Fialka - haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)

Müəllif: Narın Yağış
Şərhlər: 21
Baxılıb: 3 563
Səs ver:
(səs: 6)
1. Adınız?
Firuzə

2. Yaşınız?
28.05.1991

3. Ailəlisiz?
Xeyr.

4. Təhsiliniz?
Odlar Yurdu Universiteti - Menecment fakültəsi

5. Yaşayış yeriniz?
Şəmkir

6. Çətin vaxtlarda təsəllin nə olur? necə birisən? (Betulxedice)
Ruhən nikbin insanam çalışıram bədbinliyə qapılmayım ancaq çətin vaxtlarda sadəcə təsəllim Allahıma olan dualarımdır. Ondan başqa heç kəs yaxın ola bilməz mənə..

7. Salam necəsiniz bu dəqiqə? bura sayta daxil olmağa yoldaşınız icazə verirmi? (Aydan Habili)
Salam bu dəqiqə normal yəni yaxşı demək olar sağolun)) sualınıza gəlincə yuxarıda da qeyd etmişəm evli birisi deyiləm.

8. Həyatda ən böyük arzun nədir? (yarpaq33)
O qədər arzuları olur ki, insanın biri real olur digər yeni arzu yaranır mənimdə arzum olub amma elə alınır ki, mümkün olan mümkünsüzə çevrilir . Ancaq nə olsada pis olmuram demək ki, belə olmalı idi. Sadəcə haqqımda Allahdan arzum özümlə bağlı o olar ki, ən yaxşısını deyil xeyirlisini nəsibim etsin hər nə olur və olacaqsa təbii ki,..

9. Həyatda heç geri qayıtmaq istəmədiyiniz qədər pis bir gün olubmu? (BArbi)
Geri qayıtmaq istəmədiyim 2008 -ci il dekabr ayıdır hansı ki, bir də heç vaxt o anları o günləri yaşamaq istəməzdim nə olduğunu qeyd etməyim amma mənə heç də asan olmadı o günlər..

10. Özünüzdə bəyəndiyiniz və bəyənmədiyiniz ən əhəmiyyətli üç xüsusiyyətiniz nədir? (ulduz)
Özümdə bəyənmədiyim xüsusiyyətlərdən biri odur ki, kin və nifrət hissi mənə yaddı amma onun yerinə daha betəri laqeydlik var sanki o insan var amma yox kimi bir şey olur . Qısası gözdən əbədi düşür, deyirəm kaş kinim nifrətim olardı ən azından keçərdi kində nifrətdə nə zamansa amma laqeydlik keçmir gözdən bir dəfə düşürsə bəs edir artıq. Qalan elə bir bəyənmədiyim xüsusiyyətim yoxdur bəlkədə var amma mənə görə budur sadəcə) Bəyəndiyim xüsusiyyətim haqda qeyd etmirəm özümü tərifləməyi sevmirəm amma təbii hamı kimi yaxşı olan tərəflərimdə var ən azı))

11. Ucqar kəntdə yaşasaydın dolanışığını nə ilə çıxarardın?. Ən çox nə zaman utanırsan?. Fürsət olsaydı ölüm qabağı nə vəsiət edərdin? (Allah gecinnən eləsin) (Asya Müslümova)
1.Ucqar bir kənddə nə edərdim əvvəlcə onu deyim ki, düşdüyüm mühitə yəni hara gedimsə ora tez bir zamanda adaptasya olmağı bacarıram. İlk öncə ixtisasıma uyğun iş baxardım əgər mümkün olmazsa hamı kənddə necə edirsə ən çox yəqin məndə də o cür olardı çox güman ))
2. Ən çox tərif eşidəndə utanıram qəribə olsada çalışıram düşdüyüm situasyanı dəyişim çünki narahat oluram . Birdə olur bəzən ətrafda elə hərəkətlər edənlər olur ki, onların yerinə utanıram təəssüf ki,..
3.Fürsət olsaydı vəsiət edərddimmi bilmirəm baxır o anda mən hansı mühitdəyəm indidən nəyisə demək çox çətindir həm bilmək olmaz o fürsət nəsib olacaq ya yox))

12. Ən xoşbəxt gününüz? (Sara035)
Ən xoşbəxt günüm yox günlərim olub hansı ki, unudulması mümkünsüz olan ) Sadəcə o günlərdən birini qeyd edim bu qardaşım dünyaya gələn gündür hətta o qədər xoşbəxt idim ki, sevincdən xəsarətdə aldım amma buda mane olmadı həmin günkü sevincimə))

13. Dünyaya ikinci dəfə gəlmək istərdinizmi? (vusu35)
Xeyr istəməzdim çünki hər şeyin bir dəfə olmasından yanayam ikinci söhbəti ola bilməz)) Təki Allahın verdiyi bu ömrü onun əməli saleh bir bəndəsi kimi başa vurum onun izniylə təbii ki,)

14. Bildiyim qədərilə Odlar Yurdunun tələbəsisiz neçə balla girmişdiz?(ADa dunyam)
Bircə onu deyə bilərəm ki, 700 balla qəbul olmasamda kifayət edəcək qədər idi))

15. Sizcə 5 günlük dünyanın 5-i də qaradır? yoxsa rəngarəngdir?(canr)
Düzdü beş günlük dünya deyirlər amma o beş günlük dünyanı sən istəsən qarada edərsən rəngarəngdə. İnsanın özündən onun ağlından əzmindən çox şey asılıdır. Nəticədə insan nə edərsə özünə edər həm bu dünyada həmdə əbədi olan o dünyada . 

16. Ölümünüzə 1 saat qalsaydı nə etmək istərdiz? (denizim)
Deyəsən bu ölümlə bağlı olan ikinci sual oldu əvvəlki vəsiət bu da belə)) amma yenə deyirəm bu həmin şəraitdən asılı olardı həmdə heç kəs bilə bilməz ölümü nə vaxtdı və ya neçə dəqiqədən sonra öləcək ) 

17. Mütaliə etdiyin elə bir kitab olubmu ki oradakı obrazın həyatı sənə təsir etsin və sən ən böyük idealın bilmisən? Mümkünsə adını?( Ayselina)
Sözsüz ki, oxuduğun hər bir kitabın öz təsiri olur özünə məxsus şəkildə ancaq elələri olur ki, təsirindən çıxmaq çətin olur əlbəttə amma ideal kimi heç bir obrazı görməmişəm özümə ümumiyyətlə o sözün var olması müşküldür birazmənə görə.. Ancaq ən çox təsirləndiyim kitabları deyə bilərəm bunlardan biri Zəfər tağı olub .Ravikin söylədiyi fikirlər , sonra Jojo Moyes - До встречи с тобой, Ovod, Sonda ölən ümidlərdir, Səfillər dəki heç bütün dünyanı ağladıb) və s.

18. Fb hesabın var? varsa mənə ismarıcla göndərində (_damla_)
Bəli var.

19. XArici görünüşünüz? bəyəndiyiniz userlər? (vampir-68723)
1.Xarici görünüşüm haqqında bircə onu deyə bilərəm ki, hamı kimi normal birisiyəm)) əksik vəya artıq yada belə deyək məni narahat edəcək vəziyyətlər yoxdu))
2.İstər münasibətim olsun və ya olmasın bəyəndiyim userlər var hansı ki, söylədiyi fikiri əsaslandıra bilirlər şərh artırmaq xatirinə deyil həqiqətən istədikləri üçün yazırlar bunları onların şərhlərindən də anlamaq olar. İndi bir - bir adlarını qeyd etməyəcəm arada Allah göstərməsin birinin adı yaddan çıxar sonrasını təsəvür edə bilmirəm 23 

20. Xoşbəxtlik və kədər eyni rəngin çalarıdır cümləsini necə başa düşürsüz? (Günəş)
Xoşbəxtlikdə kədərdə həyatın yaşama motivasyasıdır belə deyərdim çünki ən azından mənə görə elədir əgər kədəri yaşamasaq xoşbəxtlik bu qədər şirin olmazdı heç kəs onu arzulamazdı ..Təki hansı halda olursa olaq sonda idarəni itirməyək ..

21. Həyatdan və yaşamaqdan zövq alırsız? tam səmimi (Meleknur)
Baxmayaraqki çox kiçik şeylərdən belə zövq ala bilərəm amma əgər nələrsə yarımçıq qalıbsa və ya o cür hiss edirsənsə bu tam zövq almaq demək deyildir. Yenədə şükr edirəm hər şeyə görə həmişə ..

22. Belə bir deyim var ən əsasda yaşlı nəsil nümayəndəsində indiki nəsillərə baxdıqda çox istifadə olunur(Dünya çox qəribədi)Dünyada qəribə olan nədi?insanlarmı yoxsa hər il ötdükcə Cəmiyətin ətrafa yansımladığı xarakterlərmi? (Antikvar)
Bu haqda çox danışmaq olar amma çox təəssüf ki, nə qəribə olan insanlar nədə vaxt zaman dəyişdikcə cəmiyyətin xarakterləri dəyişən deyil. Bircə onu deyə bilərəm ki, insanlar qəribədir amma cəmiyyətin ətrafa yamsıladığı bir çox şeylər həmçinin xarakterlərdə saxtalaşma , mənfəətkarlıq çoxalıb o dərəcə ki, hətta vicdan sözü unudulur ... heyif

23. Hisslərinizlə hərəkət edirsiz daha çox yoxsa ağlınızla? (Ayla_hemidova)
Daima ağıla üstünlük vermişəm doğru olanıda budur çünki sən ağlını seçirsənsə əgər səhv etmirsən deməkdir yox əgər hisslərini seçirsənsə bilki seçdiyin yolun sonu bəlli deyil sən səhv də edə bilərsən yəni səhvlərin çox ola bilər neçəki hisslərinlə hərəkət edirsən. Əsas odur ki, etdiyin düz yada səhv hərəkət olsun arxasında durmağı bacar və o səhv hərəkəti təkrar etməyib doğru olanı seç.

24. Sevib ac qalmaq yoxsa sevməyib yaxşı yaşamaq? pul səninçün bu həyatda nəyi həll edir?(Harunum)
1. Sevmək bu sözü ilk öncə qoyuram bir kənara çünki insana dəyəri onun maddi durumuna görə dəyər verərək seçənlərdən deyiləm nə də madiyyata görə seçilməyi heç kəsə icazə verməmişəm vermərəmdə kimliyindən asılı olmayaraq. İlk öncə insanın əxlaqi dünya görüşü insaniyyatlığı önəmlidir nəzərə alsaq indi insanlıq çətin vəzifədir çoxları üçün hamı madiyyatı seçir vicdan olmasada, təbii bunu hər kəsə şamil etmirəm istisnalar az da olsa var şükür))..
2.Pul çox şeyi həll edir nəticədə öz xoşbəxtliyinidə gətirir əlbəttə amma onu da demək lazımdır ki, pul hər şeyi həll etmir mənim üçün həll etmədi çox təəssüf ki, bunu gec anladım amma anlasam da yenə heç nəyi dəyişə bilmiyəcəkdi, insanın cahilliyini qədər qismət deyib keçirəm sadəcə...
(səs: 6)
Şərhlər: 21
Baxılıb: 3 563
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri