Xatirə dəftəri - remse (20)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 24
Baxılıb: 2 341
Səs ver:
(səs: 14)
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki, belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz mənim canım remse olacaq.
 
1. Soyadınız Adınız?
Ağayeva Aysel.Qızlar hamısı elə Rəmsə deyirlər)))

2. Doğum Tarixiniz?
1987-ci il,aprel ayının 28-i.

3. Bürcünüz/iliniz?
Bürcüm buğa,ilim də dovşan ilidi.Elə dovşan kimi qorxaqam)))

4. Ən böyük arzunuz?
Əvvəllər ən böyük arzum təhsil almaqdı.Tez ailə qurduğuma görə qismət olmadı.İndi də ən böyük arzum heç olmasa evladlarımın ali təhsil almasıdır.

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Yox elə bir şey olmayıb,çünki elə də yaxın rəfiqəm olmayıb.

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
Ümumiyyətlə mən həmişə sinif nümayəndəsi olmuşam.Əlaçı idim.Hətta indi də müəllimələrim mamamı görəndə deyirlər ki,''gərək o qız oxuyardı,onun ailə qurmaq fikri yox idi''.

7. Həyat sizcə maraqlıdır?
Həyat maraqlıdır-Amma insanlar yox.Bəzən hər şeydən bezib baş götürüb qaçmaq istəyirsən,hər şeyi həyatın üstünə yıxırsan,amma heç də belə deyil.Həyatı cansıxıcı və maraqsız edən də insanlardır,həyatı maraqlı və rəngli edən də insanlardı.

8. Möcüzəyə inanırsınız?
Allaha inanan möcüzəyə də inanmalıdır.Bəli inanıram01Allaha dua edib istədiklərimizin yerinə yetməsi elə bir möcüzədir.

9. Yenidən uşaq olmaq istərdinimzi?
Yenidən uşaq olmaq istəməzdim.Anam,atam bir dəfə bizi böyüdüb boya başa çatdırıblar,ikinci dəfə də eyni yolu keçsinlər)))

10. Dünyaya yenidən gəlməy istərdiniz?
Dünyaya yenidən gəlmək də istəməzdim,çünki mənim 2 dənə gül balam varkanka,nə bilim ikinci dəfə dünyaya gəlsəm necə olacaq)))

11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Dunyadakı varlığıma görə Allahıma,sonra məni dünyaya gətirib böyüdüb boya-başa çatdırdıqlarına görə anama,atama,mənə xoşbəxtlik bəxş etdiyinə görə həyat yoldaşıma,müqəddəs analıq hislərini mənə yaşatdıqlarına görə də balalarıma borcluyam.Hamısını çox sevirəm

12. Necə insanları xoşlayırsınız?
Xoşladığım insanın ən əsası həyası,tərbiyəsi yerində olsun,sonra da ürəyi saf və təmiz olsun,bu mənə yetər.
 
13. Sizcə gözəllik nədən başlayır?
Mence ürəkdən...Üz gözəllik önəmli deyil,əsas iç gözəllikdir.

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Hələlik dünya şəhərlərin gəzməkdə gözüm yoxdu,Azərbaycanımızın rayonlarında gözəl istirahət zonaları var,onları gəzmişdim qalmışdı dünya şəhərləri)))

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Elə bir adam yoxdu.Ama birinci girən kimi şəxsi mesajlara baxıram.

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Realda tanış olduqlarımdan əlavə Günəşimə aid nikin sahibəsi Jalə ilə Mis oxatan,mira-yaman,mənim balam,my angel,ayshen Moon crovn.

17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?
Fərqi yoxdu kimin xəbəri olur olsun maraqlı xəbərdisə oxuyub şərh yazıram.

18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
Elə biri var,amma deyə bilmərəm)))

19.Saytda ən çox sizi nə cəlb edir?
Maraqlı xəbərlər,məlumatlar,kulinariya,oğlanların olmaması,maraqlı layihələrin keçirilməsi və s.

20.Nə kimi təklifləriniz var saytda?
Təklif deməzdim,ancaq istərdimki,şəxsi mesajlarımız elə şəxsi olaraq qalsın.

21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
Əgər bir xəbərə şərh yazıramsa o xəbərdə nə qədər şərh varsa oxuyuram,çünki kiminsə fikrini təkrarlamaq istəmirəm.

22. Nə üçün məhz Qadınlar.biz?
19-cu sualın cavabında verdiklərimə görə.

23.Bu saytda sizə nə maraq doğurur?
Bu sayt həm də mənim psixoloqumdur.Bir problemim olanda burdakı qızlarla bölüşüb,yüngülləşirəm.

24.Saytdakı ən yaxın dostlarınız?
Deməli yazıram hazır olun.Günəşimə aid,rüzgargülüm,ayan97,fidan əvvəlki by fidiş,arzum-aysum,aynur2002,vusu35,nərgiz33,nərgizz,fialka,svetoklana,beştoş,emiş,catvoman.

25.Özünüz haqda qısa və tam!
Allahdan qorxan,bacardığı qədər ibadətlərini edən,küsəyən,hər şeyi içinə atan,ama hər şeyə rağmən həmişə gülərüzlü biri.

26.Burada hansısa bir haqsızlıq görmüsüz?
Bəlkə də olub,mən rast gəlməmişəm.

27.Saytda başınıza gələn maraqlı bir hadisə.
Saytda başı gələn hadisə24Bir dəfə bilmədən rüzgargülüm nikinə sahib Sevinc bacını bilmədən iqnor etmişdim,təsadüfən söhbət atağında dedi ki,səndən küsmüşəm,məni unudulanlar siyahısına salıbsan.Daha sonra bilmədən etdiyim aydınlaşdı,barışdıqkanka.

28.Sayta olan ürək sözləriniz?
Saytımıza maraqlı user və xəbərlərlə reytinqdə daim 1.ci yerdə olmağı arzulayıram.

29.Baş Admindən Razısız ?
Bacı bağışla,amma bu sualıvı cavabsız qoyacam.

30.Həyatda ən çox kimə inanırısınız?
Allahıma,sonra da yalnız özümə.

31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
Hakim olmağa imkan verdilərki,ali təhsilli deyiləm necə hakim olum)))

32.Həyatınızda əsas məqsəd nədir?
Balalarımı yuxarda Allah,aşağıda da mənimlə ataları sağ -salamat böyüdüb,ali təhsil verib torun-torba sahibi olmaq.

33.Gələcəydə özünüzü kim görürsünüz?
Ton-ton bir nənə :23:

34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
Saytın bağlamasını ağlımın ucundan belə keçirdə bilmirəm,1-2 dəfə saytda problem yaranıb,ürəyim partlayırdı)))))
Yəqin ki,nərgiz33,vusu35 və günəşimə aid nimlərinin sahibələri ilə.
(səs: 14)
Şərhlər: 24
Baxılıb: 2 341
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri