Qadınlar.Biz-lilərin uşaqlıq sevgisi - arzum-aysum (6)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 2 124
Səs ver:
(səs: 4)
Əvvala salam Qadınlar.biz in gözəl şirin- şəkər xanımları :hahahah: .Məndə isdədim sizlər üçün maraqlı bir layihə hazırlayım :01:  və qərara gəldimki layihəm sizlərin yəni Qadınlar.biz li qızlarının " usaqlıq sevgiləri olsun :20:.. inşAllah bəyənər və sevə sevə oxuyarsiniz .. indi isə keçək bugünki qonağımıza layihəmin bu günkü qonağı arzum-aysum nikidi....

Ay canım ilk əvvəl onu deyim ki, layihən çox maraqlıdır. Adını oxuduğum andan məni taaa o illərə apardı. Uşaq ürəyimlə sevgini daddığım o illərə :-) bu an yazarkən belə üzümdə fərqli bir təbəssüm var. Çünki uşaq qəlbi saf olur, təmiz olur. İndiki kimi yadımdadı. Hardasa 3cü sinifdə oxuyurdum. Məhləmizdə ƏEjdər adında bir oğlan var idi. Məndən iki üç yaş böyük idi. Yəni anlayacağınız o da uşaq idi hələ. Hər dəfə dərsə gedib gələndə mənə baxırdı. Mən gələndə dostları çağırırdı ki, Sərçə gəlirdi. Mənə Sərçə deyirdi. O zamanlar bir müğənni vardı. Mənim yaşda olanların bəlkə yadına gəlir. Küçük Onur ryni ona bənzəyirdi. Sonra hardasa mən beşinci ya alıntıcı sinifdə oxuyardım. Onlar başqa yerə köçdülər. Arada məhləmizdəki dostlarının yanına gəlib gedərdi. Yenə də Sərçə deyərək mənə baxırdı. İllər ötdü böyüdük və o sevgimiz biz böyüdükcə kiçildi, ilıər bizi gəncliyə yetişdirdi. Amma sevgimiz illərin döngəsində itib uşaqlıq çağlarımızda qaldı. Artıq böyük qız idim. Universitetdə oxuyurdum. Eşitdim ki, onun da 20 yaşı olacaq idi. Xaricdə Təhsil alırdı. Ad gününü qeyd eləmək üçün ailəsinin yanına gəlibmiş. Yay idi. Doğum gününü keçirtmək üçün dostları ilə dənizə gedib... Vəəə... bu onun qeyd etdiyi son doğum günü olub... dənizdə boğulub... inanın o xəbəri eşidəndə o qədər pis olmuşdum. Aramızda heç nə olmasa da uşaqlığımın bir parçadı idi Ejdər... amma elə uşaqlıqda da qalan bir xatirə... Allah yerini cənnət eləsin... amin...
Ay qızlar, indi düşünürəm də, mənə maraqlı gəlir. Uşaq sevgisi, uşaq istəyi. Yəni onun heç bir səbəbi, heç bir əsası olmur. Sadəcə körpə qəlbinlə sevirsən. Həyatdan bixəbər, sevginin belə nə olduğunu tam mənası ilə dərk etmədən. Yəni o sevgi ayıb deyil. Məncə o bütün duyğulardan daha gözəl hissdi. Və heç bir zaman da insanın ağlından silinmir. Hər zaman gözəl və xoş bir xatirə olaraq qalır. İnsanı incitməyən, düşündükcə insana acı verməyən... çünki o saf sevgidi..
Oxuduğnuz üçün çox sağolun .. ümüd edirəm bəyəndiniz :14:     
(səs: 4)
Şərhlər: 13
Baxılıb: 2 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri