Açıq söhbət - Guler19 (6)

Müəllif: Narın Yağış
Şərhlər: 10
Baxılıb: 1 912
Səs ver:
(səs: 6)
1. Salam qisaca olaraq özünüzü təqdim edin..
Salam mən Ağamirli Gülər 1994-cü ildənəm

2. Münasibətdə (sevgidə) ən önəmli şey nədir sizcə?
Əlbətdəki mənimçün birinci hörmətdir.Bir çox ailələrdə hörmət sözünü düzgün başa düşmürlər. Məsələn, bəziləri hörməti həyat yoldaşı üçün sevdiyin insan üçün hər şeyə hazır olmaq kimi qəbul edirlər. Halbuki, hörmət təkcə qadınlara yox, hər iki tərəfə aiddir. Və təbii ki, bunun üçün tərəflər bir-birilərini tam mənası ilə qəbul etməlidirlər. Hörmət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır. Danışarkən hörmət, dinləyərkən hörmət, münasibətdə hörmət, ünsiyyətdə hörmət və s.lazımdır və olmalıdır. Belə sevgilərin sonu uzun ömürlü xoşbəxt sonluqda bitir

3. Həddindən artıq qürurlu insanlara münasibətiniz?
Qürur insanda yaxşı şeydir. Ama həddindən artıq qürurlu insanları sevmirəm. Həddən artıq qürur insanı nə dərəcədə pərişan hala sala biləcəyinin sübutudur. Qürurlu insanın ən qabarıq xüsusiyyətlərindən biri, böyük olmaq istəyidir.Belə insanlar düşünürəmki rahat səmimi hərəkət edə bilmir.

4. Uşağın tərbiyəsində sizcə Ananın rolu böyükdür yoxsa Atanın?
Valideynlər davranışları ilə övladlarına nümunə olmalıdırlar. Uşağa qoyulan normalar mütləq əvvəldən müzakirə olunmalıdır ki, ata-ananın fikirləri üst-üstə düşsün. Yəni, ananın dediyi sözü ata inkar edərsə , bu zaman uşağın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi, söz ehtiyatı belə valideyn davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən həmin danışıq tərzindən istifadə edəcək. Əlbəttə, bu da həmin uşaq haqqında xoş rəy yaratmayacaq.

5. Sinif yoldaşınızı sevmisiz uşaqlıqda? (tam səmimi)
Nə yalan deyim sevmişəm özdə 2 il. Xəbəri yox idi ama.Ortada qaldı deyə bir oyun vardı o oyunu oynayanda həmişə topu bilərəkdən elə atırdimki o tutsun. Çox vaxt yazılarını mən yazırdım. Axırda öyrəndim ki o da məni istəyir Ama mənim onu istəməyimdən xəbəri yox idi. Başqa sinif yoldaşımdan xəbər gönderdiki mənə ya hə desin ya da yox. Məndə yox demişdim. Pis baxırdım elə şeylərə Sevsəmdə qarşılıqsız sevən birisi idim. Uşaq idik əlbətdəki Sonradan hər şey unuduldu.

6. Qohum evliliyinə necə baxırsız?
Qohum evliliyinə yaxşı baxıram bir şərtləki nigahdan əvvəl tibbi müayinənin vacibliyini dərk etsinlər.Valideynlər uşaqların xəstə doğulmasına şərait yaratmamalıdır.Düzdü sağlam ailərərdədə qusurlu uşaqlara rast gəlinir ama bu qohum evliliyində daha çox baş verir.Ailədə qarşılıqlı sevgi, inam, hörmət olduqca vacibdir. Amma razılaşaq ki, bəzən vaxtında müalicə olunmayan xəstəliklər qara kabusa çevrilərək ailələri dağıdır.Buna görə də tibbi müayinədən vaxtında keçmək daha yaxşıdır hər bir ailə üçün

7. İnsanlar niyə yalan danışır?
Hər bir insan nə vaxtsa yalana əl atıb uşaqlıqda olsa belə. Yalan danışmaq günahdır. Əgər hansısa bir insan deyirki mən ömrümdə heç vaxt yalan danışmamışam Ən böyük yalanı elə o özü danışır. Yalanı ən çox Özünə inamı az olan insanlar danışır. Onlar cəmiyyətdə önəmli bir insan olsalar belə özlərinə belə görmədikləri üçün yalanlarla üstünlük qazanmağa çalışırlar.

8. Niyə insanlar aşiq olsalar belə sona qədər sadiq olmurlar? Bu iradənin zəifliyidir yoxsa?
Xoşbəxt olmaq çətin deyil, o özü gec-tez səni tapır.
Əsl çətin olan tapdıqdan sonra onu əlində tuta bilməkdi. İndiki zamanda sevgini elə ucuzlaşdırıblarki kimdən soruşsan sevgiyə inanırsan deyəcəklərki yox. Halbuki Sadiq olmaq çətin deyil sadiq olmaq sənin sevginə və yaxud həyat yoldaşına olan borcundur. İndikilərin çoxu bu sözü anlamır təəssüfki

9.Niye saytimizda az yawli userler ustunluk tewkil edir?.
Userlərin çoxu azyaşlı olsada çoxu ailəlidirlər.Az yaşlı userləmizin vaxtı çoxdu. Ailəli userlərim isə vaxtının çoxunu uşağa ailəyə ayırır.biraz boş vaxtları olanda sayta gəlirlər.

10. Agilla sevmek yoxsa urekle?
Çoxlarımız ağılla desəkdə. Bu hər zaman mümkün olmur. Çox vaxt ürəyimizin səsinə qulaq asırıq.Ürəyin dediyi ola bilsin bu gün sənə xoş gəlsin, amma sabah bu çox ağır nəticələr verə bilər..Ona görə mütləq və mütləq hər şeyi götür-qoy edib, sonda mütləq ağılla qərar vermək lazımdır..

11.Dostluqda xəyanətlə üzləşmisinizmi?
Xeyr üzləşməmişəm

12. Övladlar arasında fərq qoyan valideynlərə münasibətini?
Valideyn övladlar arasında fərq qoymamalıdır. Əlbətdəki çox pis baxıram. Cəmiyyətimizdə belə bir fikir var Oğlan nəslin davamçısıdır ailə üçün əsasdır, varisdir. Buna görə də ailələrdə daha çox oğlan uşaqlarının doğulmasına üstünlük verilir. Ailələrin əksəriyyəti düşünmədən, heç bir məntiqə söykənmədən qız uşaqlarından imtina edirlər. Elə valideynlər də var ki, qız övladının olmasını daha çox istəyirlər. Buna səbəb kimi, yaşlananda onlara daha çox qayğı göstərənin qız övladı olmasını əsas gətirirlər.Elə ailələr var, onlar üçün qız uşağı önəmlidir, elələri var oğlan uşağı. Ancaq bu doğru psixologiya deyil. Dünyagörüşü, ağlı, savadı olan valideyn heç vaxt övladları arasında ayrı-seçkilik salmaz. Bu, ailədə qısqanclığa, paxıllığa, qardaş-bacı arasında düşmənçiliyə kimi gətirib çıxara bilər. Tərbiyədən çox şey asılıdır. Tərbiyəni, milli dəyərlərimizi övladlarımıza düzgün verməyi bacarmalıyıq. Övladları elə böyütmək lazımdır ki, nəinki onlar arasında qısqanclıq, əksinə onlar arasında bir-birinə ehtiyac, dəyər olsun. Bir-birilərinin nə qədər dəyərli olduğunu özləri dərk etsinlər.

13. Çox sevdiyiniz birinin yalanını görübdə sevdiyiniz üçün üzünə vurmadığınız vaxt olubmu?
Belə halı sevdiyim insanlarda görməmişəm. Görsəmdə bəli sevdiyim üçün heç vaxt üzünə vurmaram. Əksinə oturub sakit halda başa salaram yalanın günah iyrənc bir yol olduğunu həmişə yalan yox düzgünlüyün qalib gəldiyini.

14. Nifrətin saxtası olurmu? (Sual qəribə gələ bilər ama dərindən düşündükdə cavab vermək mümkündür)
Xeyr olmur. Nifrət etdiyim insan olub. Ama nifrətimi ürəyimdə saxlaya bilməmişəm yalandan üzünə gülə bilməmişəm Üzünə demişəm. Bu da bezi problemlərə səbəb olmuşdu. Ailəmə sevdiklərimə görə daha heçnə demədim. Nifrət etdiyim insanın 10 üzü vardı bacara bilmədim Buraxdım ALLAHın öhdəsinə. Nifrətin saxtası olmur Nə qədər bacarsanda ürəyindəki nifrəti gizli saxlaya bilmirsən

15. Göz yaşları zəiflimizi göstərirmi?
Göz yaşı – bəzən kədərin, bəzən də sevincin bir ifadəsi olaraq axar. Bəzən də insandakı qəlb incəliyinin bir nişanəsi olaraq boşalır.Mən özüm çox kövrək biriyəm. Bir şey olsun gözümün yaşı ovcumun içindədi. Bu o demək deyilki mən zəif biriyəm.Xeyr.GÖz yaşı əslində insana xeyirdi. Bu bir zəiflik deyil.göz yaşının bədən sağlamlığı ilə bərabər ruhumuzu dincəldən, bədənin üzərindəki stres yükünü azaldan və, ürək sağlamlığımızı da qoruyan bir tərəfi vardır.

16. Sizcə indiki dövrdə yalan sevgi olur yoxsa sevgi özü yalandır?
Sevgi var sevgiyə inanıram.Sevgini dəyərsiz edən ucuzlaşdıran insanların məqsədi (parıldayan daşlar axtarışıdı bədən fiquralarıdı evlənəndə uşağın olmasa səni boşayacam sözləridi. qısacası sevgidən başqa hər şey üzərində söhbət gedir adıda olur sevgi
Əsl sevgi bir birinə sadiq iki insanın sevgisidi sevgilər qurulmalıdı zənginliyə və ya kasıblığa baxmadan aradakı səmimiyyətə hörmətə görə,Hər iki tərəf üçün hörmət kəlməsi yalnız Allaha sevgi,validəyinlərə layiq olmaq,gələcək övladlara yüksək seviyyəli tərbiyyə vermək anlamından ibarət olsa,ümümiyyətlə sevgi kəlməsi bu yazdıqlarımdan ibarətdir deyə dərk edib bu cür yaşansa inanmıram ki bir vaxtlar bir birini sevən Sevgililər bu gün məhkəmədə qızıl davası,mülk davası etsin və düşmən olsun!

17. Niyə yalançı ikiüzlülər getdikcə artır sizcə bu yaşadığımız dövrlə bağlıdır yoxsa cəmiyyətimizlə?
Bəli artıb belə insanlar yalançılığla ikiüzlüylə əsl üzlərini gizlətsələrdə Allahdan gizlədə bilməzlər Halbuki (Allahın) razı olmayacağı sözləri uydurduqları zaman Allah onların yanındadır.ikiüzlü bir davranışdan kimsə fayda götürə bilməz. İkiüzlü davrananlar ən pis insanlardır.Həmişə dürüst davranmaq, doğrunu söyləmək lazımdır.Əsl Müsəlman insan mərd, doğru sözlü və dürüst davranışlı olmalıdır.

18. Nifrətinizi nifrət etdiyiniz insana necə bildirərsiz?
Nifrət hissin ürəyimda saxlaya bilmirəm. Üzünə söyləyərəm. Ağıllı insandırsa birdə mənimlə işi olmaz uzaq olar məndən. Əgər iki üzlüdürsə çəməmi boş yerə yormağın mənası yoxdur. ALLAHın öhdəsinə buraxaram.

19. Mən bunu heçvaxt etmərəm deyibdə həmin şeyi etməli olubsunuzmu ?
Bəli olubdu.

20. Sualları bəyəndiniz?
Maraqlı və gözəl layihədi Suallarıda çox bəyəndim. Tşklər canım.
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 1 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri