Qadınlar.Biz-lilərin uşaqlıq sevgisi - tek umüdüm sen (10)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 1 722
Səs ver:
(səs: 3)
Əvvala salam Qadınlar.biz in gözəl şirin şəkər xanımları  :03: . Məndə isdədim maraqlı bir layihə hazırlayım çox fikirləşdim və bu qərara gəldim ki sizlərin yəni Qadınlar.biz li qızların uşaqlıq sevgiləri olsun .. insAAllah bəyənər və sevə-sevə oxuyarsınız :01:  indi ise keçək bu günkü qonağımıza bu günkü qonağımız tek umüdüm sen nikidi... :11:

Əvəla hər kəsə salam...
Deməli mənim uşaqlıq sevgim 8-ci sinifdə olub...Düzü o vaxtlar mən elə şeylər haqqında düşünmürdüm. Yaşımın çox az olduğunu düşünürdüm. Sinif yoldaşlarımnan falan eşidəndə mənə qəribə gəlirdi,onlara deyirdim sizin sevən vaxtınızdı?)) Çox oğlan xəbər göndərirdi(bilirsizdə məktəb vaxtı olur elə şeylər). Amma hamsına YOX cavabı verirdim))Deməli 11 ci sinifdə bir oğlan vardı...Neçə dəfələrlə xəbər göndərmişdi mən də hər dəfəsində yox deyirdim. O sıradan oğlanlara bənzəmirdi. Fikirləri hərəkətləri tam fərqliydişOna hamı hörmət edirdi. Çünki çox dürüst oğlan idi. Həmçinin dərslərini də yaxşı oxuyurdu.Universitetə haırlaşırdı... Düzdü qəlbin qırmaq istəmirdim amma ona yox deməyə məcbur idim...Çünki hə deyə bilməzdim qorxurdum. Heç bilmirdim onu sevireməm ya yox.Hislərimə ad qoya bilmirdim. Sevən əl çəkməz deyirlər.O isə əl çəkmirdi.Gundə 2 dəfə evimizin qabağına gəlirdi. Məktəbdə quyruq kimi hara gedirdim gəlirdi.Mənimsə hə demək fikrim yox idi ta ki,o məktubu alana qədər. Bir məktub yazmışdıki oxuyarkən ağladım,3 səhifədən ibarət bir məktub...Çox təsirləndim...Day məktubda nə yazılmışdısa onu yazmıram. Uzunçuluq olmasın...Nəysə artıq mən də onu sevdiyimi anladım. Razılaşdım. Sevincinnən uçurduyee)) Mən bu dövrdə çox gözəl şeylər yaşadım. Çox romantik oğlan idi. Elə şeylər edirdiki çox təcübləndirirdi məni. Ən əsası məni sevirdi.Mənə bu da bəs idi. Bir dəfə də olsa dava eləməmişdik. Hər şey çox gözəl gedirdi. Məktəb qurtardı...O 11-ci sinifi bitirdi. Yay tətilində məhləyə zada gəlirdi. Onun dostları da çox yaxşı uşaqlar idi. Məni harda gördülər xəbər edirdilərki səninki filan yerdədi. Bir də gördün durub gəlirdi ora)))Həmdə axşamlar mesajdaşırdıq. Sonra dersderimə görə ata telefonu götürdü artıq danışa bilmirdik... Sadəcə arada görməklə kifayətlənməyə məcbur idik.... Çox uzatmıyım. İmthn verdi Uniyə qəbul oldu. Vaxt çatdı getdi Bakıya. Aylarnan görmədik bir birimizi. Mən fikirləşirdimki yəqin ürəyində sevir. Sən demə aryıq soyuyurmuş mənə qarşı. Sonra ad günüm günü gəldi evimizin qabağına onda gördüm onu aylar sonra. Düzü gəlməyinə çaşmışdım. Fikirləşdim yəqin artıq sevmədiyini deyəcək. Amma danışa bilmədik yenə. Noyabr ayında sinif yoldaşımın fbna girib yazışdıq. Gördüm həmişəki kimi deyil. Tam dəyişib. Soruşdum daha sevmirsən? Yazdı ki, "Sevginin bitdiyini düşünürəm amma dost kimi səni çox istiyirəm. Sənin bir günahın yoxdu. Sən çox yaxşı qızsan”. Dedim bəs niyə?bir səbəb demədi. Sonra yazdıki. Son vaxtlar treklər,şeirlər yazmıram. Buda sənə həsr elədiyim şeirlərdən biri yazaraq bir uzun şeir göndərdi. Dedi axtardığın sualların cavabın yəqinki bu şeirdə taparsan.... Gözəl şeir idi. Bir də dediki mənə görə ağlama. Mən sənin göz yaşlarına layiq deyiləm.Nəysə onnan sonra hər halda təsəvvür edirsiz mənim halımı.Bir müddət özümə qapıldım. Yalannan gülməkdən yorulmuşdum. Sağolsun dostlarımın sayəsində toparlandım. İndi isə sadəcə dostuq onunla. Fbda arada danışırıq. Bu qədər. Bilirəm çox uzun yazdım. Axıra qədər oxuduzsa çox sağolun. Allah hər birinizi sevdiyinə qovuşdursun. Və heç kəsə qarşılıqsız sevgi yaşatmasın....


Oxuduğnuz üçün çox sağolun  :02:
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 1 722
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri