Emis nikinin Qadınlar.biz-lilərdən realda tanıdıqları

Müəllif: arzum-aysum
Şərhlər: 18
Baxılıb: 1 832
Səs ver:
(səs: 3)
Salam qızlar... necəsiz? soruşmayalı nə var nə yox? ,,Qadinlar.biz-lilərin realda tanıdıqları,, adlı layihəmin bu dəfəki qonağı emis bacımdı.... sağ olsun sözümü yerə salmayıb yazdı... indi oxuyun görək emis realda hansı Qadinlar.biz-liləri tanıyır və onların barəsində nələr yazıb nələrrrr....
 
 Emis nikinin Qadınlar.biz-lilərdən realda tanıdıqları
 
Qızlar deməli belə. mənim realda tanıdıqlarımın sayı nə az nə çox 5 nəfərdi, hamsi da mənim sayəmde gəliblər. Pismi eləmişəm sayta xeyli klent gətirmişəm dana. )))))
 
qızlardan biri Sabrina
dos doğmaca xalam qızıdı, adı nurtacdı. orta məktəbdə oxuyur. Pianino üzrə hazırlaşır (mənim kimi) yaxşı da çalır, maşallah barmaqlar elə uzundu ki, əsl pianist barmaqlarıdı. sizə xarici görünüşünü təsvir edim. Dəhşət uzun boylu, arıq, qara qızdı, saçları uzundu, saçlarının qabağında ağ saç, var özü eləməyib doğuşdan elədi, çox qəşəng yaraşır . pis xüsusiyyətləri həm insanla gec ünsiyyət qurur, həm də Bir az sözbaz qayırandi, onun üstündə də həmişə dalaşırıq. .yaxşı xüsusiyyəti də qəşəng tortlar bişirir, ləzzətli olur  :nyam: tarfim sevərdi. Kimin nəyə ehtiyacı oldu cannan başnan razı olur. Xala qızı haqqında bu qədər... umarim yaxşı təsvir edə bildim.

Ikinci qonağımız nazan xalamgilin qonşusudur. çox yaxşı qızdı ,ürəyi açıq ,kinsiz, özü gözəl olduğu qədər qəlbi də təmizdi, hamıyla tez ünsiyyət qurur, bir az da tez inciyir, amma iki dəqiqə keçməmiş əhvalı düzəlir, elə bil bayaq küsən qız deyil, pozitivdi. Bu arada eşitdiyimə görə məni də Yamannn çox istəyirmiş♥♥mən də onu) yani bəndə istənilməyəcək qız deyiləm öz aramızdı))) bu bacımız haqda bu qədər.

Keçək nazanın əmisi qızı leyla_258 . bu qızla da tanışlığım var, xalagilə gəlir hərdən, söhbət edirik, çox fağır qızdı, sakitdi, danışdirmasan danışmır yəni . hamıya tez inanır, ünsiyyət qurduğu insanlara tez isnişir. .xarici görünüşü ağ, bir az boydan balaca güzel gözlü çolkali qızdı. Bu qədər.

Indi keçək komşuma Melek bacımıza ,bu da çox gözəl qızdı. onun gözləri üçün ölürəm, qara gözləri var, hər dəfə baxanda elə bilirəm nəsə çəkib gözlərinə, inanmıram gətirib yaş dəsmalla silirəm görürəm yox düz deyirmiş heçnə çəkməyib özü elədi, olduqca kaprizni qızdı, düzü mən onlara getmirəm ama bizə tez tez gəlirlər. bildiyimə görə əsəbləşəndə əlinə nə keçsə qırıb dağıdır. xasiyyətcə maması deyir rəhmətlik nənəsinə oxşayır, çünki çox simicdi hacı qaradı, boş yerə pul xərcləməklə arası yoxdu, mamasınnan bacısı evə bazarlıq edəndə söylənir ki, niyə əməlli şey almayıbsız bu şaqalat şuqalat aldığınıza, qənd çay alardız   :23: xarici görünüşü əsmər, normal çəkili, saçı uzun, bir azda forslu qızdı. :bu bacımızdan da bu qədər.

Qalan bacımızda miray nikli userdi, bura az daxil olduğundan heç kim tanımaz, o da mənim kimi qıvrım saçlı, əsmər, normal çəkidə çolkali qızdı. Hər şeyin ən yaxşısını sevir. Duyğusal qızdı.
 
Bu qədər qızlar... mən bunlar haqda yazdım, görüm bunlarda mənim haqda yazacaqlarmi  :01:
 
 
 
Hə, qızlar, layihəmin bu dəfəki qonağı emis nə az nə çox, düz beş nəfərin  bilmədiyimiz xüsusiyyətlərini yazdı... oxudqca xeyli güldüm.... siz də burdan əvvəl və burda tanıdığınız qadınlar.biz-li haqqında yazın göndərin...
(səs: 3)
Şərhlər: 18
Baxılıb: 1 832
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri