Mənim toy günüm - 14MsM (2)

Müəllif: arzum-aysum
Şərhlər: 13
Baxılıb: 2 725
Səs ver:
(səs: 9)
:toy:  ...Mənim Toy Günüm...  :toy: layihəmin ikinci qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın 14MsM-di..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq...
 
 Mənim toy günüm - 14MsM (2)

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

salam canım mənim, lahiyəndə yer verdiyin üçün təşəkkür edirəm sənə . Hə deməli belə, ikl tanışlığımız onun bizə gəldiyi gündən başlayıb, yəni qardaşımla dostdular, bizə gəlmişdilər, belə görüb bəyənibmiş məni

 

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

Sevdiyim evlənmə təklifini gözlömödiyim bir vaxtda deyib, mən də hə demişəm. cünki biz ailəli olsaq da hər şey bir kənara, yaxın bir dostluğumuz var, hər şeyimi onunla bölüşürüm . çox şükür ki, o var

 

3. Neçə müddət nişanlı qaldınız?

2 ay

 

4. Toy hazırlıqları necə irəlilədi?

Toy hazırlıqları tez oldu, atamın vəziyyəti pis idi, nişanlılığımız da, o üzdən az bir müddət davam etdi

 

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız?Kifayət qədər zamanınız var idimi?

Canım mən tək qızam, atam mənim toyumu görsün deyə hazırlıqlar ona görə tez oldu 

 

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Hazirlıq deyən dəki, bilirdim sevdiyim insanla ailə qururam, bu sevindirir, xoşbəxt edirdi məni. kef verən bu idi . Bir yandan atam məni üzürdü, valdeyinlərim mənim yaralı yerimdi, atam əməliyyata (ürək) hazırlaşırdı, bu da məni üzürdü, gəldi oldu, inan ata sözünü eşidəndə dəli oluram, yenə de şükür məni həyata bağlayan ailəm və anam qardaşlarım var.

 

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

yox canım

 

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

 Qərarı böyüklər verdi, mənim üçün toyun harda olmas önəmli deyildi. önəmli olan ailə qurmağın məsuliyyətini dərk etmək və onu başacan davam etdirməkdir.

 

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

bilmirəm, restoran özü təşkil etdirmişdi 

 

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

bəli maraqlı bir fotosessiya etdirmişdik, bunu mən istəmişdim həyatim da razı oldu,

 

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Xəyalımda həmişə balıq ətəkli güpurlu bir gəlinlik olub, o da oldu qismət. arzusunda olanlara qismət.

 

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

canım bilirsən ki, ürəyincə olan gəlinliyi tapmaq bir az zaman alır, amma mənim gəlinlik axtarışım elə də uzun sürmədi.

 

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Öz fikirini deyəndə ki, canim yox, yəni o bilirdi ki, mən açıq gəlinlik seçən deyiləm, həm də o xoşlamadığı şeyi mən etmərəm yəni o deməsə də mən onun ürəyincə olan gəlinliyi bilirdim ki, açıq gəlinlikdən başqa hər şey ona xoşdu


 14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Bəli sadə saç düzümü və makiyaj xoşlayıram və elə də oldu.

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

bəli 

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
 yox, bizdə elə adət yoxdu, almadıq da.

 

17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

heç vaaxxxt- 22.11.2012


18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
 yox, olubsa da yadımda deyil  :128:

 
19. Toy günü unutduğunuz bir şey oldumu?

yox canım


20 Toyunuzun ən gözəl anı nə idi?

zaks və tortumuzu kəsdiyimiz ani unutmuram.


21. İlk rəqs parçanız hansı idi?

Mətanət İsgəndərlinin .,Gəl Xoşbəxt olaq,,

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

23. Bir tərslik yaşandımı toy günü?
 yox çox şükür .


24.Ən çox nə vaxt həyəcanlandınız?

toyun axırlarında  :agla: 

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

süpriz deyəndə ki, toydan əvvəl etdirdiyimiz fotosesiyaların toy günü monitorda görüntülənməsi oldu

26. Bal ayınızı harada keçirdiniz?

bal ayım olmayıb, bəzi səbəblərdən, amma yoldaşım söz verib, Allah nəsib etsə yayda gedəcik planımız var, yəqin ki, Praqa (Çexiya) olar, orda olmaq istəyirəm

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

3il gələn ay tamam olacaq Inşallah

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
 qadinlar. Bizin evli qızlarına onu demək istəyirəm ki, canlarım ailenizin qədrini bilin, ərinizə itaət edin, ən əsası da xırda bir şey üstə problem yaradıb onu problemə çevirməyin . nişanlı qızlara da sözüm odur ki, nişanli olmaq o demək deyil ki, nişanlınız qismətinizdir, yəni neçə il nişanlı olub bir birinə qismət olmayanları da var, elə bir hərəkət edin ki, qismətiniz olmasa belə keçmişə baxanda etdiyiz əməldən utanıb peşman olmayasız
 

 

  
ay canım, inşallah bir biriniz daim sevib dəyər verəsiz... kəm gözlərdən uzaq xoşbəxt, sevgi dolu bir həyat yaşayasınız... amin...
(səs: 9)
Şərhlər: 13
Baxılıb: 2 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri