Xoşbəxtdir ona görə ki... - arzum-aysum (13)

Müəllif: ulduz
Şərhlər: 14
Baxılıb: 2 088
Səs ver:
(səs: 3)
Salam gözəl xanımlar ! :03:   Layihəmin bu səfər qonağı arzum-aysum nikidir  :11:  Gəlin görək o nəyə görə xoşbəxtdir  :02:
 
Mən xoşbəxtəm ona görə ki, Tanrı mənə məni canından çox sevən bidənəmi, mənə həyat verən iki gül balamı və mənə gözəl tərbiyə verən, həyatın hər anında yanımda olan ailəmi verib.

Mən həyatı sevirəm ona görə ki, mənə sevdiklərimlə gözəl günlər nəsib edib.

Dinimi sevirəm ona görə ki, insanları ancaq doğru yola və xeyir işlərə səsləyir.

Sevgi gözəl hisdir ona görə ki, sənə dəyərli olduğunu hiss etdirən biri olur həyatında.

Anamla mübahisə edirəm bəzən ona görə ki, telefon əlimdən düşmür.

Bəzən məni başa düşmürlər ona görə ki, hər kəs hər şeyi öz tərəzisi ilə ölçür.

İşlərimi çatıra bilmirəm ona görə ki, qadinlar. biz-dən əl çəkə bilmirəm.

Bəzi gecələr ağalayıram ona görə ki, həyatın sınağı bitmək bilmir

Bəzən hər şeydən yoruluram ona görə ki, işlərim çox olur və dincəlməyə vaxt tapa bilmirəm.

Gözəllik qurban tələb edir ona görə ki, hər zaman bidənəmə gözəl görünməliyəm

Darıxıram ona görə ki, bəzi arzu və xəyallarımın tez həyata keçməsini istəyirəm

Heyvan ları və bitkiləri çox sevirəm ona görəki,
Tanrının sevərək yaratdığı hər bir varlıq sevilməyə layiqdir.

Qısqancam ona görə ki, sevdiyimin sevgisi də, baxışı da, nəfəsi də ancaq mənimdi.

Sevdiklərimi heç kəslə paylaşa bilmərəm ona görə ki, onlar mənim xoşbəxtliyimin səbəbidir.

Bəzən hər şeydən uzaqlaşmaq istəyirəm ona görə ki,
riyakarlıqlar məni çox sıxır

Məni nə sevindirir bilmirəm ona görəm ona görə ki, həyatda ən xırda gözəllikdən belə zövq almağı bacarıram

Arzularım, xəyallarım ümüdlərim bir gün gerçəkləşməyəcək deyə qorxuram ona görə ki, həyatın hər cür süprizi olur. fələk öz qanunları ilə dönür, geç kəsin arzu və istəklərini nəzərə almır
(səs: 3)
Şərhlər: 14
Baxılıb: 2 088
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri