Qızlar inanın kişilərin yanında elə utanırdım. Beləcə hamı mindi maşınlara geri qayıtdıq.
Doğuş prosesini danışmayacam uzun uzadı. Sadəcə onu deyim ki, sancım olmadığından və su tamam qutardığından doğuş çətin oldu. Təsəvvür edin axşam saat 9a işləmiş girdim doğuş otağına gecə saat 12 yə 15 dəqiqə işləmiş bəbişim oldu. Hələ indiyə qədər də, hər kəs mənim ,,bəbişim nooolar gəlll,, deyə ağladığımı danışır. Hamı deyir ki, səninlə bərabər o sözlərinə biz də ağlamışıq. Çöldə dua edən kim, daş sındıran kim ki, doğuş tez qutarsın. Bəbişim oldu... amma ağlamırdı... səsi çıxmırdı... Həmin an bütün dünya başıma uçdu, böyük bir boşluğa düşdüm... həyəcandan böyük açılmış gözlərimlə həkimə baxırdım. Ciyərinə bir xeyli vurdular, 2-3 dəqiqədən sonra o gözəl körpə səsi ilə bəbişim başladı ağlamağa. Bir o yadımdadı ki, həmin an ancaq uca Rəbbimə şükr etdim və başımı qoydum yerə.
Vəə budur gözəl balam qucağımdadır Tanrı mənə gözəl göyçək, sağ salamat, şippp şirin bir övlad nəsib etmişdi O anı heç bir kəlimə ilə ifadəetmək mümkün deyil. Sadəcə xoşbəxt idim. Onun xırda dodaqları, balaca əlləri, yumuq gözləri Tanrının bir möcüzəsi, mənə və bidənəmə böyük bir lütvü idi. Uca Tanrıma bu gözəl hədiyyəsi üçün sonsuz minnətdaram və ölənəndək də şükr etsəm də azdır.

Ana olmaq ən gözəl duyğudur və biz qadınlara yaşatdığı ənnnnn böyük xoşbəxtlikdir. Bütün bacılarıma bu gözəl duyğunu-ana olma sevincini yaşamağı diləyirəm uca Tanrımdan.
(səs: 9)
Şərhlər: 20
Baxılıb: 3 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri