Qadınlar.Biz-lilərin qorxulu günü - remse (9)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 16
Baxılıb: 1 893
Səs ver:
(səs: 9)
Salam saytımızın gözəl-göyçək;şirin-şəkər xanımıları...Hamınızı xoooş gördük...bu gün mən ilk layihəmi sizlərlə bölüşmək istəyirəm...Layihəmin adı belədir:"Qadınlar.bizlilərin qorxulu günü"... Bu gün bizlərlə öz qorxunc gününü bölüşəcək olan bacımızın adı remse-dir
 
"Qızlar hamınızı salamlayıram:03:Başlayaq qorxulu günlərimə,deməli mənim qorxulu günüm 2000-ci il 25 noyabrda olub,yəni 13 yaşım olanda.Papamla divanda oturmuşduq divan silkələndi.Əvvəl elə bildim papam silkələdi,sonra lüstürü səsini eşitdik,şakkaşukla yellənirdi.Biz 3.cü mərtəbədə qalırdıq,amma papan mənim əlimdən tutub ayaqyalın 1.ci mərtəbədə qalanlardan da tez həyətə düşürtdü.Ömrümdə 1.ci dəfədi zəlzələnin nə olduğunu görürdüm,çooox qorxmuşdum.Həmin gecəni həyətdə keçirtdik:usuyen:.Həmin vaxt qardaşım dostları ilə birgə idi,gəlib ayaqqabılarını mənə verdi.Səhərə yaxın bütün qonşular 1.ci mərtəbədə qalan qonşuların evində idi.İnanmayacaqsınız amma bu zəlzələdən sonra 4-5 gün krasovkayla yatırdım,kurtkam da kaldorda qapı ağzında olurdu)))
İkinci zəlzələ qorxusunu da keçən il,yəni 2014.cü il fevralın 10-u yaşadım:shok:.Uşaqlar məktəbdən gəlib yatmışdılar,günorta idi.Mən də tək oturmuşdum.Bir də gördüm divan sürüşür.Çıxdım bloka ki,görüm əgər qonşular həyətə düşürsə,mən də uşaqları oyadım düşüm həyətə.Gördüm heç kim həyətə düşmür,girdim evə həyacanlı halda yapışdım telefona.Hərdən qardaşım zarafata deyir ki,rəmsə uşaqları qoyub qaçırmış :122: Həmin vaxt çox adam hiss eləməmişdi zəlzələni,ama mən həm evdə sakitçilik olduğundan,həm də 11.ci mərtəbədə qaldığımızdan hiss eləmişdim,həm də tək olduğuma görə çox qorxmuşdum.Düz 2 aya yaxın hər gün yuxuda zəlzələ olduğunu görürdüm:uzulen:"

 
Qızlar yəqin ki, remse bacımızın yazdıqlarını bəyəndiz...
əgər sizdə bu qorxunc layihəyə qoşulmaq istəyirsinizsə mənə yəni ALESSANDRA ya şəxsi mesajla müraciət edə bilərsiniz.
Göüşənədək..sağ olun salamat qalın :03:
(səs: 9)
Şərhlər: 16
Baxılıb: 1 893
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri