Qadınlar.Biz-li anaların doğum hekayələri - remse (10)

Müəllif: ulduz
Şərhlər: 22
Baxılıb: 2 622
Səs ver:
(səs: 9)
Salam Qadınlar.Biz ailəsi. Yeni layihəmlə qarşınızdayam. Layihəmin adı "Qadınlar.Biz-li anaların doğum hekayələri". Ana olanlar bu haqda yəqin ki, yaxşı bilir, yəni analıq hisslərini yaşayan xanımlar bizimlə fikirlərini bölüşəcək, bizlərə öz doğum hekayələrini danışacaqlar. Gəlin saytımızda ana olan userlərin doğumları haqqında öyrənək.
Arzu edirəm Rəbbim hər bir xanıma Ana olmaq hisslərini nəsib eləsin.
Amin.
 
remse
İlk öncə hamını salamlayıram.Ulduz xanıma da təşəkkür edirəm məni də bu layihəsinə dəvət etdiyi üçün.Ana olmaq çox gözəl duyğudur.Allah bu duyğunu bütün ana olmaq arzusunda olan qızlarımıza yaşatsın inşaallahDeməli belə, məni tanıyan qızlar bilirki 10 yaşında oğlum və 8 yaşında qızım var.Bu gün sizinlə qızımın-mələyimin dünyaya gəlişini danışacam.Oğlumun bir yaşı olanda yenidən hamilə olduğumu öyrəndim.Düzü bu istənməyən bir hamiləlik idi.Çünki,hələ yenidən uşağımın olmasına hazırlıqlı deyildim.Həm fikirləşirdimki oğlum bir az böyüsün 4-5 yaşı olsun sonra,həm də evim yox idi deyirdim evim olar sonra ikinci uşağım olar.Nəysə zamanla öyrəşdim və artıq sevinirdim yenidən hamilə olduğuma.3 ay olanda uzidən keçəndə bir mələyimin olduğunu öyrəndik.Çox sevindim.Çünki həm mən qız istəyirdim,həm də ki yoldaşım həmişə balaca şipşirin qızının olmasının arzusunda idi.Mələyimin olmağını səbirsizliklə gözləyirdim.Çox çətin hamiləlik dövrü keçirtdim,9 aya kimi böyrəklərimin ağrısı məni məhv etmişdi.Ancaq iynə dərman,sistemlə yaşayırdım.6 ay olanda həkim mənə dedi ki,bu hamiləlik sənin həyatıvı təhlükəyə atır.Gəl,süni doğuşla hamiləliyə son qoyaq.Razı olmadım.Yaxşıki də olmamışam.Hamiləliyimin çox çətin keçməsinə rağmən doğuş çox rahat keçdi.Və oktyabrın 10-u balaca mələyim artıq yanımda idi.Zaman keçdikcə mələk dönüb oldu ''şeytan''.Qardaşına gün verib işıq vermir,əməlli başlı çırpışdırır.Bilirsiz qızlar mələyimin başına gələnlərlə əlaqədar onu ərköyün böyütmüşdük.Qadınlar.bizlilərin qəmli günlər layihəsində sizlərlə paylaşmışdım
Vaxt ayırıb oxuduğunuz üçün təşəkkürlər hamınıza.
(səs: 9)
Şərhlər: 22
Baxılıb: 2 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri