Mənim toy günüm - guler19 (1)

Müəllif: arzum-aysum
Şərhlər: 21
Baxılıb: 7 728
Səs ver:
(səs: 9)
Ay mənim canlarım, saytımızın gözəlləri... :03: necəsiz? arada vaxt tapıb sayta girə bilmirdim deyə sizlər üçün çoxxxxxxxxxxx darıxmışdım... yəqin mənim üçün də darıxan var aranızda  :09: elə ona görə də, həsrətimiz geridə qalsın deyə yeni bir layihə hazırlamaq qərarına gəldim.... elə bir layihə ki, həm təkrar olmasın... həm də qızlarımız haqqında bir az daha məlumat əldə biləcəyimiz bir layihə olsun... çox düşünmədim  :122: çünki Eynşteynin evrikası kimi qəfildən ağlıma gəldi bu fikir :122:  bilmirəm nə dərəcədə marağınıza səbəb olacaq bu layihə, amma hazırlayıb hüzurlarınıza təqdim edirəm  :22:
:alkis: deməli layihəmin adı belədi  :alkis: ...Mənim Toy Günüm... artıq ilk qonağım da var... ilk qonağım canım bacım, mənim canım , gözüm Gülərim olsun istədim.. yəni saytımızın guler19-u...
 
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq...
 
Mənim toy günüm - guler19 (1)
 
 
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Salam canım bacişkom yeni layihən gözəldi uğurlu olsun.   :07:
Biz qohumuq Tanışlığımız
mənim üç yaşım olanda məktəbdə şənlik vardı Yoldaşımda uşaq idi məndə ikimizin şəklin çəkmişdilər Əmim mənə ağ gəlinlik almışdı Mən ağ gəlinlikdə yoldaşım isə qara qastumda bəy gəlin şəkli kimi. Sonra illər keçdi böyüdük yoldaşım bir gün şəklə baxar bu qız kimdi deyə soruşar anasıda başlayar yuxarıda yazdıqlarımı danışmağa. Bir gün də məni canlı görer və ürəyinə atar belə tanış olmuşuq uzun hekayədi çox paylaşmışam burda ona göre qısa yazdım.

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
O vaxtlar belə şeylər yox idi. Evlənəndən sonra dedim heç sən mənə evlənləm teklifi etmədin zarafat üçün demişdim. Birdə gördüm yoldaşım bir üzük alıb birdə gül almışdı. Diz çökdü və mənə evlənmək təklifi etdi. Evli olsaqda bu hərəkəti məni çox xoşbəxt etmişdi.

3. Neçə müddət nişanlı qaldınız?
Əslində nişanlananda böyüklərimiz dediki bunlar hələ uşaqdı toyu 1 2 ilə edək. Hamı razılaşdı. Ama yoldaşım gedib evdə neyləyibdə)) cəmi 3 4 ay nişanlı qaldım

4. Toy hazırlıqları necə irəlilədi?
Çox yaxşı Hamı çox həyacanlı idi həmdə çox xoşbəxt.

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Nişandan sonra biz elə bildik ki toy gec olacaq. Rahat idik Ama toyun vaxtın tez qoyanda valideynlərim hazırlıqlara başladı. Tələsiy olsada hər şey yaxşı oldu çatdıra bildik yani.

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Çox şey Yeni əşyalarımı çox bəyənmişdim Gəlinliyim yoldaşımla toy planlarımız və.s çoxdu.

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yox canım getməmişdik. O vaxtlar elə şeylər mod deyildi

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Qaynatam seçmişdi toy məkanın gözəl idi hamı bəyənmişdi.

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Gözəllik salonunun yanında bir gözəl yer var idi. Çox bəyənmişdim o yeri mənzərəli idi. Yoldaşımın bir dostu var idi. O çəkmişdi şəkilləri. O qədər şəkil çəkdirdikki axırda bizi az qala qovacaqlardı   :122:

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Yox canım etdirməmişdik

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
İki gün çəkdi gəlinlik axtarışım. Axırda istədiyim gəlinliyi tapmışdım. Həm özüm həm yoldaşım həmdə qohumlarımız çox bəyənmişdi gəlinliyimi.

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
2 gün

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Xeyr bildirməmişdi Zövqümə güvənirdi

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Hə seçmişdim canım

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Bəli olmuşdu.

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Yox canım biz tərəflikdə elə adət yoxdu. Qaynanam seçmişdi yoldaşımın kastumun

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Əlbətdə unutmaram 8.09 2013.

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Çox olub.

19. Toy günü unutduğunuz bir şey oldumu?
Yox canım olmuyub

20 Toyunuzun ən gözəl anı nə idi?
Elə toyumuzun özü ən gözəl andı   :toy:

21. İlk rəqs parçanız hansı idi?
Mətanət isgərdərlinin gəl xoşbəxt olaq mahnısı

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Rəqsimiz çox romantik idi. Bidə tortu kəsmək anı və.s

23. Bir tərslik yaşandımı toy günü?
Qohumumuzun biri xəstə idi. Ona çox üzülmüşdük. Toya gələ bilməmişdi. Şükür indi yaxşıdı

24.Ən çox nə vaxt həyəcanlandınız?
Valideynlərimdən ayrılanda çox üzülmüşdüm o an həmdə çox həyacanlanmışdım

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Yoldaşım elə toy günü uşaqlıq şəklimizlə indiki toy şəklimizi böyütdürüb mənə supriz etmişdi.

26. Bal ayınızı harada keçirdiniz?
:09: Elə xüsusi bir yerə getmədik

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
3 ildi canım   :urek:

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr arzu edərsiniz? 
Xoşbəxtlik arzu edirəm hər birinə.
 
 
Canım, gözüm, şirinim... sənə sevdiyinlə, yoldaşınla hərrrrrrr zaman ancaq xoşbəxt həyat yaşamağınızı arzu edirəm... Allah sevginizi və yuvanızı qorusun... amin... sən xoşbəxrliyə layıqsən canım bacım...
(səs: 9)
Şərhlər: 21
Baxılıb: 7 728
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri