Qadınlar.Biz-li anaların doğum hekayələri - FISTIK (17)

Müəllif: ulduz
Şərhlər: 13
Baxılıb: 2 048
Səs ver:
(səs: 4)
Salam Qadınlar.Biz ailəsi. Yeni layihəmlə qarşınızdayam. Layihəmin adı "Qadınlar.Biz-li anaların doğum hekayələri". Ana olanlar bu haqda yəqin ki, yaxşı bilir, yəni analıq hisslərini yaşayan xanımlar bizimlə fikirlərini bölüşəcək, bizlərə öz doğum hekayələrini danışacaqlar. Gəlin saytımızda ana olan userlərin doğumları haqqında öyrənək.
Arzu edirəm Rəbbim hər bir xanıma Ana olmaq hisslərini nəsib eləsin.
Amin.
 
FISTIK
Salam saytımızın gözəl xanımları.Mənim iki oglum var Nadir ve Yusif. Size ilk analiq hekayəmi yazacam. Deməli belə Mənim toyum 2012-ci ildə olub. Toyumuz Azərbaycanda oldu özümüz rasiyada yaşayırıq toydan sonra vaqonla yola düşdük cunki yoldaşım dəhşətli dərəcədə samalotdan qorxur.)) Elə kupedə özümü pis hiss edirdim amma heç ağlıma da gəlməzdi ki hamiləlik olar. Özümüzlə balaca balaca limanlar götürmüşdü elə tez tez ondan gotrub yeyirdim. Amma ağlımıza da gelmirdi heçnə. Eve gelib caxdiq. Sonradan cox yatmağa başladım hec cur dura bilmirdim təzə gelin gəlmişəm ele hey yatıram. )) gözüm yuxudan acilmir. Qaynanam srazu supelendiki olarki hamiləlikden olar ozude ele olub deyə yadina düşdü seher tezden çörək almağa düşmüşdü gedib mənə test alıb getrib al yoxlayaq mənsə yox ne danışırsan bu tezliklə olaz. Sonra mecbur yoxladiki iki xətt bibim sevindi məni qucaqladı.) Gece yoldaşım işdən gələndə xəbəri onada dedik sevincinden gozleri elə parladı ki hələdə gözlərinin parıltısını unutmamsam.) Cox istəyirdi ki ilk oğlumuz olsun mənsə qız istiyirdim.Dedim gəl uzide deyə ki cinsin deməsin sürpriz olsun bizə. Yoldasim razılaşmadı dedi 9 ay dözə bilmərəm gedən kimi cinsini soruşdu oğlan dediler. Hamileliyim yaxsi keçmişdi son vaxtlarda bel ağrısından ağlayırdım özüm balaca oldugum üçün çox ağırlıq düşürdü daji axsayırdim oğlum dekabir ayında doğulub. Anam uşaq olacaq deyə bizə gəlmişdi ayın 13 idi anamı yoldaşım qarşılamağa getdi anam geldi oturub yedik, söhbət elədik, hədiyyələr baxdiq daji uşağın yerini anam gətirdiyi iqruskalarla bezdim şar asdim anamin gəldiyi günü gecə on ikiden sonra gördüm özümü pis his edirəm mamam dedi qorxma olarki nəvəm mənim gəldiyimi hiss edib gelir.) Skoru çağırdılar skoru gelince ağrı olmadı mənədə əvvəldən başa salmışdılar ki ayrı neçə olacaq. Mənsə heç ağrımıram hələ skorunu gozduyurdum arada durub oynuyuramki bəs deyirdiz ağrı olur baxın men ağrımıram.)) Skoru gəlib apardı anam qaynanam yoldaşım mənlə getdi amma onlari boşlamadılar. Hazırlaşıb palataya keçəndə bir ağrılar tutu ki dedim he Elnarə bayaq oynuyurdın indi necəsən? Indi oyna görüm))). 14 dekabr 11:50 oglum oldu Nadirimi aldım qucağıma o hisleri sözlə ifadə edə bilmirəm. ALLAHIM hər qadina bu hissi yaşasın. Indi oglumun iki yas yarışındi. Yusifiminse gələn ay bir yaşı olur.Allah onları mənə çox görməsin qız istiyirdim amma Allahima min şükür qiz gözəlliyi olan iki oğlan verib.)) Her ikisini gözləri mavidi halbuki ailəmizdə göy gözlük yoxdu.)) Her ikiside çox gözəldilər tərifləmək kimi olmasın hamı elə deyir.) Bu qədər.İnşAllah bu layihədə Miss_oxatan, İsveçdə, başqa burda ana olmaq istəyən xanımların analıq hekayəsini oxuyariq. ALLAH bütün uşaqları qorusun. Ulduz xanımada təşəkkür edirəm mənə bu layihəsində yer verdiyi üçün.
(səs: 4)
Şərhlər: 13
Baxılıb: 2 048
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri